Məşhur xanım ərinin dostu ilə görüşür, ər isə məşuqəsini şagirdi kimi təqdim edərək evə gətirirdi - ŞOK FAKTLAR - FOTO

15-05-2021, 08:37           
Məşhur xanım ərinin dostu ilə görüşür, ər isə məşuqəsini şagirdi kimi təqdim edərək evə gətirirdi - ŞOK FAKTLAR - FOTO
Yaradıcı insanlar təkcə öz əsərləri ilə deyil, ictimaiyyəti həm də həyat tərzlərilə təəccübləndiriblər. Xüsusilə bu, hər kəsin marağında duran ailə münasibətləridir. Ailə sədaqətini pozanlar, yaşadığı sevgi üçbucaqları - bunları saymaqla qurtarmaq olmaz.

Milli.Az tarixi vərəqləyərək, sevgi üçbucaqlarından bir neçəsini dəyərli oxucularına təqdim edir.

Aleksandr Blok



Şair, onun arvadı və şair dostu iştirak edən tandem XX əsrin ədəbiyyat cameəsində ən məşhur sevgi üçbucaqlarından biri sayılır. Aleksandr Blok məşhur kimyaçı Mendeleyevin qızı Lyubov Mendeleyeva ilə ailəli idi. Blokun arvadına olan hisslərində mücərrədlik hiss olunurdu. O, tez-tez şəhvani həzzlərə görə fahişəxanaları ziyarət edirdi. Təəccüb və ümidsizlik Lyubov Mendeleyevanı cənginə almışdı və bu fürsətdən Blokun dostu Andrey Belıy məharətlə yararlanır. Növbəti dəfə qonaq gələndə, o, xanıma sevgi məktubu verir.

Lyubov Mendeleyeva cəmisi 1 il tərəddüd edə bilir və yeni cütlüyün sevgi romanı alışmağa başlayır. Bir müddət sonra kişilər öz narahatlıqlarını gizlədə bilmirlər: Blok depressiya keçirir, Andrey Belıy isə intihar edəcəyi ilə hədələyirdi. Nəhayət, Lyubov Mendeleyeva ərinə tərəf dönür, halbuki bu, onların nikahını xilas etmədi. Çünki ər-arvad bir müddətdən sonra yenidən bir-birinə yad yaşam tərzinə qayıtdılar.

İvan Bunin



Gəncliyində onun şəxsi həyatı xüsusi uğurlu alınmırdı: Varvara Paşenko Buninin itaətindən çıxaraq, zəngin mülkədara qoşulub qaçır, Anna Sakni ilə nikahı isə qadın tərəfindən dərin hisslərin olmaması və həyata baxışların müxtəlifliyi səbəbindən dağılır. Tezliklə, 1906-ci ildə Bunin, özünə ikinci həyat yoldaşını tapır. O, Vera Muramseva idi. Vera Bunin üçün əsl dost, məsləhətçi və dayaq idi. Bunin və Vera bir yerdə 46 il yaşadılar.

Vera ilə evli ola-ola Bunin gənc yazar Qalina Kuznesova ilə roman yaşamağa başlayır. O, İvan Bunindən 30 yaş kiçik idi. Buninin Qalinaya bağlılığı o həddə idi ki, onsuz uzun müddət qala bilməzdi və birgə yaşamaq üçün onu evinə dəvət edir. Qalinanı Veraya şagirdi və köməkçisi kimi təqdim edərək, həyasızcasına nikahlı arvadını faktiki məşuqəsilə bir çətir altında yaşaması ilə barışmağa məcbur edir. Bu minvalla onlar 10 il bir yerdə yaşayırlar. Bu tandem bircinsiyyətliliyə meyilli olan Qalinanın həmin evə Marqa adlı qadını dəvət etməsinə qədər davam edir. Bunin bu ağır zərbədən uzun müddət özünə gələ bilmir.

Vladimir Mayakovski



Mayakovskini Brik ailəsi ilə Lilinin balaca bacısı Elza Kaqan tanış edir. Elza Mayakovskini mənzilə dəvət edir ki, o, bir neçə şeir deyib, ailəni feyziyab etsin. Elə həmin gün, oradaca Mayakovski Lili Brikə vurulur. "Vladimir İliç Lenin" şeirindən başqa, o, həmin vaxt özünün bütün şeirlərini və poemalarını yeni məhəbbətinə ithaf edir. Mayakovski saatlarla vaxtını Brik ailəsində qonaq kimi keçirir, bir müddət sonra isə ümumiyyətlə, ora köçür. Şair hər fürsətdə Lilini cəmiyyətə arvadı statusunda təqdim edir və ölümqabağı məktubunda yazır: "Mənim ailəm - Liliya Brik".

Lili tərəfindən isə bu bir oyun idi. Gündəliyində o, etiraf edirdi ki, ömrü boyu onun həqiqi sevgisi yalnız Osip olub. Bu səbəbdən Mayakovskinin tələb etdiyi sədaqət və vəfanı heç vaxt ona verə bilməmişdi.

Anna Axmatova



1919-ci ildə Axmatova ikinci ərindən ayrılır və yaxın rəfiqəsi Olqa Qlobovanın yanına köçür. Aktrisa Olqa öz növbəsində, bəstəkar Artur Lurye ilə yaşayırdı. Buna qədər Artur Lurye və Axmatova arasında müəyyən münasibətlər var idi. Lakin I Dünya Müharibəsinin başlaması ilə bu münasibətlərə ara verilmişdi, yaxud kəsilmişdi. Axmatovanın onlara köçməsi bir növ "yatmış vulkan"ı oyadır və qarşılıqlı hisslər yenidən alovlanır. Onlar üçlükdə 3 il yaşayırlar. 1922-ci ildə Lurye Parisə ezamiyyətə gedir və artıq vətənə geri qayıtmır. Məktublarda Axmatovaya yalvarırdı ki, o, yanına Fransaya gəlsin, lakin Anna imtina edirdi. Lurye eyni zamanda Olqaya da məktublar yazırdı. Öz növbəsində Olqa Fransaya getməyə razılaşır, lakin münasibətlər artıq əvvəlki kimi hamar deyildi.

Zaur Həsənəliyev
Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.