Əli Həsənovun sağ əli ifşa olundu

16-10-2017, 04:07           
Əli Həsənovun sağ əli ifşa olundu
Qaçqınkomun milyarder boz kardinalından jurnalistlərin xəbəri yoxdur

Bir müddət əvvəl ölkə mətbuatı Qaçqınkomda Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu, qanunsuz yolla sahib olduğu mülklərinin azacıq bir hissəsi barədə yazmışdır.

“Azacıq bir hissəsi..” ona görə ki, bu məmurun əmlakının siyahısı bir-iki məqaləyə sığan deyildi.

Bir məmur ki, itinə qulluqçu tutmuşdu, daha qalanını özünüz təsəvvür edin…

Və onun barəsində ölkə mətbuatında gedən yazılardan sonra o Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəzəbinə tuş gəldi. Üstündən bir müddət keçəndən sonra isə Pənah Əliyev demək olar ki, Qaçqınkomdan didərgin düşdü. Pənah Əliyev iki il bu barədə heç kimə məlumat verməyib.


Ancaq əldə etdiyimiz məlumata görə o artıq sükutu pozub.

Belə ki, Pənah Əliyev 9-cu mikrorayonda yerləşən çayxanada bir neçə jurnalistlə görüşərək Qaçqınkomun mətbuata sirli qalan kadrlarından məlumat verməyə başlayıb. Bu görüşü isə onun üçün Xırdalanda poçtda işləyən Hikmət adlı dostu təşkil edib.

Pənah Əliyevlə görüşən jurnalistlərdən birinin 365info.az saytına verdiyi məlumata görə Pənah Əliyev Əli Həsənovdan çox komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsində sektor müdiri vəzifəsində çalışan Elman Quliyevdən yanıqlı olduğunu söyləyib.

Pənah Əliyev deyib bu şəxs sektor müdiri olsa da özünü hamıya Əli Həsənovun müavini kimi təqdim edir. Elman Quliyevin ən çox qorxub ehtiyat etdiyi adam “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev olub.

365info.az saytına məlumat verən mənbə bildirir ki, Elman Quliyev Habil Vəliyevə bir neçə yerdə qaçqın evi verib. Sonra hətta Habil Vəliyev üçün bir neçə rayonda öz hesabına villa tikdirib. Bü şəxs hər zaman çalışıb ki, mətbuatda adı hallanmasın. Pənah Əliyev vurulub vəzifədən çıxarılandan sonra onun halına ən çox sevinən Elman Quliyev olub.

Bundan başqa Elman Quliyev Habil Vəliyevlə dost olmasından istifadə edərək Əli Həsənova təzyiq göstərib. Elman Quliyev Habil Vəliyev üçün tikilən villaları ümumi xərcliyə salmış və özünü Habil Vəliyevin yanında “yaxşı oğlan” edərək deyirdi ki, “amanın bir günüdür mənim adım mətbuatda çıxmasın”.


İki il əvvəl Elman Quliyev milyoner idisə ,artıq indi demək olar ki, milyarderdir. Onun harda nə obyektləri varsa gələn yazımızda onları oxuculara təqdim edəcəyik.

Pənah Əliyevin dediyinə görə onun adı mətbuatda yalandan çıxdı ki, güya onun milyonları var.

Elman Quliyevin nələri olduğunu bilən olsa, onda ictimaiyyətdə sual yaranacaq ki, görəsən Elman Quliyev bu sərvəti atası Şahların köməyi ilə əldə edib, yoxsa patronu Əli Həsənovun vasitəsi ilə?

Elman Quliyevlə bağlı araşdırmamız davam edir.

Bizə maraqlıdır ki, görəsən hal-hazırda həbsdə olan Habil Vəliyev istintaqa vermiş olduğu ifadəyə görə Elman Quliyev istintaqa çağrılıbmı,yoxsa Habil Vəliyev Elman Quliyevdən gizli kart kimi istifadə edir?

Araşdırmamız davam edir, bizi izləyin.
qafqaznews.az
teref.az olaraq adları çəkilən qurum və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq!
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.