UniBankdan müştərilərinə qarşı fırıldaq

20-04-2015, 15:58           
UniBankdan müştərilərinə qarşı fırıldaq
Manatın devalivasiyasından sonra ağır vəziyyətə düşmüş banklar, həm də vəziyyətdən sui-istifadə etməyə başlayıblar. Üstəlik, müştəriləri ilə bağladıqları müqavilələri qarşı tərəfin razılığı olmadan dəyişirlər.

JAM.AZ xəbər verir ki, belə sui-istifadəçilərdən biri də UniBankdır. Məlumatlara görə, bank müştərilərinin razılığı olmadan onların bank kartlarına məhdudiyyətlər tətbiq ediblər. Bnlə ki, indiyə qədər müştərilərin ixtiyarına verilmiş «Albalı» kartlara həftəlik 100 manat limit qoyublar. Yəni, müştəri kartdan ancaq 100 manat nağd pul çıxara bilər və ya bu məbləğdə pul xərcləmək ixtiyarına sahibdir.

Müştərilər bunun səbəbini soruşduqda isə bankın müqavilə kağızında məsələyə müdaxilə edə biləcəklərinin qeyd edildiyini iddia edirlər. Lakin müqavilədə belə bir şeyin olmadığı vurğulanır. Amma UniBankın fırıldağının üstü bu açıqlamadan dərhal sonra üzə çıxır. JAM.AZ xəbər verir ki, bank dərhal müştərilərinə «Albalı Plus» kartlarını təklif edir. Özü də həmin kartdakı pulun da dollarla hesablandığını bildirirlər.

Maraqlı məqamlardan biri də odur ki, UniBank «Qızıl Kart»lardakı pulları da sıfırlayıb. JAM.AZ-a daxil olan məlumata görə, artıq bütün müştərilərin «Qızıl Kart»ındakı pulların hamısı silinib. Bank rəsmiləri isə belə bir addımı hansı səbəbdən atdığını və pulları niyə çıxardıqlarını izah edə bilmirlər.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.