Sevgiyə qarşı gələnin gök dünyasında yeri yoxdur

4-12-2018, 08:39           
Sevgiyə qarşı gələnin gök dünyasında yeri yoxdur
Əzəldən bu günə kimi varlığı və evrəni yaşadıb, insan oğlunun törəsini boya-başa çatdırıb yaşadan da tanrının ürəklərdə əkləndiyinə bağlıdır. Saflıq və sədaqət hər insanın ürəyində sevgi dərəcəsindən hikayə edir.Bu sevgi dərəcəsi əski türk inanclarında, bu inanclar üzrə ailəyə məhəbbət sunulduğunu və törəyə qarşı gəlməməyin göstərgəsi olmuşdur.Ancaq böyük atalarımız və özəlliklə qıpçaq türklərində, nədən söyləmişlər ki, "Oğul sevgini pisləmə, analar südə həsrət qalar", "Sevgiyə qarşı gələn, qaranlığa düşər." Bu inanc hardan doğulmasını, nədən söyləndiyini burada açıqlayacayıq.
Türk mifik inanclarına görə, dünya üç qatdan ulaşıb və düzənlənmişdir:
1- Gök dünya ya yuxarı dünya, ki, tanrı ülgen və ya xan tanrı oradan bütün evrəni yönəldir.
2- orta dünya və ya yaşam dünyası, ki, tanrı ülgen tərəfindən seçilən tanrıça umay ana, iyə olaraq yaşam dünyasında yaxşılığı və uşaqları qoruyub himayə edir. quş qılığında yaşam ağacında yaşayır.
3- yeraltı dünya və ya qaranlıq dünyası, ki, şər və pis ruhların ihatəsindədir.

Bu yazıda söz qonusu Sevgi olaraq, orta dünya və oranın yiyəsi Umay ana, sevgi yumuşçisindən söhbət gedir.
Yaşar Çoruhlu yazır ki, Umay ana Gök Tanrının və ya Xan Tanrının xanımı olaraq, qutsal bir tanrıçadır. Bu tanrıça uşaqları qoruyur, qadınlara doğumunda yardım edir və sevgi ilahəsidir. Ona hörmətlə yanaşmaq gərəkir. O, yeni doğulmuş uşaqlara süd yolundan süd gətirib içirdərək, onlara sevgi və həyat bəxş edir.
Bildiginiz tək, süd, ağlıq və saflıq simgəsi olaraq sevgiylə sayqı göstərgəsidir. Hətta umay anaya, yəni xeyrə qarşı olan şər və qaranlıq simvolu albız ya albastı, uşaqlara və sevgiyə qarşıdır, ilk hücumu isə südü anadan alaraq, seviyə qarşı durmaqdır. Bu nədənlərə görə, bugün süd günlərdə sevgini pisləmək yasağı xalq arasında yayqındır. Bu sevgiyə qarşı gəlmək, insanın ruhunu qaranlığa doğru aparıb, qutsallıqdan endirib, gök dünyasını yasaq etmişdir. Yəni bir növ Umay anaya qarşı gəlmək deməkdir.
Söylədiyimiz kimi, umay ana quş qılığında yaşam ağacında yaşayır. belə ki, çoxlu əsatiri sistemlərdəki dünya modellərinin önəmli unsuru "Dünya ağacı"dır. "… arxatip içərisində, ağac arxatipi diqqəti özəl olaraq cəlb edir. ağac adətən üç bölümdən ibarət, dünyanın ilkin, sonunu özündə birləşdirən bir simvol kimi üzə çıxır" (kamal abdulla, sirr içində dəstan və yaxud gizli dədə qorqud, s.260, 1999).
Məhsuldarlıq, həyat, səma, nəsil, şaman, axirət ağacı, uca ağac variantlarında rast gəlinən dünya ağacı əsatiri məkanın, kainatın üçlü bölgüsündən ibarət olan "şaquli" kosmik modelin və dörd, beş, səkkiz, doqquz hissəli "yatay" məkanı modellərin əsasında durur.
Kainatın ilk məkanı bölgüsü ağacla bağlıdır: onun kökləri yeraltı, qaranlıq dünyanı, gövdəsi yeri, ışıqlıq dünyanı, budaqları isə göyü təmsil edir. bu bölgü sonraki dini sistemlərdə inkişaf etdirilərək, ayrı-ayrı məxluqlarla məskunlaşmış yeddi, doqquz qatlı dünya haqqında təsəvvürlərlə sonuclanmışdır.
Bu faktlara əsasən, ağacın kötüyü yeraltı ya qaranlıq dünyanı, gövdəsi orta dünyanı və budaqları isə gök dünyasın ihatə edir. və umay ana quş qılığında olaraq üçlü dünya ilə ilgidədir. bir sözlə türk mifik inancında insan öldükdən sonra quş qılığına salınıb gök dünyasına varmasının vasitəsi yaşam ağacıyla umay anadır.
"Sevgiyə qarşı gələnin gök dünyasında yeri yoxdur" ifadəsidə bu inancla ilgilidir. əskidən türklərdə bu inanc var ki, qamlar quş qılığında gök dünyasını seir edib tanrı ülgenlə ilgi qurarmışlar. Buna əsadən quş motivi türk mifik inancında qutsaldır, onqon sayılaraq özəl yerə malikdir. Bu inanca görə, insan öldükdən sonra quş qılığında gök dünyasına varır. Buna əsasən ölən insana "uçdu", "uçub getdi" ifadələri işləkmiş. Cənnətə isə "uçmaq", "uçman" adı verilmişdir. Bəzi söylənilən inanca görə də, quş qılığında olan umay ana qanadlarıyla yaşam ağacı vasitəsilə gök dünyasına daşırmış. Bu inanca görə, sevgiyə qarşı gələn, umay ana yəni sevgi ilahəsinə qarşı gəlib, cəzalandırılırmış. Öldükdə quş ruhundan aciz qalıb, qanadsız qanadsız olaraq yerin dibinə, yəni qaranlıq dünyasına endirilirmiş.
"kiyumərs İslami"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.