Saxta diplomlu müəllimləri işə kim götürür? - Beyləqan təhsil şöbəsi müdirinə ittihamlar
12-05-2017, 08:54
Son vaxtlar Beyləqan rayon təhsilində baş verən qanunsuzluqlar əndazəni aşıb; Ancaq Təhsil Nazirliyi və aidiyyəti qurumlar tədbirlər görmürlər...
Bu barədə Ulus.Az-a daxil olan məlumatda qeyd edilib.
Bu dəfə redaksiyamıza Beyləqan rayon, Yuxarı Kəbirli Kənd tam orta məktəbində baş verən qanunsuzluqlar barədə məlumat verilib.
Bildirilir ki, Beyləqan rayon, Yuxarı Kəbirli kənd tam orta məktəbində sadalamaqla bitməyə qalaq-qalaq neqativ hallar mövcuddur.
Bu əsnada əldə etdiyimiz məlumatlarda bildirilir ki, adıçəkilən orta məktəbinin direktor vəzifəsini müvəqqəti əvəz edən Quliyeva İlhamə Cəfər qızının diplomunun legitimliyində şübhəli məqamlar var.
İ.Quliyeva ixtisasca psixoloqdur. İddia olunur ki, İlhamə Quliyeva heç bir universitet oxumadan diplom alıb.
Məktəbdə laborant vəzifəsində çalışan Quliyeva Aynurə Eldar qızının laborant fəaliyyətinə ehtiyac yoxdur və müəllimə heç bir iş görmədən həmin ştatdan 130 manat maaş alır.
Həmin məktəbin Uşaq Birliyi Rəhbəri vəzifəsində çalışan Vəlizadə Fəxri İmamverdi qızının ümumiyyətlə diplomu yoxdur. Belə bir halda onun Uşaq Birliyi Rəhbəri vəzifəsində çalışması nə qədər doğrudur aydın deyil.
Bu barədə Ulus.Az-a daxil olan məlumatda deyilir ki, kənd kitabxanasının müdiri Aygün Quliyeva kitabxananı öz mülki kimi, ürəyi istədiyi vaxt kitabxananı kənd sakinlərinin üzünə açır.
Məlumatda qeyd olunur ki, kitabxananın qapıları Prezident və Parlament seçkiləri zamanı açılır. Başqa vaxtlarda isə kitabxananın fəaliyyəti müdirə tərəfindən dondurulur. Ümumiyyətlə, Beyləqan təhsili geriyə gedir.
Bir müddət əvvəl Beyləqandakı orta məktəblərdən birində baş vermiş qalmaqal artıq bir neçə gündür ki, həm mətbuatda həm də sosial şəbəkədə geniş müzakirə olunurdu.
Söhbət 17 yaşlı məktəbli qızın sinif yoldaşları tərəfindən zorakılığa məruz qalması iddiasından gedirdi. Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovadır.
Mətbuatda yayılna iddialara görə, Xuraman Rüstəmova Təhsil Şöbəsinin müdiri olmaq üçün həmin vaxt direktor işlədiyi 3 saylı orta məktəbin 20-dən çox müəlliminin adına "Kapital Bank"ın rayon filialından külli miqdarda kredit götürərək icra başçısı Vaqif Abdullayevə verib.
İddialara görə, Rayon Təhsil Şöbəsinə müdir təyin olunan Xuraman Rüstəmova oğluna aldığı avtomobil üçün 100 min manatı məktəb direktorlarından zorla toplayıb.
Xuraman Rüstəmovanın oğlu Tural Əliyev bir ay əvvəl 70 min dollarlıq avtomobili ilə "Facebook” sosial şəbəkəsindəki səhifəsində şəkillər paylaşmışdı.
Həmin məlumat yayıldıqdan sonra Xuraman Rüstəmovanın oğlanlarına məxsus "Facebook” profilləri bağlandı. 70 min dollarlıq avtomobil xəbərinin ictimailəşməsindən sonra qorxuya düşən təhsil şöbəsi müdiri oğlanlarına profillərini bir müddət bağlamağı tapşırıb.
teref.az olaraq adları çəkilən hər bir şəxslərin və qurumların fikirlərini işıqlandıra bilərik!
teref.az