Texniki Humanitar liseydə özbaşınalıq

10-11-2017, 21:04           

16 saylı Texniki Humanitar liseydə özbaşınalıq və xaos baş alıb gedir.

Yenicag.az bildirir ki, bu barədə valideynlərdən biri sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən təhsil ocağının yeni direktoru Aynurə Hacıyeva şagirdin valideyninə və övladına müharibə elan edib. Valideynin sözlərinə görə, Aynurə Hacıyeva hər fürsətdə şagirdin hüquqlarını pozmağa çalışır.

Maraqlıdır ki, Aynurə müəllimə rus bölməsi olan məktəbdə işləməsinə baxmayaraq, özü bu dildə bir kəlmə də olsun bilmir. O, valideynlərlə həmişə yüksək səslə danışır. Valideynin sözlərinə görə, direktor bəyənmədiyi müəllimləri alçaldır və müxtəlif yollara əl ataraq, onları işdən çıxardır. Övladına qarşı qərəzli münasibətdən bezən ana bunları da qeyd edir:

“Qızım sinfin əlaçısıdır. O, coğrafiya fənnindən SQT-ni (summativ qiymətləndirmə testi) əla qiymətə yazıb, amma müəllimə ona “kafi” verib. Məktəbin direktor müavini onun testinə baxdıqdan sonra, şagirdin düzgün qiymətləndirilmədiyini dediyi halda, müəllim onun iradına məhəl qoymamışdır.
Bu sözlərimə əlavə olaraq onu da bildirmək istəyirəm ki, Təhsil Nazirinin əmri ilə SQT-lər şagirdlərə çap olunmuş formada paylanmalıdır. Müəllimə isə əlyazmanı lövhəyə yazıb, sonra şagirdlərə köçürtməyi tapşırıb, nəticədə, onların 10-15 dəqiqə vaxtlarını alıb”.

İş burasındadır ki, son 1 il ərzində direktorla bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlanıb. Amma hər dəfə bu şikayətlərin üstü, Aynurə xanımın Təhsil Nazirliyində işləyən həyat yoldaşı Elnur Hacıyev tərəfindən ört-basdır edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru