Türk Tanrısı və Onun ağlasığmaz sirləri

24-02-2021, 08:30           
Türk Tanrısı və Onun ağlasığmaz sirləri
Əvvəli burada:
https://teref.az/kose/182701-turk-tanrisi-ve-onun-aglasigmaz-sirleri.html
Bumın xaqanın Yabqu, yəni “Ya-Bəg” titulunu qəbul etməsi, onun sufizmin Tərikə yolunda Bəqa səviyyəsinə yüksəlməsi və İlahla, yəni ilkin materiya ilə vəhdətə nail olması mənasındadır. Bu səviyyədə pir, İlah vasitəsi ilə istənilən canlını və s. hər şeyi yaradan bilir. Pir Əmən, məhz Gel şəhərində İlahla vəhdətindən Atum Allahını, yəni Doqquz Oğuz ölkəsini yaratmışdır. O Gel şəhərində İlahla vəhdətə nail olduğu üçün, onu Gel-İlah adlandırdılar ki, mənbələrdə bu rəmz Xallux/Halluh formasında qalmışdır. Rəvayətə görə Xallux, Doqquz-oğuz (Tuquzquz) ölkəsinə keçəndən sonra Yabaqu, onun tayfası isə Yabaqu-Xallux adlanmağa başlandı (В. В. Бартольд, “Сочинения”, том VIII, М., 1973, стр.42). Çin mənbələrində xallux - qolelu, kololu adlanır ki, bu rəmz də Qall, Qaliley, Gel və s. rəmzləri ilə eyni mənalıdır. Mənbələrə görə şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edir. Müsəlmanlar onları Halluh/Xallux/Kalluk, Harluh, Harlıg, Tibetliler isə Garlog adlandırır ki,​ “yabqu” (Ya Bəg) titulunu da onların şahları daşıyır. Karluk şahları isə mənbələrə görə Kül-İrkin tayfasıdır və bu rəmz digər yerlərdə Uluq-İrkin kimi yazılaraq, şərqi Türküstan şahlarının titulu sayılırdı. Uluq (LQ) və Kül (KL) rəmzləri batini mənada İlah deməkdir və Karluk da Qor-İlahi, yəni Qor Allahı anlamındadır. Qor Allahı isə bizim yuxarıda qeyd etdiyimiz qədim Misirin Qor, yəni Qorqud/Qorxud Allahıdır.

Tanınmış araşdırmaçı Devid Rol yazır ki, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi və bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar “İri-Pati” [R-PT] adlanırdı ki, bu da “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində artıq Qorla assosiasiya olunurdu və bu şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəslə, yəni Qor fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол, “Генезис цивилизации. Откуда мы произошли…”, Эксмо, М., 2002, səh.388, 389). İri-Pati rəmzi qədim Misirin Ra və Pta (Ptah) Allahlahlarını bildirir. Amon Allahına alqışın Leyden variantına görə, Amon, Ra və Pta – bütün Allahların mənasıdır: “Onlara tay yoxdur. Amon - hansı ki öz adını gizlədir, O, Öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır” (“Культура древнего Египта”, М., 1976 səh. 197). Bu o deməkdir ki, Ra Allahı - Amonun günəş siması, Pta isə onun Atum bədənidir. Mənbələrə görə, Atum məhz Ptanın söz və fikri ilə yaradılmışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Qor fironları nəsli - Amon Allahının varisləri anlamındadır. Başqa sözlə, Karluq, yəni Qor-İlahi dedikdə, Allahın yerdəki təcəssümü sayılan Qor fironları - pirləri nəzərdə tutulmalıdır və onlar Kül-İrkin tayfasıdır. Kül-İrkin rəmzi Alban və digər mənbələrində Gelarküni, onlara aid İri-Pati rəmzi isə Ər-Yafət mənasında Yafər-Ərən kimi keçir. Deməli, Karluq və Xalluxlar elə Albaniyanın Aranşahlar nəsli olan Geı-Gelarküni bəgləridir. Karluk rəmzi də Gel şəhərindən olan İlahi Qor nəsli deməkdir.

