"Füzuli mafiozdur, bizi öldürər" - Frenk Elkapone qardaşının arvadını təhdid edib

8-11-2017, 18:29           
"Füzuli mafiozdur, bizi öldürər" - Frenk Elkapone qardaşının arvadını təhdid edib
Frenk Elkapone adı ilə məşhur olan azərbaycanlı biznesmen Füzuli Məmmədovun qardaşı Fərhad Məmmədovun bir müddət əvvəl Yenicag.az saytına verdiyi eksklüziv müsahibə ciddi müzakirələrə səbəb olub.

Qısa olaraq bildirək ki, Fərhad bəy müsahibəsində doğma qardaşının ona qarşı etdiyi hərəkətlərindən danışıb, Füzuli Məmmədov barədə şok ittihamlar irəli sürüb.

Ancaq məsələ burasındadır ki, qardaşının bu ittihamlarına qarşı Füzuli Məmmədovun özü yox, Fərhad bəyin keçmiş həyat yoldaşı Fatimə Hüseynova cavab verib. Xanım müsahibəsində Elkaponeni tərifləyərək, keçmiş ərini yıxıb-sürüyüb.

Məsələ ilə bağlı yenidən Fərhad Məmmədovla əlaqə saxladıq. Yenicag.az-a açıqlama verən Füzuli Məmmədovun qardaşı keçmiş həyat yoldaşının təhdid edildikdən sonra müsahibə verdiyini bildirib:

“Bunların hamısı yalandır. Füzuli hamını məcbur edib. Görürsüz onun əlindən nələr gəlir? Bu şəxs hər fürsətdə qardaşını vurmaq üçün nə desən edir. Gör indi də özünü sudan quru çıxartmaq üçün hansı yollara əl atır. Bu dəqiqə mənə keçmiş həyat yoldaşım Fatimə zəng etmişdi. Deyir, Füzuli məni təhdid edib. Müsahibəni də təhdiddən sonra verməyə məcbur olub. Mənim keçmiş yoldaşıma və doğma övladlarıma qarşı münasibətim qaydasındadır. Alimentimi də vaxtında ödəyirəm. Sadəcə, Füzuli özünü təmizə çıxartmaq üçün bu cür axmaq yollara əl atır. Əslində, təəccüblənmirəm. Çünki onun əlindən yaxşılıq gəlmir. Allaha and olsun, hamısını həll edən özüdür. Hamı bundan qorxur ki, Füzuli mafiozdur, bizi öldürər. Fatimə bir müddət əvvəl Füzulinin yanına getmişdi ki, məni bu işə qatmayın. Amma Frenk yenə əməlindən qalmır. İndi gedirəm Fatimənin yanına. Lazım gəlsə, deyərəm, sizinlə də əlaqə saxlayar. Kim deyir ki, mən şirkətin vitse-prezidenti olmamışam? Bunun hamısı yalandır”.

Açıqlamadan sonra Fərhad Məmmədov qardaşı Elkaponi ilə bağlı Yenicag.az-ın redaksiyasına video göndərib. Həmin videoda isə onun Azərbaycan rəhbərliyinin əleyhinə danışdığı bildirilir. Bundan başqa Fərhad bəy özünün, rəhmətə gedən qardaşlarının, eləcə də keçmiş həyat yoldaşı Fatimə Hüseynovanın “İntersever” Şirkətlər Qrupunda hissələrinin olduğuna dair fakt da göndərib.

Ancaq Elkapone rəhmətə gedən qardaşlarının hissələrini öz adına keçirtdiyi kimi, Fatimə və Fərhadı da aldadaraq, səhmləri onların əlindən alıb.

Sizə təqdim etdiyimiz siyahıda “İntersever” Şirkətlər Qrupunun səhmləri aşağıdakı kimi bölünür:

• Производственный кооператив “Русский пирожок” (доля участия – 10%)
• Иванов Андрей Иванович (доля участия – 3%) – Füzuli Məmmədovun hüquqşunası
• Коробкина Инесса Владимировна (доля участия – 7%) – Füzuli Məmmədovun qeyri-rəsmi arvadı
• Гусейнова Фатима Тофик Кызы (доля участия – 5%) – Fərhad Məmmədovun keçmiş arvadı
• Мамедов Фархад Мамед Оглы (доля участия – 5%) – Füzuli Məmmədovun qardaşı
• Мамедов Фируддин Мамед Оглы (доля участия – 20%) – Füzuli Məmmədovun rəhmətə gedən qardaşı
• Мамедов Гашим Мамед Оглы (доля участия – 20%) Füzuli Məmmədovun rəhmətə gedən qardaşı
• Элкапони Фрэнк (доля участия – 30%) – Füzuli Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.