Səddamçılar zabitlər İŞİD-i qurdu ? ( I HiSSƏ)
11-01-2016, 23:00
IŞİD-in strateji-taktiki çevikliyinin, dayanıqlılılğının arxasında peşəkar kadrların durması hər zaman müstəqil ekspertlər tərəfindən təsdiqlənmiş fikirdir. Bu sahədə şübhəsiz ön plana çıxan "ƏbuBəkr Əl-İraqi" ləqəbli, Samir abd Muhamməd əl-Xilavi, və ya sadəcə "Hacı Bəkr" adı ilə tanınan, Səddam Hüseyn ordusunun kəşfiyyat bölmələrinin polkovnik rütbəli zabitidir. Əl-Xilavinin xidməti yeri Bağdadın qərbində yerləşən Həbbaniyyə HHM bazası idi, O həmçinin silah-sursat modernləşdirilməsi sahəsindən də cavabdeh idi. Baxmayaraq ki, səddamçıların İŞİD tərkibində əhəmiyyətli dərəcədə sayda olmamaları qeyd olunsa da, Əl-Xilavi demək olar ki, bugünki hərəkatın əsas "beyin atasıdır". Əslində Əl-Xilavi və ya "Hacı Bəkr" radikal dini təmayüllü deyil, belə ki, Suriya müxalifəti 2014-cü ilin yanvar ayında Hələb yaxınlığında evdə Əl-Xilavini qətlə yetirdikdən sonra həmin evdən heç Quran kitabı da çıxmamışdl bunu İraq hökümətinə yaxınlığı ilə bilinən Hişam əl Haşimi bildirir ki" O tamamilə millətçi idi, dindar yox"
"Hacı Bəkr" radikal səviyyədə dindar olmasa da sonradan Usamə ben Ladenə beyət edərək adını " İraq Əl-Qaidəsi" olaraq dəyişən "Tövhid və Cihad Camaatı" adlı qruplaşmanın ən əsas fiqurlarından biri idi, hətta 2003-cü ildə Əl-Anbar vilayətində Əl-Xilavi cihadçıların əsas lideri Əbu Mushab əl Zərkavi ilə görüşmüşdü, Səddam sonrası ilk vaxtlarda məhz həmin vilayətdə Əl-Xilavi böyük nüfuza sahib idi.
Təxminən 2005-ci ilə qədər İraqda ABŞ əleyhinə olan partizan hərəkatı əsasən millətçi ünsürlərdən təşkil edilmişdi, Əl-Zərqavi bu millətçilərlə birlikdə döyüşməyə məcbur idi.Lakin bir-birindən əlaqəsiz formada, kiçik qruplarla mübarizənin effekt verməyəcəyini, göstərilməli olan müqavimətin "İslami" xarakterli olmalı zərurətini Əbu Mushab Əl Zarkavi digər səddamçı qruplara təlqin edə bildi, maraqlısı odur ki, bu işdə ən böyük yardımı məhz əl-Xilavi göstərdi.
Maraqlı fakt ondan ibarətdir ki, Səddam rejiminin son 10 ilində hərbi strukturda radikallaşma meyləri ortaya çıxmışdı. Ekspertlər bu cərəyana " Baatist-Salafizm" adını qoymuşdular. Dünyəviliyi, sosializmi, ərəb milliyətçiliyini təbliğ edən "Baas" partiyası təhlükəsizlik qüvvələrində yayılmaqda olan bu meyllərin qarşısını almağa cəhd etdi, lakin Amerika işğalı "Baas" rejimini çökdürdü. Əl-Xilavidə də rejim çökməzdən öncə "baasçı-sələfizmə" qoşulan elitadan idi.
Əl-Xilavinin həyatının 2004-2012-ci illəri barədə sadəcə 2 fakt məlumdur.Biri onun yaşaması, bir digəri isə AQİ/ ISI də nüfuzunu və gücünü gücləndirdiyi.
2010-cu il "İraq İslam Dövlət" qrupu üçün qara il oldu, təşkilatın əsas fiqurlarının 80 faizi həbs olundu və ya Koalisya qüvvələri tərəfindən öldürüldü. Xilas olanların əksəriyyəti isə səddamçılar idi, şübhəsiz bu sahədə Əl-Xilavinin strateqliyi xüsusi qeyd olunmalıdır.
İİD-nin "ıraqlaşdırılması" üçün bu əslində əla fürsət idi, həlak olmuş və həbs olunmuş "muhacirin" adlandırılan cihadçıların yerinin yerli iraqlıların tərəfindən tutulması, İraq Əl-Qaidəsi olan " İraq İslam Dövləti" qruplaşmasına yenidən "operativlik qabiliyyəti" verdi. Bəs bu necə oldu ?
( Davamı var..)
Tərcümə etdi:Yusif Səfərov.