Gel şəhərinin göylərində yaradılmış İç Oğuz eli mənbələrdə Çigil, yəni İç-Gel də adlanır. Bartold yazır ki, səlcuq imperiyası dövründə yayılmış Türk qeneoloji rəvayətlərdə Oğuz adı yox, Çigil, yəni İç Gel adı mövcud olmuşdu. Mənbələrə görə, çigillər karlukların bir qolu hesab olunurdu. Bartold bildirir ki, karlukların içində​ Karluk-laban tayfası vardı. İssık-Kul ətrafındakı bütün yerlər karluk və cikillərə məxsus idi. Onların şahları “Kütekin-laban” titulunu daşıyırdı. Buradakı “laban” rəmzi Alban deməkdir. Başqa sözlə, Karluk-laban dedikdə - Albaniyanın Gel elinin, yəni Gelarküninin Qor Allahları nəsli nəzərdə tutulmalıdır. Alban mənbələrində bu Gel bəgləri adlı-sanlı Sisaka (Sisakan) nəsli adlanır ki, Türk mənbələrində Sisaka-Gel rəmzi “İssık-Kul” kimi rəmzləndirilmişdir. Mənbələri araşdıran Bartold, batini elmini bilmədiyindən təəccüblə bildirir ki, mətni köçürən şəxs İssık-Kul adı əvəzinə səhvən Xəzər dənizindəki Abeskun limanının adını yazmışdır (Бартольд, Сочинения, VIII cild, M, 1973 M., səh. 529). Abeskun isə mənbələrə görə, hunn sərhədləri ərazisinə aid olan, Kaspi darvazalarına və dənizinə qədər ərazini əhatə edən Bazqun torpağıdır. Başqa sözlə, Çigil karlukları, yəni İç Gelin (İç Oğuzun) Qor pirləri nəsli elə Albaniyanın Sisaka/Sisakan ərənlərinin nəslidir. Sisakan rəmzi isə Tövratda Vəhy çadırı adlanan Skiniya (Şexina) rəmzidir. Bu İlahın, yəni ilkin materiyanın, İlahi Odun mövcud olduğu ərazi mənasında göydəki ruhlar dünyasını (çadır formasında) bildirir. Lakin bu rəmz İlahla - İlahi Odla vəhdətdə olan pir-bəglərə (atəşbəglər) də aid edilir ki, İran mənbələrində onlar farbaq/farnbaq da adlanırlar. Məhz İlahi farna/fərrin hesabına bu Asiya şahları - insanlara xoşbəxtlik gətirən İlahi nur saçırdılar. Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı. Yəhudi mənbələrində məhz bu daşınan mehrab – “Əhd sandığı” (рус. Ковчег Завета) adlanıb, yəhudilərin ən müqəddəs əşyası hesab olunur. Bütün bunlar o deməkdir ki, Karluk-labanlar elə Albaniyanın İlahi Qor nəsli nəslidir.

Karluk rəmzi sufi-batinilərdə, türklərin ölüm şahlığının xaqanı olan “Еrlik” rəmzi ilə eyni mənalıdır. Bu rəmz Erakl, yəni Herakl rəmzi ilə də eynilik təşkil edir və biz – “Cəlairilər - Heraklın İlahi nəslidir” (rus dilində) adlı məqaləmizdə bu haqda yazmışıq (Sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1). Türk və Monqol mifologiyəsında Erlik (Erleq) - yeraltı dünyanın sahibi, ölüm şahlığının ali hökmranıdır. Bu isə o deməkdir ki, Erlik elə qədim Misirin ölüm şahlığının Allahı olan Asar, yəni Osiris Allahının obrazıdır. Sufi-batinilərdə Erlik (RLK) rəmzi – “Gel şəhərinin Ra günəş Allahı” mənasını verən Gelar (GLR) rəmzi ilə eynidir. Başqa sözlə, karluk-xalluxlar elə Albaniyanın Gel elinin Qor Allahları nəslidir. Gelarkün adındakı “Kün!” rəmzi isə həm Allahın “Ol!” əmrini və həm də eyni mənalı Kənan, yəni Xanaan elini bildirir ki, “Vahid əsilli Xalqların Böyük Birliyi” də məhz burada yaradılmışdır. Mənbələrdə Gelarküni eli eyni zamanda Qarni adlanır və bu da batini mənada Qor-Ane, yəni Ane (Gel/Geliopol) şəhərindəki Qor (Allahı) mənasındadır.

