İnam Kərimov Əbülfəz Məlikovu yoxlatdırır - “Fermer evləri”nə görə

1-06-2018, 20:49           
İnam Kərimov Əbülfəz Məlikovu yoxlatdırır - “Fermer evləri”nə görə
Neçə müddətdir ki, yerli KİV-lərdə “Trans-Broker” MMC-nin sabiq sədri Əbülfəz Məlikovla bağlı müxtəlif iddialar səsləndirilməkdədir. Xatırladaq ki, Əbülfəz Məlikov dünənə qədər gömrük sisteminin QARA KASSASI rolunu oynayıb və onun sayəsində büdcədən milyonlarla vəsait oğurlanaraq, mənimsənilib.

Əslində bu ağır ittihamı üzərində daşıması səbəbindən Əbülfəz Məlikov çoxdan həbs olunmalı idi. Amma görünəni odur, Məlikov nəinki həbs olunmadı, əksinə, zaman-zaman Dövlət Gömrük Komitəsinə bir alternativ qurumun hökmranlığını həyata keçirə bildi. Təbii ki, bu işdə onun hansı üsullarla və dairələrin hesabına möhkəmləndiyi hər kəsə bəllidir və cumhuriyyet.az-a daxil olan məlumata görə, sonradan dövlətin gömrük siyasətini sərtləşdirməsi, gömrük orqanlarına nəzarəti gücləndirməsi Əbülfəz Məlikovun səltənətinin üzərindən xətt çəkilməsinə nədən oldu. Onun rəhbəri olduğu broker şirkəti ilə yanaşı sədrliyi də ləğv olundu.

İndi isə Əbülfəz Məlikov yeni qiyafədə və tamamən yeni təqdimatda ortaya çıxmaqdadır. Belə ki, mediada da yayılan məlumatlarda bildirildi ki, Ə.Məlikov gömrük sistemindən kənarlaşdırılaraq “Gilan” holdinqə yerləşdirilib. “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri kimi bu ilin mayında “Tarla günləri” adlı tədbir düzənləyən Məlikov gömrük kimi nağd gəlirli bir məqamdan sonra aqrar sistemdə “bəsləsən atlas olar tut yarpağından” səbrini göstərə bilmədi. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Əbülfəz Məlikov artıq “qalstuklu fermer” rolundan bezib.

Belə ki, hazırki halından məmnun olmayan Məlikov bu gün əslində yeni missiyasında çox problemli görünür. Bu barədə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, uzun illər ərzində gömrük sistemindəki qanunsuzluqları hesabına yarım milyarda yaxın sərvət toplayan “broker”çıyə yeni vəzifəsində – “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postunda bu pulları xərcləmə missiyası həvalı olunub. Məlikovun bu şəkildə cəzalandırılması da təsadüfi deyil. Belə ki, məlumatlı mənbənin cumhuriyyet.az-a açıqlamasında bildirir ki, Əbülfəz Məlikov hələ bu ilin əvvəlində “yuxarılara” verdiyi vədi demək olar ki, “unudub”.

Mənbənin söylədikləri: “Quba rayonunda “Fermer evi” yaradılmalı idi. Bu məqsədlə Məlikov bir neçə milyonundan keçməli idi. Amma etmədi”. Qeyd edək ki, pilot layihə olan “fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulurdu. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapmalı idilər. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək və onlara açıq dəstək veriləcəkdi. Amma Məlikov borokerlikdən qazandığı pulları bu işə sərf etmədi və hökumətə “atdı”. Məlikovun bu əməli isə tək onu yox, həm də ona himayədarlıq edən “yüksək məqamı”- Kəmaləddin Heydərovu zərbə altında qoymuş olur və indi bütün olanlara görə bədəl ödəmək zamanı çatıb.

Bu günlərdə isə yayılan xəbərlərdən belə aydın olur ki, "Azərbaycanda fermerlərin informasiya məsləhət xidmətini təmin etmək üçün "Fermer evləri" yaradılacaq". “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib. İ. Quliyevin sözlərinə görə, ilk olaraq pilot layihə kimi “Fermer evi” Qubada təşkil olunub. “Quba regionunda nümunəvi “Fermer evi” təşkil olunub. Bu “Fermer evi”nin təşkil olunmasında əsas məqsəd fermerin qarşılaşdığı hər hansı bir problemin həllini tapmasıdır. Belə ki, fermer “Fermer evi”ndə çalışan mütəxəssislərə müraciət etməklə onların köməkliyi ilə qarşılaşdığı probleminin həllini tapa biləcək”, - deyə nazir müavini bildirib.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyalara əsasən “Fermer evləri”nin yaradılması ilə bağlı bu günə qədər banklardan dövlət zəmanəti ilə alınan kreditlərin verilməsi ilə bağlı yeyintilərə yol verilib. Məlumatlara əsasən bu kreditlər dövlət zəmanəti ilə verilsə də bir sıra pozuntulara yol verilib. Bu prossesin isə başında birbaşa Əbülfəz Məlikov dayanıb. Yeni prossedurlara əsasən aparılan islahatlar lənd təsərrufatı naziri İnam Kərimova həvalə olunub. İ.Kərimov da bu günə qədər “Fermer evləri” ilə bağlı ayrılmış büdcə vəsaitlərinin istifadəsi, təyinatı üzrə xərclənməsinin şəffaflığının auditi ilə bağlı bir sıra müstəqil audit təşkilatları ilə razılıq əldə edib. Gundeminfo.az-a daxil olan informasiyaılardan bəlli olur ki, “Broker Əbülfəz”lə bağlı araşdırmalar aparılacaq və yaxın zamanlarda nəticələr ən yüksək dairlərə müzakirə olunmaq üçün təqdim olunacaq. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.