Hər sözün tarixi var... - Koroğlunun Misri qılıncı...
29-01-2021, 08:12
Koroğlunun Misri qılıncı... bu ünlü qılıncın kəsəri haqda hər birimizin bir uşaqlıq xəyalı var... Misri qılınc qınından sıyrılarsa... leş leş üstə qalanardı... quşlar Göydə qanad salardı...Heç bir qılınc Misri qılınca tay olmazdı... çünkü Misri qılınc Göydən enmişdi...
Göydənmi? Göydən qılınc enərmi? Enərsə necə enər...
Teref.az yazır ki, bunu məşhur publisist, yazar, jurnalist Mehriban xanım Vəzr yazır.
Daha sonra Mehriban xanım yazır, sevə-sevə oxumuşduq... dastanda Koroğlu bir yana... Misri qılıncın şəninə nə incilər düzülüb. Misri qılınc kimin əlindəysə məğlubedilməz sayılıb...
Dastan əlimin altındadı... arada vərəqləyib heyrətə gəlirəm... sanki insan qələmindən çıxmayıb... göylərdən süzülüb gəlib... deyərdim, elə bu dastanın özü də Göydən enib... insan məhsulu kimi deyil...
Düşünürəm... Koroğlunun qılıncının adı niyə Misri qılınc idi? Bu Misri nə məsələdi... bu ad hardan alınıb bu qılınca taxılıb...
Bu günlərdə Misir firoonları haqda ötən il çəkilmiş bir sənədli filmə baxdım. Məşhur Tutonxamon haqda son araşdırmalar idi...
Bu ən gənc firoonun məzarı açıldıqda sinəsi üstündə bir xənçər varmış. Xənçərin dəmiri araşdırılmış və məlum olmuş ki, xənçərin tiyəsi tanınmayan bir materialdandır. Yer üzündə belə element yoxdur. Bu məsələ uzun illər elmə müəmma qalıb.
Yalnız son illərin araşdırmaları isbat edib ki, Tutonxamonun bu məşhur xənçərinin tiyəsi uzaydan Yerə düşən - kosmosdan gələn bir meteor parçasından hazırlanıb.
Yəni istəsəniz Qeybdən gəlib və ya Göydən düşüb... deyə bilərsiniz... yanılmış olmazsınız...
Maraqlı göründü... demək... Koroğlunun Misri qılıncının Göydən gəlməsi nağıl deyil... zatən, nağılların kodlaşdırılmış tarix-təcrübə olması bir ayrı məsələ...
Demək, Misri qılıncın daşıdığı gücün mənbəyi, sirri və yaxud sehiri var... və butun bunlar elmlə izah olunacaq məsələlərdi... yetər ki... ELM olsun!
O da bizdə yox!
İndi isə ortaya 2 sual çıxır:
1. Koroğlunun qılıncı niyə Misri qılınc adlanırdı? Bu sözün Misirlə əlaqəsi varmı?
2. Koroğlunun və bir sıra qəhrəmanlarımızın qılıncının Göydən gəlməsinə olan işarələr... bu kimi qüdrətli qılıncların Yerə düşmüş meteor daşlarından hazırlanması ilə bağlılığı varmı?
Gənc Firoonun xənçəri ilə bağlı son elmi araşdırmalar... düşünmək üçün üfüqlər açır...
Gəlin düşünək... bizlərdən öncə isə elm institutları düşünsün...
Hər sözün tarixi var... o tarixi izah etsinlər... işlərinin adı nədi...
Mehriban Vəzir
Teref.az