Azərbaycan Beynəlxalq Bankı dövləti müflis edir - 5 milyardlıq müəmma

15-05-2017, 09:06           
Azərbaycan Beynəlxalq Bankı dövləti müflis edir - 5 milyardlıq müəmma
Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verən hadisələr dövlət üçün ciddi problemə çevrilib

İqtisadiyyat Şöbəsi xəbər verir ki, dövlət Beynəlxalq Bankın bütün xarici və dövlətə olan borclarının ödənilməsini öz üzərinə götürüb.

Borcun dəqiq məbləği açıqlanmasa da ekspertlər təxmini olaraq bunun 5.6 milyarda yaxın olduğunu qeyd edir.

Beynəlxalq Bankın bütün öhdəliklərinə görə dövlət birbaşa məsuliyyət daşıyır. Buna görə də bu bankı bağlamayacaq. Artıq 2 ildən çoxdur ki, Cahangir Hacıyev Beynəlxalq Bankda yoxdur.

Bu günə qədər isə çıxıb dəqiq bir söz deyən yoxdur ki, bu bankın problemi nə qədərdir? Problemlər isə günü-gündən artır.

Əvvəl Beynəlxalq Bank problemli kreditlərini dövlətə satdı. İndi isə deyirlər ki, Beynəlxalq Bankın xarici və dövlətə olan borclarını dövlət öz üzərinə götürür.

Vətəndaşların haqqıdır ki, Beynəlxalq Bankın ümumi problemlərini bilsin. Beynəlxalq Bankın 10 milyardlıq problemli kreditini “Aqrarkredit”ə ötürdülər. Bu günə qədər heç bir məlumat verilmir ki, bu proses necə gedir, nə iş görürlər?

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, 2017-ci ildə Dövlət Neft Fondundan Beynəlxalq Banka ayrılacaq vəsaitin məbləği məlum olub.

Bu il Bankın sağlamlaşdırılmasına ən azı 1,5 milyard dollar ayrılacaq. Həmin vəsaitin məhz birbasa ABŞ dolları ilə verilməsi nəzərdə tutulur.

Ölkədə maliyyə böhranını yaranmasının əsas səbəblərindən biri kimi milyardlarla dollar vəsaitini Beynəlxalq Bankın rəhbərliyi tərəfindən mənimsənilməsi və kredit kimi müxtəlif şəxslərə verilməsi göstərilir.

Hansı ki, həmin şəxslər də bu pulları fırıldaqla mənimsəyərək, qaytarmırlar. Buna görə Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri Cahangir Hacıyev həbsə alınıb.
Ondan sonra bu vəzifəyə təyinat alan Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb, barəsində araşdırma aparılır. Mənimsənilən milyardlar isə geri qaytarılmayıb.

Ancaq belə görünür ki, Beynəlxalq Bank dövlətin milyardlarını bundan sonra da “əritməkdə” davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.