Türk mənbələrində Qor Allahların yolu ilə gedənlərin şahlığı “Ya-Qor” mənasında “Uyğur” xaqanlığı kimi də qeyd olunur. Bu xaqanlıq Doqquz Oğuz ölkəsinin içində yerləşirdi ki, bu ölkə elə qədim Misir yazılarındakı Atum adlanan Böyük doqquz Allah deməkdir. Bu mənbələrdə Atum Allahı Tumidu adlanır və bu rəmz də Atum-Deo/Теос, yəni Atum Allahı deməkdir. Atum Allahı Nut göyündə yaradılmışdır ki, Nut rəmzi bu mətnlərdə Tan imperiyası kimi rəmzləndirilmişdir. Uyğur xaqanlığının xanları Yağlakar adlanır və mənbələrdə onlara “Yoloqi”, “Yaoloqe” rəmzləri aid edilirdi. “Yoloqi”, “Yaoloqe” rəmzləri – “Ya İlahi” deməkdir və Allaha müraciət formasıdır. Yağlakar rəmzi isə batini mənada Gel-Qor və ya İlahi-Qor deməkdir. Qədim Misir mənbələrində Allah mənasını verən İlah rəmzi Asar-Luhi kimi də yazılır ki, bu da Osiris-İlahi, Osiris Allahı deməkdir. Başqa sözlə, Uyğur xaqanı elə Asar/Osiris Allahıdır.

Mənbələrə görə, Karluk hökmdarı Bilgə Kül Kadir Xaqan – “Qara xan” adını aldı və Uyğur xaqanlığı Qaraxanlılar dövlətinə çevrildi. Bu o deməkdir ki, mənbələrdəki Türk-İslam dövləti olan Qaraxanlılar dövləti dedikdə - qədim Misirin Qor yolu ilə gedən Allahların dövləti, yəni Kül/Gül/Gel elindəki Atum ölkəsi, onun göydəki və yerdəki İç və Taş Oğuz eli nəzərdə tutulmalıdır. Buradakl “Bilgə” rəmzi də “Ba-Elig”, yəni Ba-İlahi fikrini bildirir. Kadir rəmzi isə qədim Misirdə, “Qor Allahının evi” mənasında olan Xator deməkdir ki, bu da elə Atum dünyasıdır.

Bütün bu yazdıqlarımızdan belə nəticə çıxarmaq olar ki, qədim Misirin Ruten/Neter, bizim isə Tanrı/Tenqri adlandırdığımız Allah - türklərin göydəki Göytürk xaqanlığıdır. Bu xaqanlıq qədim Misirdə Asar/Osiris/Azər Allahının Xeka xanlığı, yəni maqiya, qam-şamanlıqla yaradılmış şahlıq, ölkə mənasında idi. Buna görə də bu Asar, yəni Azər ölkəsi mənbələrdə Hü-Azər/Hazar/Xəzər xaqanlığı da adlandı. Başqa sözlə, Xəzər xaqanlığı elə Göytürk xaqanlığıdır. Bu ölkənin xaqanı, qədim Misirdə bütün Allahların Atası və Ağası adlandırılan pir/firon Amondur ki, Türk mənbələrində O Bumın (Ba-Amon), Bilgə (Ba-İlahi) xaqan adlandırılır. Onun köməkçiləri olan Allahlar isə Türk mənbələrində İç və Taş Oğuz bəgləri kimi qeyd olunur. Bütün qədim mənbələrdə Tək Allah dedikdə - göydəki İç Oğuz Elində ölümsüzlük qazanmış pir Amonun (Əmən) Ruhu nəzərdə tutulur. Bütün xristianların ən mühüm “Atamız bizim” (Pater noster, Отьцэ нашь) duasında da Ata dedikdə məhz Cəddimiz Əmən Allah təsəvvür olunmalıdır: “Atamız ki, göydəsən. Alqışlı olsun Adın Sənin, gəlsin xanlığın Sənin, olsun sənin diləyin — necə ki, göydə, elə (də) yerdə. Gündəlik çörəyimizi bizə bu gün ver və s.”

