Baş Prokurorluğun əməkdaşları Ədalət Muradovun professor diplomu müəmmasını da araşdırır?-YENİLƏNİR
18-11-2017, 10:43
...Azərbaycan Dövlət İqtisad Universitetinə yeni statusun verilməsi və hələ də yeni rektorun təyin olunmaması fonunda davam edən yoxlamalar barədə maraqlı məqamlar üzə çıxmaqdadır… Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Prezidentin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə ötən həftə sərəncam imzalayıb. Sərəncama əsasən “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib. Qərar “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar verilib. Lakin hələ də yeni rektorların təyinatı baş verməyib. Mümkün təcrübədən çıxış edən və ADİU-da çalışdığını bildirən, adının gizli saxlanılmasını istəyən oxucumuz maraqlı məsələlərə toxunaraq «Təzadlar»a məktub göndərib.
Sitat: «Hazırda universitetdə əvvəlki av-havadan əsər-əlamət yoxdur. Bildiyiniz kimi, Hesablama Palatası 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialları Baş Prokurorluğa göndərmişdir. Xeyli müddətdir Baş Prokuror yannıda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yoxlama aparırlar.
Hörmətli redaksiya! Bilmək istəyirik, görəsən prokurorlardan ibarət yoxlama həm də rektor Ədalət Muradovun müdafiə edəndən düz 16 il sonra aldığı doktorluq diplomunun taleyinə də aydınlıq gətirəcəklərmi? Bizdə olan məlumata görə, artıq bu barədə komissiyaya məlumatlar verilib. İstərdik ki, vaxtilə bu məsələyə dair olduqca ciddi araşdırma aparan KİV olaraq siz də bu məsələni nəzarətdə saxlayasınız. Axı, rektor Ədalət Muradov 1998-ci ildə Ukraynada müdafiə etsə də, dissertasiyasındakı problemlərə görə yalnız 26.12.2014-cü ildə ona Azərbaycan AAK-da iqtisad elmləri doktoru diplomu almışdır. Qəribə də olsa, o, bundan təxminən bir ay əvvəl 21.11.2014-cü ildə isə professoru adını necə almışdır?
Hörmətli Təzadlar!
Bildirirəm ki, Ədalət Muradovun 2014-cü ildəki professorluğu və doktorluğunda heç bir təsadüfü hal yoxdur. Siz onu deyin ki, o, dərhal da rektor təyin edilir… Diqqət edin, Ədalət Muradov 2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. Bu vəzifə isə bəs edərdi ki, o, bu sual doğuran işləri həyata keçirsin. O, 2002-2014-cü illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2004-cü il 20 fevral tarixli Sərəncamla iqtisadi inkişaf nazirinin müavin olmuş, həmin vaxtdan indiki təhsil naziri Mikayıl Cabbarovla dostluq etmişdir. Burdan da məlum olur ki, onun rektor vəzifəsinə gəlməyində kimin təqdimatı olmuşdur.
- Bəs necə oldu ki, bu cür şübhəli dövlət sənədlərinə malik olan bir şəxs qəflətən rektor təyin edildi?
- Ədalət Muradov necə, hansı yolla və kimin təqdimatı ilə rektor təyin etdirilib?
- Dövlət İdarəçilik Akademiyasına işə qəbul edilərkən işə qəbul sənədləri arasında Ə.Muradovun professor diplomu və vəsiqəsi olubmu? Olmayıbsa, onu professor kimi necə işə götürüb maaş təyin ediblər?
-Baş Prokurorluğun yoxlama komissiyası rektorun professor olmadan bu vəzifəyə görə maaş almasını araşdıracaqmı?
-Həmçinin prokurorluğun əməkdaşları ADİU Elmi Şurasının 19 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş «ADİU-da işçilərin universitetdaxili intizam Qaydaları»nın üz qabığındakı emblemin nə məna daşıdığını da araşdıracaqlarmı?».
(Davamı var)
Çapa təqdim etdi: Pünhan Süleymanlı
tezadlar.az
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az