Zərdüştilik - Azəri seyid-bəglərinin İlahi dinidir

17-05-2021, 21:02           
Zərdüştilik - Azəri seyid-bəglərinin İlahi dinidir
Dünyanın ən qədim dinlərindən biri də Azərbaycan ərazisində yaranmış zərdüştilikdir. Zərdüşt kimdir və onun dininin mahiyyəti nədir? Bu məqalədə biz, bu və bunlarla bağlı olan bəzi sualların cavablarını qədim müdriklərin məntiqi ilə, yəni Quranda Süleyman peyğəmbərin "Quş dili" kimi qeyd olunan sufi-batin məntiqi ilə verəcəyik. Bildiyimiz kimi batin fəlsəfəsi söz-samitlərin çox dərin daxili mənalarıdır və bilavasitə Allah və onun seçılmlşlərinə aiddir. Sufizmdə batin rəmzi, zərdüştiliyin “yaxşı din” mənasını verən "bəhdin" (bahdin) rəmzilə eyni mənalıdır ki, bu rəmz də bəgdin, yəni "bəglərin dini" fikrini ifadə edir. Başqa sözlə, batinilik - Zərdüşt dininə iman edən bəglərin elmidir. Bu elmdə mənalar bir neçə daxili qatdan (qata) ibarət olduğu üçün, batıni sirləri bir məqalədə oxucuya çatdırmaq mümkün deyil. Ona görə də biz bu məqalədə, yazılarımızdan çıxan nəticəni sadə dildə oxuculara çatdıracağıq və mövzuya uyğun məqalənin də internet ünvanını qeyd edəcəyik.

Zərdüşt (ZRDŞT) sözü sufi məntiqində Zər-Deo-Şet (ZR-D-ŞT) rəmzlərindən ibarətdir və "Azər-Allah-Şet" fikrini ifadə edir. Digər mənbələrdə Zərdüşt rəmzi Zoroastr kimi keçir ki, bu da Azər-İstar/İştar fikrini bildirir. Azər rəmzi burada qədim Misirin Asar/Osiris/Aşşur Allahı, İstar/İştar isə İlahə mənasındadır. Lakin İstar/İştar rəmzləri özlüyündə Set-Ra, Şet-Ra kimi açılır ki, bu rəmzlərin batıni mənalarını anlamaq üçün mütləq qədim Misir mənbələrinə müraciət etmək lazımdır.

Qədim Misir yazılarına görə, Allah ilk olaraq dünyaya hakim kimi Asar/Osiris Allahını, sonra isə Set və digər Allahları yaratmışdır (1). Mətnlərdə Asar/Osiris Allahı - Atum Allahını (Adəm) təşkil edən doqquz Tanrının beşincisi kimi təqdim edilir.

Qədim Misir kosmoqoniyasına görə, ilkin sulardan təpəyə qalxan Atum, əvvəlcə özündən Şu və Tefnut Allahlarını yaradır ki, burada Şu - firon Amonun (pir Əman) ürəyini, oradakı ruhunu və təfəkkürünü bildirir. Sufi-batinilərdə Şu (Ş səsi) rəmzi həm də Sia/İsa/Uzzı və s. (S və Z səsləri) kimi də yazılır. Tefnut sözü isə bu fəlsəfədə Pta (Apet/Afet/Yafət) və Nut rəmzlərindən ibarətdir ki, buradakı Pta (Ptah) - firon Amonun ürəyində və fikrindəki ideyanın sözlə ifadəsidir. Tefnut isə Amonun sözü ilə göylərdə yaratdıqlarını bildirir. Başqa sözlə, pir Əman burada öz ruhunu Şu, sözlərini isə Pta adlandırır. Şu və Pta, yəni Amonun ruhu-fikirləri və onların sözlə ifadəsindən isə göydə Qeb ölkəsi və Nut göyləri yaranır. Şu, yəni Amonun ruhu, qalxaraq Nut göylərini başı üzərinə qaldırır və Qeb torpağından ayırır. Dərk olunması çətin də olsa, biz dünyanın ən mistik hadisəsi olan bu hadisənin qısa izahını verəcəyik.

Göyləri və ilkin materiyanı (İlah, İlahi od, dirilik suyu və s.) özünə tabe etmək və onun canlı varlıq yaratma xüsusiyyətlərinə malik olmaq üçün, ilkin materiyanın qanunlarını bilmək lazımdır. Burada əsas vasitə - qomeopatik və kontaqioz maqiyanın qanunlarıdır və yaradılış - söz, fikir və əməlin eyni vaxtda fəaliyyətidir. Maq (teurq/şaman) beynində təsəvvür etdiyi şeyi yaratmaq üçün, onu düşünərək, fikrini sözlə ifadə edir və yerdə bənzər ritual keçirir. Bu üç vasitə zərdüştilikdə yaxşı söz, yaxşı fikir və yaxşı əməl adlanır. Firon Amon - Allaha çevrilmək və bütün dünyanı idarə etmək üçün "axan" ilkin materiyanı (dirilik suyu) nəhəng kosmik insana, yəni Adəm-Atum Allahına çevirməyə başlayır. Ritual çox böyük və dərin mənalı olduğu üçün biz yalnız bu ritualın bir hissəsinin - Şu Allahın Nut göyünü başı üstə qaldırıb, Qeb torpağından ayırmasının qısa izahını verəcəyik.

