Ulu öndər Heydər Əliyevin doğum gününü Ağcabədi rayonu qeyd etmədi… – VIDEO
12-05-2018, 06:59
10 May “Gül Bayramı” Ümumilli liderimiz Heydər Əliyevin doğum günüylə bağlıdır.\
Dahi şəxsiyyət, dünyanın 1 nömrəli siyasətçisi, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin doğum günü hər il olduğu kimi bu il də, Paytaxt Bakıdan tutmuş, Azərbaycanımızın bütün rayonlarında qeyd olunurdu. Heydər Əliyevin doğum günüylə əlaqəli keçirilən “Gül bayramı “, Ağcabədi rayon Icra hakimiyyəti Başçısı, o cümlədən rayon idarə və təşkilatları tərəfindən keçirilmədi. . .Görünür ki, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun qorxusundan digər sahələrdə çalışan, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlar da, Heydər Əliyevin doğum gününü qeyd etməyə cəsarət etmədilər .Xeberekspress.az bunun səbəbini öyrənməkçün Ağcabədi rayon icra hakimiyyətinə yollandı. Bizi Icra hakimiyyətində sözü gedən rayonun icra hakimiyyətinin müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva qəbul edərək, gəlişimizin səbəbini soruşdu . Biz ona bildirdik ki, 10 may tarixində keçirilən Heydər Əliyevin doğum günüylə bağlı “Gül Bayramı” niyə Ağcabədi rayonunda qeyd olunmur?
Icra müavini Naibə Mustafayeva bizə cavabında bildirdi ki, : ” Biz bu Gül Bayramını dünən, yani 9 mayda qeyd etmişik. .10 mayda həmin bayramın keçirilməsinin nə fərqi var?.
Üstəlik bizə bildirdiki,: ” Biz “A” kataqoriyali jurnalistlərlə işləyirik. .Siz belə işlərdə bizi narahat etməyin və bizim gördüyümüz işlərə burnununzu sıxmayın”.
Naibə Mustafayeva bir şeyi bilməliydiki həmin söylədiyi “A” kataqoriyali jurnalistlər məhz Xeberekspress.az da çalışır. Bizə bunuda sitat gətirdiki, “Prezidentimizin 2014 cü il tarixdə qərarı var ki, döyüş bölgəsi olan Beyləqan rayonuna jurnalistlərin girməsi Prezident ilham Əliyevin, birdə Müdafiə nazirliyinin icazəsi olmadan qadağandır. .”
Sen demə Naibə Mustafayeva ve Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov arxayın olaraq bütün regionlarda keçirilən Ulu öndərimizin ad günüylə bağlı olan tədbirdən qıraqda qalıblar .
Əziz oxucular biz bu məlumatı sizlərə həm foto həmdə video şəklində təqdim edirik.
Adları çəıkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az