Lerikdə yolların təmirinə ayrılan 11 milyon manat hara qərq olub?

19-08-2017, 00:21           

Bu gün Lerik rayonunun əhalisi icra başçısı Rövşən Bağırovun, onun müavini Cəlil Baxşiyevin yarıtmaz idarəçiliyindən, rayonda hökm sürən rüşvətxorluqdan təngə gəliblər.

Kimsəyə sirr deyil ki , icra başçısı R. Bağırov müavini C. Baxşiyevi külli ixtiyar sahibi edib, oysa uf demədən rayonu talamaqla məşğuldur .

Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 3.3 bəndinə əsasən, icra hakimiyyəti başçıları müvafiq ərazidə aqrar bölmənin inkişafı sahəsində dövlət siyasətini həyatə keçirilməsini təmin etməli, aqrar sektorun inkişafına yönəlmiş yeni proqramlar hazırlamalıdırlar. Amma aqrar inkişaf proqramı hazırlamaq bir yana dursun, R. Bağırov və C. Baxşiyev Lerikin mövcüd potensialını da yoxa çıxarıb, köhnə proqramları zibil qutusuna atıb.

Lerik rayonunu rəhbərliyi subsidiyaların verilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etmək əvəzinə, bu məqsədlə ayrılan vəsaitin mənimsənilməsinə rəvac verirlər.

Lerikdə səhiyyə, sosial sahələr, infrasukrurlar bərbad vəziyyətdədir və heç bir inkişafdan əsər-əlamət yoxdur .

Əhalisinin sayı 75 min nəfəri ötmüş Lerikin bütün yolları bərbad vəziyyətdədir. Hətta rayonun əsas magistralı sayılan Lənkəran-Lerik yolu yarağanlar içindədir. Turizmin inkişafından danışırlar. Yerli camaat bəlkə də bu dərə-təpə yollara öyrəncəlidir, amma ilk dəfə gələn vərdişsiz qonaqların bu yollarda içalatı tökülür. Təsəvvür edin, 30 kilometrlik yolu avtomobillə qət etmək üçün atıla-düşə bir saatdan artıq vaxt itirən turist bir də Lerikə qayıdarmı?! Qayıtmırlar da.



Lerikin yollarının yenidən qurulması üçün indiyədək dövlət büdcəsində üst-üstə 11 milyondan çox pul ayrılıb. 2016-cı ilin noyabr ayında təkcə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb və büdcənin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən nə az, nə çox – düz 6,6 milyon manat ayrılıb. Lakin bu qədər pul ayrılmasına baxmayaraq, Noda-Şingədulan-Xanagah yolunun torpaq örtüyünün qazılmasından başqa heç bir iş görülməyib.

Hər kəsi bir sual düşündürür: Lerikdə yolların təmirinə ayrılan 11 milyon manat hara olub?

Noda-Şingədulan-Xanəgah avtomobil yolu

C. Baxşiyevin tamahı ucbatından yolların çəkilməsində kəndlər arasında narazılıqlar yaranıb, nəticədə başlanılan işlər də yarımçıq qalıb. C. Baxşiyevin yaxınlarına hektarlarla torpaq sahələri verilib. Amma rayonun öləri sakinləri öz pay torpaqlarını da ala bilmirlər. Sakinlərin şikayətinə isə məhəl qoyan yoxdur.

C.Baxşiyev Zuvand yolunun üstündə bir restoran açdırıb. Özünün və 8 qardaşının şərəfinə restoranın adını “9 qardaş” qoyublar. Bu restoranın hektarla torpaq sahəsi var. Restoranın şıdırğı fəaliyyətinə baxmayaraq , bizdə olan məlumatlara görə, cüzi dövlət vergisi ödənilir. Amma Vergilər Nazirliyi və yerli strukturlar məlum səbəbdən buna göz yumur.

İndi Lerikdə zarafatla deyirlər ki, “bura rayon deyil, başçının və 9 qardaşın koperatividir”. Barı öz koperativi kimi baxıb abadlaşdıraydılar, yolunu-izini düzəldəydilər.

Lerik camaatı çarəsiz qalıb. Əvvəllər əkib becərməklə dolana insanların əksəriyyəti indi işsiz qalıb. Yerli icra hakimiyyəti insanların təsərrüfat yaratmasına, bir işlə məşğul olmasına nəinki kömək etmir, əksinə mane olur. Ona görə də bu gün Lerikdən kütləvi köç davam edir.

Bastainfo.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.