İki deputatın işbirliyi: Kamaləddin Qafurovu Hacı Salayevə nə bağlayır? - Sensasiya
13-05-2017, 08:56
Deputat Kamaləddin Qafurovla həmkarı Hacı Salayevin işbirliyi ortaya çıxıb
Hər iki millət vəkilinin ortaq biznesi var və bağlı olduqları siyasi güc eyni mərkəzdir.
Yüksək çinli nazir-oliqarx tərəfindən himayə olunan və geniş əlaqələrə malik olan H.Salayevlə K.Qafurovun mövqeyi kifayət qədər möhkəmlənib.
İlk dəfə deputat seçilən Kamaləddin Qafarovu nəinki seçiciləri tanımır, həmkarları və mətbuatda ilk dəfə onunla tanışdır. H.Salayev də seçiciləri ilə görüşmür.
Amma hər ikisi böyük biznes sahibidir. Nazirin himayəsində olan hər iki deputat onunla məsləhətləşmədən addım atmır.
Onların indiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib. Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov və Salayev barədə vikipediyada bioqrafik məlumat belə azdır.
Ulus.Az xəbər verir ki, internet resurslarında Kamaləddin Qafarov yazanda seçki ərəfəsində 1-2 görüşü, dərman biznesinin olması haqda xəbərlər meydana çıxır.
Yeni avtobioqrafik məlumatda deyilir ki, 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub.
Qəribədir ki, peşəsi maliyyəçi olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor müavinidir, üstəgəl də deputatdır.
Əslində, iqtisadi bilikləri olan bir deputat kimi təkcə səhiyyə yox, həm də Azərbaycanın indiki maliyyə sabitliyinin pozulmasından danışmalıdır.
AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb.
Deputatın oğlu isə lüks maşınlarla paytaxt küçələrində meydan sulayır. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.
Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. «Trust»un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında «Pepsi-coca cola» şirkəti də var.
teref.az olaraq adları çəkilən müəsisə və şəxslərin fikirlərini işıqlandıra bilərik!
teref.az