Qədim Misirdə Ruten adlanan “Vahid əsilli xalqların Böyük Birliyi” sonrakı mənbələrdə Azərbaycan Atabəglər Ailəsi kimi keçməyə başladı. Mətnlərdəki onların Xelat (Gel) eli Tövratdakı Xaldeya şəhəridir ki, “bir ümmət” olan kuti/xudalar burada “möhkəmləndirilmiş şəhər”, yəni Babil qülləsini tikmiş və onun göylərində Atum Allahını var etmişdilər.

Atum rəmzi Kitabi Dədə Qorqudda Amit kimi də keçir və bu soyunun aslanı Qazan xan öz elini – “Qom qomlamam qoma yurdum” adlandırır. Bu isə Amit/Atum elinin qamlama, şamanlıqla yaradılması deməkdir. Qədim Misir ölkəsi də mənbələrdə Kem, yəni Qam ölkəsi adlanırdı və Amit rəmzi burada Mariyut, yəni Mar-Tu mənasında mar, amoreylərə aid edilirdi. Mar/amorey rəmzləri də Midiya ölkəsinə aiddir ki, Midiya rəmzi batini mənada Atum/Adəm rəmzləri ilə eyni mənalıdır. Belə çıxır ki, Atum/Adəm dünyası elə Oğuzlar yurdu olan Midiya ölkəsidir.

Kitabi Dədə Qorqudda “Qamu yerdə Əhədsən, Allahü Səmədsən” ifadəsi var ki, bu da Əhəd, yəni xuda/kuti nəslinin qamlıq məqamında olan (Tərikənin Bəqa səviyyəsi) qam-şamanlar olması deməkdir. Evseviy, kuti sülaləsini “kəldani sülaləsi” adlandırır və bu da Xaldey, yəni Xelat Atabəglər Ailəsinin sülaləsi deməkdir. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların içində Zərdüşt də var. Panodora görə, midiyalı Zoroastr (Zərdüşt) yeni kosmik eranın səbəbkarıdır (И.М.Дьяконов, “История Мидии”, М-Л., 1956, səh.36-39). Kosmik eranın səbəbkarı olmaq, Zoroastrın kosmik Atum Allahın obrazında olması anlamındadır. Zoroastr rəmzi Azər-İstar deməkdir ki, bu da Asar/Osiris Allahının göy dünyası mənasındadır. Belə çıxır ki, kuti/xudaları nəsli Midiyanın Xelat, yəni Gel elinin bəgləridir.

Bəg-kuti rəmzi qədim hindlilərin “Bxaqavat-Qita” dini-fəlsəfi abidəsində “bxakti” kimi məlumdur. Bu kitabda Allah bildirir ki, yalnız “Mənim bxaktilərim” məni dərk edə bilər və Mənim təbiətimə çata bilərlər. İstənilən işlə məşğul olan bxakti Allahın himayəsi altındadır və onlar Allahın əbədi, məhv olmayan aləminə daxil olur və orada ölümsüzlük qazanır. Allahın bxakti, yəni kuti-bəglərini “Mənim” adlandırması o deməkdir ki, onlar yəhudilərin Levit boyudur. Çünki yalnız yəhudi levitlərini Allah “mənim” adlandırır və onları Özünə qulluq üçün ayırmışdır.

Qeyd etmək yerinə düşər ki, “Bxaqavat-Qita” rəmzi sufi-batinilərdə “Bəg-Qaba-Kuti” kimi açılır ki, bu da kutilərin – “Qeb/Qaba aləmi yaratmış bəglər” olması deməkdir. Bxaqavati rəmzi qədim mətnlərdə Bexkavat kimi yazılır və “fars şahlarının, onların arvadlarının, uşaqlarının və s. yerləşdiyi iqamətgah” mənasındadır. Yazılarda qeyd olunur ki, Fars ölkəsinin bir çox şəhərləri, öz yaradıcılarının və bərpa edənlərinin adları ilə adlandırılır və qarşısına Vex/Veh (Bəg) hissəciyi artırılırdı: Vex-Kavat, Vex-Artaşir, Vex-Xosrov və s. Mənbələrə görə, Amidanın zəbtindən sonra Kavad Fars ölkəsində şəhər tikərək, oranı əsir amidlilərlə məskunlaşdırır və Beh-an-Amid-Kavad adlandırılır (Sebeos, “İmperator İraklın tarixi” 3/17). Amid rəmzinin Midiya olması aydındır. Burada “əsir amidlilər” dedikdə fars (pir) şahları, yəni Midiya pirləri, firon-bəgləri nəzərdə tutulur. Onlar, Babil qülləsini tikdikdən sonra, onun göylərində var olmuş cənnətə köçmüş və axirətə qədər orada “əsir” qalmışlar. Belə çıxır ki, fars şəhəri Vexkavat - bəglərin, Bəqa səviyyəsində yaratdıqları Qeyb/Qeb (Qaba) aləmi, ruhlar dünyası anlamındadır.

Kitabi Dədə Qorqudda da Oğuz elinin qəhrəmanları göydə, yəni Qaba aləmdə yaşadığı üçün onlara “qavat” (Qaba-Ata) rəmzi şamil edilir. Bu kitabda “qavat” rəmzinə “mərə” rəmzi də əlavə olunur ki, bu da Qaba aləmdə “yaşayanların” mar, yəni midiyalı olması deməkdir.
Mənbələrdə Bxaqavat/Bxaqavan, yəni Bəg-Qaba rəmzi - Sahib, Ağa mənasında əsasən Şri Krişna Allahına aid edilir və o Ali İlahi Şəxsiyyət, yəni İnsan-Allah adlandırılır. Mənbələrdə Buddanın özünə də Bxaqavan kimi müraciət edirlər ki, Budda rəmzi də Sakyamuniyə verilən addır. Sakyamuni rəmzi isə - Xelatda özünü Şah-Ərmən, yəni Ra-Amon adlandıran Sökmən mənasındadır. Biz, “Budda - göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmizdə bu haqda geniş məlumat vermişik (Sayt: http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html?m=1). Şri Krişna rəmzi batini mənada Aşşur (Assur/Osiris/Azər) və Qor/Qoris/Kris rəmzindən ibarət olub “Osiris Qor” deməkdir.

Yazdıqlarımızdan belə çıxır ki, kuti/xuda bəgləri olan bxaktilər - Xelat göylərində Qaba/Qeyb aləmi yaratmış Atabəglərdir və onlar həm də Allahın “Mənim” adlandırdığı yəhudi levitləridir.

Yəhudi mənbələrində Qaba rəmz – “Allah” mənasını verən İeqova, Yaxve kimi keçir. Burada kutilər - yəhudi və ya sadəcə iuda xalqı adlanır ki, bu da “Ya-Xuda” deməkdir. Bu gün elimizdə - Xudu, Xudaş, Xudaverdi, Xudakərim, Xudayar, Xudabağış, Xudaqulu, Xudamir, Xudaşirin, Xudaman və s. adlarımız qalır ki, bu da bizim - Allahın seçilmişləri nəsli olmağımız deməkdir.

Məlumdur ki, ən qədim mənbələrdə yəhudi dedikdə - Xəzər (Azəri) Türk bəgləri nəzərdə tutulurdu. Kitabı Dədə Qorqudda bu Oğuz bəgləri - Adəmilər əvrəni, ərənlərin əvrəni adlanır və bu da Adəmilər yəhudisi, ərənlərin yəhudisi deməkdir. Bəg-ərənlərin Tövrat, yəni Tora kitabı əslində Torah/Torax kimi yazılır ki, bu da “Türk” və onun getdiyi “Tərikə” yolu anlamındadır. Başqa sözlə, Tövrat kitabı - Türkün getdiyi Tərikə yolu deməkdir ki, məhz bu yolla pir (firon) Amon - Bəqa, yəni bəglik məqamına yüksəlmiş və İlahla, ilkin materiya ilə vəhdətə nail olaraq, Ra-Amon/Rəhman Allaha çevrilmişdir. Onun ardıcılları pir-bəglər isə mənbələrdə Qor yolu ilə gedənlər (Şəmsu Qor) adlanırdı.

Yəhudi mənbələrində Torax rəmzi Terax kimi də yazılaraq, Azər və Fara (Farra) rəmzləri kimi İbrahim peyğəmbərin atasının adı mənasında keçir. Əgər biz bu rəmzləri birləşdirsək, məlum olar ki, İbrahim peyğəmbərin atası - Azəri Türk piri (firon/fər) olmuşdur. Batini mənada İsrail/İzrail rəmzləri də Asar-Eli, Azər-Eli deməkdir və biz Qurandakı İsrail oğulları - Azəri bəgləridir” adlı məqaləmizdə bunu elmi sübut etmişik (Sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html?m=1). Bildiyimiz kimi Tövrat yalnız samitlərlə yazılmışdır və məşhur Kumık Türkü olan Murat Acı samitlərlə yazılan yazıları “Türk yazısı” adlandırır. Bu kitab, aramey və ya tarqum adlanan dildə, Aşuri şriftləri ilə yazılmışdır. Yəhudilərin “ktav Aşuri” adlandırdıqları Assur şrifti əslində “Azəri kitabı”, yəni Azəri yazısı deməkdir. Tərcümə sözünün yarandığı Tarqum rəmzi də Türk/Tərikə rəmzi ilə eyni kökdəndir. Tövratda “vahid dil” sözü “səfa əhəd” rəmzləri ilə verilir ki, burada dil mənasında olan “səfa” rəmzi - sufi anlamındadır (Məqalə: “Тайна святого языка Азери”, sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Əhəd rəmzi isə kuti/xuda rəmzidir və biz əvvəldə bu rəmzin qam-şamanlıq, yəni ekstatik durumla, ilkin materiya ilə bağlı olmasını qeyd etdik. Məhz bu vahid dili Quran, Süleyman peyğəmbərə ən ali elm kimi verilmiş “Quş dili” adlanırdırır və s.

Bütün bunlar o deməkdir ki, ən qədim mənbələrdə Tanrı dedikdə - Azərbaycan Atabəglər Ailəsinin Xelatda, milyonlarla qurban və teurqiya vasitəsi ilə yaratdıqları kosmik ölçülü Atum (Adəm) Allahı nəzərdə tutulmalıdır. Atum Allahı – “bədənində” iki dünyanı, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasını birləşdirən İlahi Varlıqdır. Bu işıq insanının ruhu isə 33 Osiris Allahıdır ki, Kitabi Dədə Qorqudda bu bəg-ərənlər - Bəkdüz Əmən, Qazan xan, Bayandur xan, Aruz bəg, Qaragünə, Dəli Dondaz, Şir Şəmsəddin, Beyrək, Yeynək, Düyər, Qarabudaq və s. adlarla qeyd olunur. Bütün bəşəriyyət-insaniyyət bu 33 müqəddəsin yuxusuz gecələrinin zəhmətinin məhsuludur. Bütün insanlar, meşədəki meymunlar kimi yox, məhz düşünən insan kimi yaşamalarına görə bu müqəddəslərin Ruhlarına borcludur.

Bütün bunlar haqqında daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr “Batini-Quran” və digər kitab, məqalələrimizdə verilmişdir.



Firudin Gilar Bəg

Sadıq Gilarbəyli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.