Taleh Qaraşov səhhəti ilə bağlı istefa ərizəsi yazıb?

12-08-2015, 15:50           
Taleh Qaraşov səhhəti ilə bağlı istefa ərizəsi yazıb?
Bu dəqiqələrdə Lənkəran rayonundan GUNDEMİNFO.AZ-ın redaksiyasına daxil olan məlumata görə, Lənkəranın icra başçısı Taleh Qaraşov səhhəti ilə əlaqədar olaraq istefa ərizəsi yazıb. Məlumata görə, 2 aydır ki, işə çıxmayan T.Qaraşovun xarici ölkələrdən birində müalicə aldığı bildirilir. Bu günlərdə cəmi 2 günlük Lənkərana gələn başçı cari ilin 6 aylıq hesabatına dair yığıncaq keçirdikdən sonra yenidən rayondan ayrılıb.

Qeyd edək ki, Taleh Qaraşov ötən ilin iyunun 5-də ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Ötən il səhhətində yaranan problemdən sonra icra başçısı ürəyindən əməliyyat olunmuşdu. Uzun müddət səhhətində hər hansı bir problem olmayıb. Lakin bu il havaların isti keçməsi gərgin iş şəraitində işləyən ürək problemi olan insanlar üçün diskomfort yaradıb. Allahdan Taleh müəllimə şəfa diləyirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru