Mərkəzin direktoru Səlim Müslimovu ifşa etdi?
7-07-2015, 00:46
Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Azər Mizəxanlı bir neçə vətəndaşa “hümanistlik” nümayiş etdirib. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib.
Mənbənin iddialarına görə mərkəzin direktoru Azər Mirzəxanlı etibar etdiyi şəxsləri ətrafına toplayaraq rəhbər olduğu mərkəzdə “bazar” açıb. Belə ki, Azər müəllimin “etibarlı” əməkdaşları vətəndaşlardan “ilkin ödəniş” şərti ilə (yəni 500 manat- red), bu alınmadığı təqdirdə 1 illik sənəd qəbulu zamanı sosial yardımımın 4 aylığını mənimsəməklə qazanc əldə edir.
Mərkəzin daxilindən sızan məlumatlar da o da vurğulanır ki, “nağd ödəniş” edən şəxs daha rahat sosial yardım əldə edə bilir. Bu da əlbətdə ki, direktor Azər Mirzəxanlının özünəməxsus biznesidir. Göytəpə, Privolnoye və Komanlı kəndlərində imkanlı şəxslərə sosial yardım verilməsi buna əyani sübütdür.
Görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslimov bu cür neqativ halların qarşısın alınmasında maraqlı deyil.
Ağızdolusu “Mənə sizin yazınız maraqlı deyil, mənim nazirim var” deyən Azər Mirzəxanlının “krişası” məhz elə nazirin özüdür.
Bəli, Azər müəllim sizin nazirinizə tabeçiliyiniz və ona arxalanmağınıza zərrə qədər də olsa şübhəmiz yoxdur. Amma azərbaycanlı olduğumuzu nəzərə alıb bildirmək istəyirik ki, qanun qarşısında sizin Səlim Müslimovunuz da acizdir. Lakin mətləbə keçməzdən öncə xatırladım ki, “hayla gələn, vayla gedər” deyib atalarımız. ALLAH RUHLARIN ŞAD ELƏSİN...
Dövlət vəsaitini talamaq və buna şərait yaradan məmurlara qarşı hər zaman amansız mübarizəmiz olub, bundan sonra da olacaq. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanlanan siyahını dir daha ixtiyarınıza veririk:
1. Qurbanova Əntiqə - Hərbi hissədə işləyir , əmək haqqı kifayət edir, eyni zamanda GöytəpəKomunal müəssisəsində işləyir. oğlu isə Bakı şəhərində işləyir. yüksk sosial yardım təyin edilmişdir.
2. Səyadov Rasim - Vaz 2106 markalı avtomobili var özü bazarda işləyir eyni zamanda çiyələk sahəsi vardır.
3. Ağayev Əhəd Göytəpə şəhəri Həsənabad küçəsində yaşayır, 2 traktoru, fərdi sahibkarlıq fəaliyyəti var, ailə üzvləri Bakıda və Rusiyada işləyirlər.
4. Mehtiyeva Təranə - həyat yodaşı Rusiya vətəndaşıdır, hər ay kifayət qədər pul göndərir. ailə taərkibində gizlətmələr var.
5. Hüseynov Bəxtiyar - 60 baş qoyun - quzusu 4 baş iri buynizlu mal - qarası olduğu halda dövlət vəsaiti ona peşkəş edilir. eyni zamanda fərdi əməm fəaliyyəti olaraq xarrat ustasıdır.
6. Qədirov Zahid - Bazarda alver edir, gəlirin gizlədərək ona sosial yardım verilir.
7. Rufullayev Raqif - ev sənədlərini düzgün təqdim etməmiş, öz Rusiyada ustalıq edir, gəliri kifayət qədərdir.
8. Hüseynova Şəfəq - Bakı şəhərində yaşayır , ailə tərkibi düzgün təqdim edilməmiŞ anasının evinə dair sənədləşmə aparılmışdır.
9. Məhərrəmov Şahkərəm - ailə üzvüləri ilə birlikdə Bakı şəhərində yaşayırlar, ər və arvad pensiya almasına baxmayaraq sosial yardım verilir.
10. Dadaşova İradə - başqa rayonda qeydiyyatda olmasına baxmayaraq , ev sənədləri yoxdur.
11. Cəfərov Akif - Təkərli traktoru ,kifayət edəcək gəliri olsa da , Bakı şəhərində Yüksək tonajlə Kran işlədir hər aya yüksək gəlir əldəetməsinə baxmayaraq ,ailə üzvləri Bakı şəhərində yaşayır , oğlu isə özlərinə məxsus mağazanı işlədir. Digər oğlu isə Fövqaladə Hallar Nazirliyində işləsə də işsiz kimi qeyd edilmişdir.
12. Qarayev Rasim - özü və arvadı işləsə də işləməyən kimi qeyd edilmiŞ övladları isə pensiya alırlar.
13. Ağayeva Sənubər Hüseynağa qızı - atasına məxsus evdə yaşayır, 170, 0 manat sosial yadım təyin edilmişdir.
14. Ağayev Mehdi - Masallı bazarında mağazası var, fəaliyyət göstərir, pensiya alır , onun həyətyanı sahəsi və hasarının qiyməti təyin edilə bilməz dərəcədə olduğu halda ona sosial yardım təyin edilmişdir.
15. Orucov Rövşən Tarverdi oğlu, VAZ 2106 markalı avtomobili, kartov sahəsindən kifayət qədər gəliri olduğu halda ona sosial yardım təyin edilmişdir.
16. İbrahimov Əlizamin VAZ 21011 markalı avtomobili, əmək fəliyyəti olduğu hald fəaliyyətini gizlədərək soial yardım təyin edilmişdir.
17. Cavadova Səbinə Ağahüseyin qızı Göytəpə şəhər 1 saylı tam orta məktəbdə işləyir, əmək haqqı alır, özü və övladı pensiya alır. eyni zamanda aliment alır. bütün bu gəlirlərini gizlətmiş həm də bankdan kredit alması barədə məlumatı gizlətməklə sosial yardım alır və başqalarına da sosial yardım düzəltməkdə fəaliyyət göstərir. Gününün çox hissəsini ƏƏSMM nin Cəlilabad rayon şöbəsində keçirir və bildirir ki, mərkəzin direktoru Azər Mirzəxanlı onun yaxın qohumudur. Bütün bunlar Azər Mənsimovun öz müdiri Azər Mirzəxanlını aldatması nəticəsində yaranmış problemdir.
Siyahıda adları hallanan vətəndaşların aldığı sosial yardım direktor Azər Mirzəxanlı tərəfəndən təcili ləğv edilməli və yenidən sənətlərlə araşdırılmalı idi. Əfsüslər olsun ki, yeni təyin olunan direktor siyahıya bir necə vətəndaş da əlavə edib.
İnanırıq ki, aidiyyətli qurumlar Cəlilabad rayonun da baş verən qanun pozuntusunu araşdıracaq. Dövlət vəsaiti talamaq və bu kimi hallara yol verən saxta məmurlar ifşa ediləcək.
Və Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Azər Mizəxanlı və ətrafına toplanan “dəllallar” törətdikləri əməllərə görə qanun qarşısında cavab verməli olacaqlar. Növbəti yazılarımızda mərkəzin əməkdaşı və eyni zamna da etibarlı mənbəmizin daha bir necə məlumatları ilə tanış olacaqsınız. Bizi izləyin..