Nə zaman milli qeyrət, şərəf, namus, ləyaqət, şəxsiyyət, təəssüb göstərəcəksiniz.
21-12-2020, 22:19
Əsgərin video paylaşmağına qarşıyam, amma tutulmağına da tərəfdar deyiləm... Nazirimi özüm tənqid edərəm, amma onun başqa millətdən olan həmkarı qarşısında enməsinə görə özümü alçalmış bilərəm... Millətimi, dövlətimi, saymayanı, heç daban altı da bilməkdən yana deyiləm... Əsgərim ən böyük əsgər! Dövlətim ən uca dövlət! Ordum ən qüdrətli! Xalqım hamıdan nəhəng! Şəhidim hər kəsdən ucada! Indi mənə maraqlıdır, Zakir paşa, Şayqoya niyə başsağlığı verdi ki? Bizim efirlər, nə zaman özümüzü sevin təbliğatına başlayacaq? Məsələn efirdən haçan yığışacaq "Komedi xanım" kateqoriyasından olan mırt verilişləri? Reklam, pul öldürməsin sizi yazıqsınız. Nə zaman milli qeyrət, şərəf, namus, ləyaqət, şəxsiyyət, təəssüb göstərəcəksiniz. Bizə bu hava-su kimi lazımdır. Qarabağ savaşı bitdi. Yəni daha Qarabağ savaşının ideoloji təbliğatı yoxdur ki, o növbəti illər üçün daha bir fədakar nəsil yetişdirə. Ayılın də... Jalə Mütəllimova-Seyidli Teref.az