Aprel döyüşcüsü Qazaxlı məmurun əlindən qan ağlayır- ŞOK MƏKTUB

20-11-2017, 06:53           

Bizi Ramiz Şəmmədovun əlindən xilas et cənab Prezident

Atam Əzimov Elad Yusif oğlu Prezidentə şikayət etdiyi üçün Qazax icra qrupunun rəisi Ramiz Şəmmədovun qəzəbinə tuş gəlib. Ramiz Şəmmədov bizim həyatımızı cəhənnəmə döndərib. Telefonda atama deyib ki mənnən Prezidentə şikayət etdiyin üçün sənin sonuna çıxacam. Biz indi Sizə şikayət etdiyimizə peşman olduq. Evimizə tez tez polis göndərib atamı tutdurmaq istəyir. Atam quşculuq fermasında fəhlə işləyirdi. Aliment pulunu bəzən tam bəzən isə yarısını ödəyir. İndi atam evdən qaçaq düşüb. Mən anamı 14 yaşımdan itirmisəm, atamnan başqa heçkimim yoxdur. Biz artıq Azərbaycanda yaşamağımız çox çətinləşib. Ramiz öz səlahiyətlərindən istifadə edib bizim üstümüzə polis göndərir hədə qorxu gəlir.

Mən vətənimiz yolunda yarımcan olmuşam. İl yarim Azərbaycanın döyüş bölgəsində xidmət etmişəm iki dəfə yaralanmışam və hal hazırda hərbiçi əliləm. Ağcabədi rayonunun 161 saylı hərbi hissəsində qulluq etmisəm. Məlum aprel döyüşlərində qarın nahiyəmdən yaralandım və hospitala yerləşdirilərək müalicə aldım. Yaralandığıma görə mənə dövlət tərəfindən 2 min manat müavinət verildi. Sonra isə fevral döyüşlərində yenidən yaralanaraq başımdan zədə aldım. Bir ay Baki səhərində papanın adlanan hospitalda müalicə aldım. Sonra mən Gənçə psixoloji dispanserində müalicəmi davam etdirdim. Bir dəfə Ramiz Şəmmədov 50 manata görə atamı həbs etdirdi 15 sutka verdirdi. Sonra isə 200 manat rüşvət tələb edirdi və biz məhz ona görə cənab Prezidentə şikayət yazdıq. Hal hazırda isə bu şikayətə görə atamı təqib etdirir. Bizi Ramiz Şəmmədovun əlindən xilas et cənab Prezident
Hörmətlə Əzimov Xəyal Elşad oğlu.
Tarix 18.11.2017
dosye.orq
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.