Firon Amon öz başını Ra (Ər) adlandıraraq, onun dəyirmi olmasına görə günəş adlandırır və günəşlə "bağlayır". Sübh tezdən günəş göyə qalxanda, Amon da eyni zamanda ayağa qalxmağa başlayır. Bu hərəkətlər xüsusi rituallarla, yəni onun Ra beynində (ruhunda) təsəvvür etdiyi dünya ilə, bu ideyanın söz-mantralarla ifadələri ilə və qurban və bənzər hərəkətlərlə müşayət olunur. Sonda Amon ayaq üstə durur və öz Ra beynində təsəvvür etdiyi "dünyanı qaldırır". Bütün ritual qurban kəsməklə müşayət olunur və qurban ruhları Amonun beynində-təsəvvüründəki dünyanı yaratmağa başlayır. Amonun təsəvvüründəki bu "dünya" - qurban ruhları və ilkin materiya qarışığı ilə "dolmağa" başlayır və bu qarışıq onu materiallaşdırır. Bu qarışıq mənbələrdə duzlu su kimi də rəmzləndirilir (2). Nəticədə, mətnlərdə "qırmızı torpaq" (qanlı torpaq mənasında) adlanan Adam (Adəm), yəni Atum Allahı yaranır. Yunan mifologiyasında bu yaranış Zevsin başından Afinanın çıxması kimi rəmzləndirilmişdir. Göydəki bu aləm (ruhlar dünyası) - Amonun Şu (Sia) ruhunda yaradıldığı üçün qədim yazılarda Şu-aləmi, yəni Şalim kimi qeyd olunur. Onun, Amonun Ra (R) beynində yaradıldığı üçünsə Ur-Şalim (R-ŞLM), yəni Yerusəlim də adlandırırlar. Ruh mənasını verən Şu Allahı yəhudilərdə Yeşua kimi, xristianlarda İsa (Sia), müsəlmanlarda isə Şiə kimi qalmışdır. Batinilərdə "Ş" rəmzi "S" rəmzi ilə eyni mənalı olduğu üçün Şalım rəmzi Səlim (SLM) kimi də yazılır və bu da elə İslam (SLM) rəmzidir. Belə çıxır ki, İslam, Dar-üs Salam, yəni İslam dairəsi, İslam ərazısi, aləmi dedikdə, Amonun göydə yaratdığı dünya nəzərdə tutulmalıdır. Dünya (DN-Y) rəmzi özü din rəmzindən yaranmışdır ki, Quranda din rəmzi - Ədn (DN) cənnəti kimi keçir. Batıni mənada din rəmzi qədim Misirin Nut rəmzi ilə eynidir və bu dinin elə Nut göylərindəki dünya mənasında olması deməkdir. Digər tərəfdən, zərdüştilərin bəhdin, yəni bəg-din rəmzi də bəglərin dininin göydəki dünya olması mənasındadır. Qədim İran yazılarında bu “dünya” arilərin "Raman", yəni Ra-Amon dünyası kimi də qeyd olunur (3). Bilirik ki, bəg rəmzi sufizmin bəqa rəmzidir və bu da sufinin ekstatik durumda ilkin materiya ilə, yəni İlah, İlahi odla birləşməsi deməkdir. Belə çıxır ki, bəhdin/bəgdin dedikdə bəglərin, sufizmin bəqa fazasında ilkin materiya ilə vəhdətindən yaradılmış cənnəti, yəni Şu-aləmi başa düşülməlidir.

