"Sizin Prezident nə üçün Paşinyanı lağa qoydu, alçaltdı qələbə çıxışında"

12-11-2020, 08:18           
"Sizin Prezident nə üçün Paşinyanı lağa qoydu, alçaltdı qələbə çıxışında"
Bir xarici dostumla söhbət edirdik, mənə irad bildirdi ki, sizin Prezident nəyə görə məğlub olan Paşinanı lağa qoydu Qələbə çıxışında, niyə onu alçaltdı, yıxılanı vurmazlar filan.

Ona dediyimi burada da səsləndirim, subyektiv fikirlərimdir.

Azərbaycan-Ermənistan müharibəsi öz yerində, müharibə edən ölkə başçılarının düşmənçiliyi öz yerində, amma ortada həm də Əliyev-Paşinyan şəxsi ədavət məsələsi də var idi.

Baxın, dünya tarixində məğlub olan yüksək rütbəli düşmənə qarşı münasibət həmişə mərhəmətli olub.

Genaralların poqonlarını cırmırdılar, Şeyx Şamilə Rusiya hörmətlə qarşılayırdı və s.

Bu, yazılmamış müharibə qaydaları, hərbi kodeks idi və var.

Heç uzağa getməyək, son Dünya Müharibəsində alman feldmarşalı, darmadağın edilən qoşunların komandanı Paulüsa hörmətli münasibəti xatırlayaq.

Nəyə görə?

Çünki, belə insanlar düşmən olsalar da, mərd olublar.

Öz ideyaları uğrunda cəngavərlik, sınmazlıq, kişilik nümayiş etdiriblər.

İndi isə baxaq Kokeyşn ləqəbli Paşinyana.

Hakimiyətə gələn kimi, Nikol Paşinyan İlham Əliyevdən xahiş etmişdi ki, biraz möhlət ver, çox üstünə getmə, mən yerimi bərkidim və sonra oturub Qarabağ problemini müzakirə edərik, biz kompromislərə gedəcəyik, mamoy klənus.

Nəticədə isə nə baş verdi?

Yerini möhkəmləndirən kimi, o nəinki sözünün ağası çıxmadı, o İlham Əliyevə qarşı şəxsi təhqirlərə keçdi.

Növbəti görüşlərdə əvvəl bu günki kimi sıçan olan Paşinyan "borzı"laşdı, "ara, sən kimsən, mən sənə heç bir santimetr də qaytaran deyiləm, unut baza prinsiplərini” dedi.

Şuşada sərxoş vəziyətdə “Yallı", Şuşada “inauqurasiya", “parlamenti" Şuşaya köçürmək planları yalnız Azərbaycana ötürülən xəbərdarlıq deyil idi, bu, şəxsən İlham Əliyevə göndərilən təhqiredici mesajlar idi.

Yəni, rəsmi düşmən münasibətlərinə Paşinyan şəxsi məqamları qatdı və iki lider arasında olan bu münasibətlərdə namərdlik, alçaqlıq, plintusdan aşağı davranış qoydu ortaya.

Kişinin düşməni də kişi olmalıdır, Paşinyan kişi olmağı bacarmadı.

Təsəvvür edirsiniz, hansı hisslər keçirirdi bizimki?

Gözümü açıb hakimiyət görən mən, güclü ordusu olan mən, misilsiz imkanları olan mən və hansısa küçədən mayka ilə gələn aftafa görməyən məni təhqir edir?

Xalqımı da təhqir edir, göz bəbəyimiz olan Şuşanı da murdarlayır, üstəlik hələ mənə şəxsən sataşır?

Ona görə, məğlub olandan sonra Paşinyanın özünə qarşı hansısa kodeks filana ümidli olması tam yersizdir.

Heç İlham Əliyev olmasın, özümü qoyuram onun yerinə - mənə qarşı belə addımlara görə mən də düşməni mənəvi cəhətdən yerə yıxıb sürüyərdim.

Alçaldardım, "bəs nə oldu” deyərdim, trolluğ edərdim, prikola götürərdim və üzünə tüpürərdim.

Çünki üzündə tüpürcəyi qəbul edən, buna dözən şalvargeyinən digər münasibətə layiq deyil.

Odur ki, əcəb edir ayağlarını silir Paşinyanın sifətinə…


Azər Qərib

Jurnalist












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.