“Fövqəlnazir” cəbhəsindən Heydər Əliyevə qarşı təbliğat: Bədrəddin Quliyev baş rolda

22-08-2017, 00:36           
“Fövqəlnazir” cəbhəsindən Heydər Əliyevə qarşı təbliğat: Bədrəddin Quliyev baş rolda
Sovet imperiyasının Azərbaycanı işğal etməsindən sonrakı 100 illik siyasi tariximizi incələsək iki böyük tarixi şəxsiyyətin nüfuz və təsir gücünü görmüş olarıq. Bir –birinə qarşı , münasibətlərinin, siyasi-ideoloji görüşlərinin necə olmasından asılı olmayaraq bu iki tarixi şəxsiyyət Heydər Əliyev və Əbülfəz Elçibəydir.(sıralama doğum tarixinə görədir, yozmağa ehtiyac yoxdur.) Təəssüflər olsun ki, bu zirvələrin kölgəsində özünü böyük bilən çoxları hazırda fiziki baxımdan aramızda olmayan liderlər haqqında ağıllarına və ağızlarına gələni danışırlar. Məsələ yalnız ağılsızlıqda və ağız pozğunluğunda olsaydı cumhuriyyet.net. olaraq buna əhəmiyyət verməzdik. Amma apardığımız siyasi təhlillər ciddi bir siyasi xəyanətə ipucu verir.
Olayı bir qədər də konkretləşdirək. Özünü Cumhuriyyət Xalq Partiyasının sədri kimi təqdim edən ( təqdimatı niyə belə yazdığımızı izah edəcəyik) Bədrəddin Quliyev bu günlərdə mediaya geniş müsahibə verib. Həmin müsahibədən bəzi məqamları cumhuriyyet.net olaraq olduğu kimi diqqətinizə çatdırırıq. Əvvəl oxuyun:
– “Heydər Əliyevin bizdən istəyi Naxçıvanda ona dəstək verib Muxtar Respublikada hakimiyyətə gəlmək idi. Naxçıvanda o zaman parlament faktiki iki hissəyə bölünmüşdü. Deputatların bəziləri Kommuinist Blokunda, bəziləri isə Demokratik Blokda təmsil olunurdular. Heydər Əliyev də “Demblok”un dəstəyini qazanmaq üçün Əbülfəz Elçibəyin razılığını almaq istəyirdi.”
– “Elçibəy dedi ki, ölkənin indiki vəziyyətində qüvvələri birləşdirməkdən başqa alternativ yoxdur. Heydər Əliyevə deyərsiniz ki, mən onun Naxçıvanda hakimiyyətə gəlməsinə dəstək verərəm”.
– “Ümumi razılıq əldə edildi və avqustun 27-də Naxçıvanda Ali Sovetin sessiyası çağrıldı. Ali Sovetin sədri Əkbər Əliyev vəzifəsindən uzaqlaşdırıldı. O vaxtdan sentyabrın 3-nə qədər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsi boş qaldı. Sədrin səlahiyyətlərini isə Rəşid Həsənov icra etdi. Sentaybrın 3-də isə növbəti sessiya öz işinə başladı. İstər Demblok, istərsə də Komblok Heydər Əliyevə səs verdi. Beləcə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçildi”.
Yaxın keçmişimiz haqda həqiqətləri dilə gətirmək yaxşıdı. Amma kim və necə? Bax məsələ bundadır. Bədrəddin Quliyevin gerçək ictimai portireti haqda isə cumhuriyyet.net olaraq bəzi aydınlatmaları diqqətə çatdıraq. Əslində, mediaya açıqlamasında və ictimai fəaliyyət görüntüsündə partiya sədri kimi təqdim olunan Bədrəddin Quliyev gerçəkdə bir iş adamıdır. Google axtarş sistemində adamın adı ilə baxlı araşdırma bunu tam təsdiq edir. Adi bir iş adamı bir əsrlik siyasi tariximizin iki böyük şəxsiyyətinin münasibətlərinə baş vura bilməz ki. Özü də indiki məqamda. İndi isə müsahibədə ifadə olunan məqamların siyasi tərcüməsinə diqqət edək. Qısa və net şəkildə: BƏDRƏDDİN QULİYEV FÖÖVQƏLADƏ HALLAR NAZİRİ KƏMALƏDDİN HEYDƏROVUN ADAMIDIR! Bunun başqa bir ifadəsi yoxdur və illər boyu susan “partia sədri” iki hissəli geniş müsahibə verirsə danışan özü yox şefidir. Elə isə hakim komanda daxilindəki növbəti islahat prosesində əsas hədəf olan Kəmaləddin Heydərovun vasitəsi ilə mediada Heydər Əliyev haqqında ifadə olunan fikirlərin alt anlamına diqqət edək:
– Heydər Əliyevin dəfələrlə ifadə etdiyi “mənim hakimiyyət iddiam yoxdur” fikri təkzib olunur, əksinə iddia edilir ki, o, hakimiyyət əldə etmək üçün hətta əks siyasi qüvvədən dəstək istəyib;
– Heydər Əliyevin nəinki Naxçıvanda bütün respublikada böyük nüfuza malik olduğunu o dövrdə yaşamış hər bir kəs anladığı halda “fövqəlnazir”in iş adamı olan partiya rəhbəri AXC-nin dəstəyi olmadan bunun mümkünsüz olduğuna işarə vurur;
– Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçilməsi bu liderin öz nüfuzu hesabına baş verməsi haqda susan K.Heydərovun “adamı” sözügedən siyasi hadisənin yanlız iki qruplaşmanın razılığı əsasında baş verdiyini bildirir.
Ortada olan reallıq bu. Sadəcə bizə düşünmək qalır: Kəmaləddin Heydərov illərlə bəslədiyi B.Quliyev vasitəsi ilə hansı mesajı verir: Bu, 1991-93-cü illər Azərbaycanda və o cümlədən Naxçıvanda baş verənlər haqda sensasion məlumatlar yayacağının şantajının anonsudur, yoxsa …
– Bədrəddin Quliyev müxalifətçidən iş adamına necə çevrildi?
– CXP sədrinin ölkəyə gətirdiyi mallar necə güzəşt qazandı?
– İş adamı medianı gömrük generalına necə satıb?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.