Narkobaronun həbsindən qorxuya düşən 'Qızıl Almaz'... - Qorxunun səbəbləri
7-05-2017, 22:52
Redaksiyamızın etibarlı mənbədən əldən etdiyi məlumata görə, Şirvanda narkobaron ailənin həbsindən sonra “Qızıl Almaz” bərk narahatçılıq keçirməyə başlayıb. Hətta narahatçılığı o həddə çatıb ki, işini, gücünü yarı-yarımçıq buraxıb başını götürüb qaçıb.
Heç kim bilməsə də “Qızıl Almaz”ın özü yaxşı bilir ki, Narkobaron ailənin üzvlərindən olan Ağami Sadiqin, Almazın oğlu Pərviz Qurbanovla geniş “biznes” əlaqələri var. Şirvandan olan mənbə bildirir ki, hələ “Qızıl Almaz”ın özü Lənkəranda narkotika ilə tutulanda belə Narkobaron ailə ilə Pərviz Qurbanov iş birliyi və Tapança Əsədin polis nüfuzunun böyük təsiri nəticəsiz qalmamışdır. Mənbə əlavə olaraq qeyd edir ki, “Qızıl Almaz”ın oğlu Pərviz və polis Leytenantı Bəhruz Qurbanovlar Ağami Sadiqi bu problemdən qurtarmaq üçün gücləndirilmiş iş rejiminə keçiblər. Uzun müddətdir Şirvanda gözə dəyməsədə Pərviz Qurbanov bütün kanallarının köməkliyi ilə Ağami Sadiqi bu problemdən qurtarmaq yönümündə güclü iş aparır.
ncaq çox təəssüflər olsun ki, bu səfər Şirvan Polisinin rəisi qətiyyətli və əzmkar, vicdanını heç bir maddiyyat müqabilində dəyişməyən narkomaniyaya qarşı kəskin mübarizə aparan Hikmət Quliyevdir. Şirvan şəhərinə yeni rəis təyin olunan gündən şəhərin kriminal həyatında kəskin dönüş oldu. Ard-arda Narkobaronların həbsi və illərlə bağlı qalmış cinayətlərin yüksək peşəkarlıqla açılması bütün Şirvan ictimaiyyəti tərəfindən alqışlarla qarşılandı. Pərviz, Sadiq və “Jurnalist”in oğlu Anar kimlərin peşəkarlığı sayəsində artıq Şirvan şəhər orta məktəblərinə kimi ayaq açmış narkotika ticarəti artıq öz tənəzzül dövrünü yaşamaqdadır. Demək olar ki, Şirvanda narkamanların dili ilə desək “Meti satan” Pərvizdən başqa narkobaron qalmamışdır.
Bu gün respublikamızın bir çox rayonlarında peşəkar polis əməkdaşlarının sayəsində demək olar ki, narkomaniya məhv olma həddinə çatıb. Vetenperverler.az olaraq biz tam əminik ki, DİN-i cənab Ramil Usubovun yüksək kadr seçimi bu orqan əməkdaşlarına xalqda böyük inam yaradıb. Ancaq təəssüflər olsun ki bəzi Salyan Polis Şöbəsinin əməkdaşı Bəhruz Qurbanov kimilərin kriminal aləmə olan rəğbətlərindən irəli gələn qara əməllərə qulluq etməsi əhali arasında ikrahla qarşılanır. Biz Vetenperverler.az olaraq DİN-i cənab Ramil Usubova ilk öncə təşəkkürlərimizi bildirir və Salyan Polis Şöbəsinin Əməliyyat Müvəkkili Bəhruz Qurbanovun xidməti işi ilə əlqədar geniş araşdırma aparılması barədə göstəriş verməsini xahiş edirik.
Şirvan və Salyan ictimaiyyətindən redaksiyamıza Bəhruz Qurbanovun narkotik aludəçisi olması ilə bağlı çoxsaylı müraciətlər daxil olmaqdadır.
Çox Hörmətli cənab Nazir!
Sizdən bir çox adlarının çəkilməsini istəməyən Şirvan şəhər sakinləri və Vetenperverler.az adından xahiş edirik. Bəhruz Qurbanov barəsində geniş analiz və xidməti araşdırma aparılsa siz özünüzdə bizim haqlı olduğumuza əmin olacaqsınız. (Vetenperverler.az)