Kamran Bağırov Avropanın seçilmişi və ya Standard Insurance Georgia-nın satılmasının arxasında nə durur? FOTO
2-09-2017, 09:37
Son günlər mətbuatda informasiyalar getdi ki, Standard Insurance Georgia şirkəti, hansıkı əvvəllər Heydər Babayevə məxsus olub və hal-hazırda baş direktoru Azərbaycan vətəndaşı Nicat Hüseynovdur,(son zamanlaradək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini olub) işə erməni millətindən olan şəxsləri götürür ,həmçinin sərbəst şəkildə təsisçiləri,direktorları ermənilər olan kompaniyalar ilə sığorta müqavilələri bağlayır.
Biz bilirik ki, Heydər Babayev 2016-cı ildə şirkəti Mercury Europe Holdings adlı kompaniyaya satıb.
Amma doğrudanmı Standard Insurance Georgia tam Avropa kompaniyasına çevrilib və orada daha Azərbaycan kökləri yoxdur?
Səhmdar Cəmiyyət hüquqi forma olan kompaniyalarda Müşahidə Şurası vacib qərarlar çıxarır.
Baxın, çox qəribə də olsa Standard Insurance Georgia kompaniyasını Avropa şirkəti keçən il alıb ,amma Müşahidə Şurasının tərkibi əvvəki kimi qalıb.
Müşahidə Şurasının sədri indiyəcən Kamran Bağırovdur.O həm də Standard Insurance(Bakı) sığorta şirkətinin idarə heyətinin sədridir. Müşahidə Şurasının ikinci üzvü Emin Bünyatov həmçinin Standard Insurance (Bakı)-də yüksək vəzifə tutur.
Adama çox qəribə gəlir ki, yeni sahiblər –avropalılar Müşahidə Şurasının keçmiş heyətini niyə saxlayıblar və onlara ciddi məsələləri həll etməyə imkan verirlər?!
Bəli ,elə həmin Müşahidə Şurasının qərarı ilə 24 aprel 2017-ci ildə Azərbaycan vətəndaşı Nicat Hüseynovu baş direktor seçirlər…
Müşahidə Şurasının həmin heyəti 7 iyul 2017-ci ildə isə biznesin inkişafı üzrə direktoru vəzifəsindən azad edərək onun yerinə yeni direktor təyin edirlər.(bu informasiya rəsmidir və onu Gürcüstanın Reyestr saytında görmək olar).
Sizcə Avropalılar əvvəlki sahiblərə çox səlahiyyət verməyiblər ki?! Və hətta görəsən onlar əvvəlki sahiblərə çox vacib məsələləri həll etməkdə həddən ziyadə çox imkan vermirlərmi?
Avropalılar bu kompaniyanı 2016-cı ildə alıblar,lakin indi qapıda 2017-ci ilin payızıdır , Müşahidə Şurasının tərkibi isə satılmamışdan əvvəl olan kimi eyni qalıb…
Bəlkə keçmiş tərkibi dəyişmək üçün Avropada peşəkar kadrlar tapa bilməyiblər?
Bu situasiyada daha bir qəribə məsələ “İçərişəhər” qoruğunun hazırki idarə rəisi Əsgər Ələkbərov fiqurudur…
Razılaşın ki, Əsgər Ələkbərovun izi Standard Insurance Georgia kompaniyasının həyatında görsənir.
Bəs haradan yeni baş direktor vəzifəsinə məhz “İçərişəhər”qoruğu idarəsinin rəisi Əsgər Ələkbərovun müavini Nicat Hüseynovu seçiblər?
Bizə həmçinin məlum oldu ki, Ələkbərov Standard Insurance Georgia-nın böyük lobbistidir …
Onun məsləhəti sayəsində Azərbaycan kompaniyaları sığortalanmağa ora gedir. Cənab Hüseynov həmçinin bütün işçilərinə özünü Əsgər Ələkbərovun himayəsində olduğu kimi təqdim edir və onun məsləhəti sayəsində daha çox müştəri qazanmağa çalışır. Nə səbəbdən və nə məqsədlə Əsgər Ələkbərov Standard Insurance Georgia kompaniyasına kömək edir?
Əsgər Ələkbərovla Standard Insurance Georgia-nın indiki sahibi olan Avropa kompaniyası arasında nə bağlılıq var?
Cənab Ələkbərov 2009-2010-cu illərdə Mercury konsulting ( http://vzglyad.az/news/61456) şirkətində rəhbər vəzifə tutub. Standard Insurance Georgia-nın yeni sahibləri isə Mercury Europe Holdings kompaniyasıdır …
Bəlkə də adda olan bu oxşarlıq sadəcə təsadüfdür,amma razılaşın ki,bu məsələdə çox qəribə təsadüflər və suallar var…
Tamerlan Zeynallı
KAVKAZNEWS.AZ
T