"AzGranata" MMC mәhsulları keyfiyyәtini niyә itirir?
2-06-2017, 19:49
Bildiyiniz kimi,Azәrbaycan Prezidentinin sahibkarlara diqqәt vә qayğısı yeni iş yerlәrinin açılması fonunda,әn ucqar rayonlarımızın belә sosial¬iqtisadi inkişafına güclü tәkan vermişdir.Bu diqqәt vә qayğı әn kiçik sahibkarların belә istehsal etdiklәri mәhsulları nәinki ölkә daxilindә,hәtta ölkә hüdudlarından kәnarda belә tanıtım vә satışına şәrait yaratmışdır. Lakin bәzi sahibkarlar Cәnab Prezidentin diqqәt vә qayğısından sui-istifadә etmәyә çalışırlar. Bu yazımızda söhbәt açacağımız sui¬istifadә edәn müәssisәlәrdәn biri Az¬Granata MMC şirkәtidir. Bu yaxınlarda Az¬Granata zavodunda böyük bir oğurluq hadisәsi baş vermişdir. Orada çalışan bir neçә mühafizәçi әlbir olub,satışa hazır olmayan spirtli içkilәri bir neçә kafe vә restoranlara ucuz qiymәtә satarkәn yaxalanmışdır. Hal¬hazırda onlar barәsindә cinayәt işi yekunlaşmadığı üçün hәmin şәxslәrin adları vә cinayәt işinin gedişatını sizә açıqlaya bilmәyәcәyik. Amma bugünki yazımızda Az¬Granata şirkәtindә istehsal olunan mәhsulların keyfiyyәt cәhәtdәn aşağı olmasından,insanlara dәyәrindәn baha qiymәtә satılmasından vә orada çalışan işçilәrә edilәn haqsızlıqlardan danışacağıq. Bir çox telekanallarda kimlәrәsә arxalanaraq yüksәk keyfiyyәt adı altında Az¬Granata mәhsulları xalqa sırınır. Neft Şirkәtinin vitseprezidenti,әslәn Ağsu rayonundan olan Mikayıl İsmayılovun sponsorluğu vә nәzarәtindә olan Vita1000 şirәlәri vә digәr mәhsulları әvvәlki illәrlә müqayisәdә get¬gedә öz keyfiyyәtini itirmişdir vә bu keyfiyyәtsizlik tәbii ki,insanlar arasında narazıçılığa sәbәb olmuşdur. Az¬Granata zavodunun direktoru Nazim adlı şәxs mәhz Mikayıl İsmayılovun yaxın qohumudur.Texnologiya cәhәtdәn savadı olmayan bu şәxsin işi keyfiyyәtә nәzarәt yox,ancaq öz şәxsi mәnafeyi üçün tutduğu mövqedәn istifadә etmәkdir. Mәnbәdәn aldığımız mәlumata görә,zavodda baş verәn oğurluq hadisәsindә mәhz zavod direktorunun birbaşa әli olmuşdur,lakin Mikayıl İsmayılovla qohumluq әlaqәlәrinә görә bu oğurluq hadisәsindә onun adının hallanmasının qarşısı alınmışdır.Şirkәtlә bağlı şikayәtlәr bununla da bitmir. Şirkәtdә çalışan fәhlәlәr arasında verilәn maaşlarla bağlı şikayәtlәr olsa da,şirkәt rәhbәrliyi bu şikayәtlәri ciddiyә almayaraq işçilәrin haqqını kәsmәyә davam edirlәr.Bütün bu olanlarla bağlı araşdırmamız davam edir.
Qarşı tәrәfin mövqeyini dinlәmәyә hazırıq.
XәbәrAl.az