Əliağa Vahid Bağırova söyüş dolu şer deyib-- Bağırovun şairə qadağası-Video
19-02-2016, 00:51
Bağırov Vahidə nəyi qadağan etmişdi?
Bu gün azərbaycanlı şair, qəzəlxan Əliağa Vahidin doğum günüdür.
Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və bu illərdə "Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
O, "Kommunist” qəzeti, "Molla Nəsrəddin” və "Kirpi” jurnalları ilə əməkdaşlıq edib. Şair "Kupletlər” (1924), "Mollaxana” (1938), "Döyüş qəzəlləri” (1943), "Qəzəllər” (1944) kitabları oxucuların marağına səbəb olub.
teref.az Axar.az-a istinadən bildirir ki, Xalq artisti Əlibaba Məmmədov mərhum şair Əliağa Vahid haqda maraqlı bir fakt açıqlayıb:
"Bir dəfə Mircəfər Bağırov Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Vahid və başqa şairləri yığaraq Sovet İttifaqına qarşı çıxan Yaponiyanı kəskin pisləyən şeirlər yazmağı tapşırıb. Tapşırığı alan şairlər dağılışsa da, Vahid Bağırovun köməkçisinə yaxınlaşaraq elə orada bədahətən 2 bənd söyüşlərlə dolu Yaponiyaya aid şeir yazır. Bağırov çıxıb qəbul otağında onu görür və hiss edir ki, Vahid "bir balaca da boğazını yaşlayıb” gəlib. Vahid şeirini ona oxuyan kimi başını yelləyir və belə bir tapşırıq verir: "Buna 200 manat verin, şeir yazmasın, lazım deyil”.
Qeyd edək ki, Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakıda vəfat edib.