Zərdüştilikdə Şu-aləmi (Şalim/Salim/İslam) Aşa-Vahişta kimi yazılır ki, bu da Şu-behişti fikrini ifadə edir. Deməli, Şu-aləmi (Səlim/İslam) elə Şu-behişti (Aşa-Vahişta), yəni göydəki Şu cənnətidir. Riqvedada da, qədim Misir yazılarındakı kimi Allah bildirir ki, o axan suları göyə qaldırıb və Rta həqiqəti ilə göyləri saxlayır. Zərdüştilikdə Aşa rəmzi kainatın harmoniya qanunu, ilahi həqiqət və s. mənalarını verir ki, bu da qədim Misirdə Maat Allahı adlandırılırdı. Maat (MT) isə elə Atum (TM) Allahı deməkdir. Başqa sözlə, Aşa dedikdə, Atum Allahı yaradıldıqdan sonra, onun daxilində var olmuş dünyanın ilahi qayda qanunu nəzərdə tutulmalıdır ki, bu da Amonun formalaşmış Şu ruhudur. Maat rəmzi Məhəmməd peyğəmbərin adının "məd" hissəsidir və peyğəmbərimiz də mənbələrdə - "Həqiqət mənim daxili vəziyyətimdir" deyir və o nəhəng insan obrazında təsvir edilir. Başqa sözlə, batinilərə görə Məhəmməd peyğəmbər - kosmik insan olan Atum Allahının obrazıdır və onun daxili vəziyyəti də Maat həqiqətidir (4). Yeddi "günə", yəni yeddi mərhələyə yaradılmış Adəm, yəni Atum Allahı - zərdüştilikdə yeddi İlahdan ibarət olan Ameşa Spenta adlanır. Ameşa burada “omm-Şu”, yəni magik rituallarla yaradılan Şu ruhu deməkdir. Omm səsi iri və xırda buynuzlu heyvanların səsinin rəmzidir və keçirilən qurbanı, bu qurban vasitəsi ilə ruhların ilkin materiya ilə qarışığını və bu qarışığın canlı varlıq yaratmasını bildirir. Deməli, Ameşa (yəhudi. mənb. Aşem) rəmzi omm-Şu, yəni ilkin materiya ilə bağlı olan və onun vasitəsi ilə yaradan Şu ruhu deməkdir. Avestada omm (M) rəmzi - Yima (M) kimi şəxsləndirilir və o rituallarla torpağı üçdə bir dəfə böyüdür ki, bu da teurqiya (magik rituallar) ilə göydə yaradılmış cənnət deməkdir. Deməli, Yimanın üçdə bir dəfə artırdığı torpaq - göydəki ruhlar (Şu) dünyası, yəni cənnət mənasındadır. Biz, "Зороастризм бехдинов является религией богов" adlı məqaləmizdə bu və zərdüştiliyin digər rəmzləri haqda daha geniş yazmışıq (5).

Ameşa Spenta adındakı Spenta rəmzi Sia-Punt deməkdir və buradakı Punt qədim Misirin Allahlar adası (ölkəsi) fikrini ifadə edir. Punt (PNT) rəmzi batıni mənada - hər şeyi sözlə yaradan Pta (PT) rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, Spenta - "Puntun ruhu" anlamındadır ki, bu elə özünü Pta adlandırıb, Atumu yaradan Amonun ruhu deməkdir. Mənbələrdə Ameşa Spenta rəmzi Voxu Mana rəmzinə aid edilir ki, bu rəmz batıni mənada “Bəg Amon” fikrini ifadə edir. Deməli, Ameşa Spenta Voxu Mana rəmzi - "göydəki dünyanın ruhu Bəg Amon" anlamındadır. Voxu, yəni bəg rəmzi - yazdığımız kimi sufilərdə "İlahla vəhdət" mənasını verən bəqa fazasını bildirir ki, bu da İlaha, Allaha çevrilmək mənasındadır və biz kitab və məqalələrimizdə bu haqda yazmışıq (6).

Digər tərəfdən, mənbələrdə Allah, yəni Teo (Teos/Ata) kimi çıxış edən Amonun Şu ruhu mətnlərdə Şet, yəni Şu-Teo (Atanın ruhu) kimi də qeyd olunur. Lakin Şet, yəni "Allah ruhu" rəmzi müxtəlif mənalar verir ki, bu da həm ilkin materiyaya və həm də Amona aiddir. Yəhudi mənbələrində Şet rəmzi - Adəmin üçüncü oğlu Siflə eyni obrazda göstərilir və batini mənada da bunlar eynidir. Biz, "Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar" adlı məqalədə Şet rəmzinin Şit və Set rəmzi ilə eyniliyindən və onun da Tövratın Bereşit və Quranın Bəsmələ rəmzləri ilə əlaqəsindən yazdıq (7). Zərdüştilikdə Şet rəmzi Axura Mazda və ya Hörmüz adlanır. Batıni mənada bu rəmzlər - qədim Misirin "Qor/Xor/Hor Allahının ruhu" fikrini ifadə edir. Lakin Mazda rəmzi həm də "omm-İzida" kimi açılır ki, bu da elə Amon ruhunun (Ameşa) ayrıca obrazıdır. Başqa sözlə, Axura Mazda elə qədim Misirin Qor-İzida rəmzidir və mifologiyaya görə axirətdə ölən Asar/Osiris Allahını, onun oğlu Qor/Xor/Hor və arvadı İzida/İsida dirildirlər.

Zərdüştilikdə Axura Mazda - Voxu Mana, Aşa-Vaxiştadan ibarət böyük üçlüyə başçılıq edir. Burada Voxu Mana - firon-bəg Amonun adını və ekstatik durumunu, Axura Mazda onun ruhunu, Aşa-Vaxişta isə onun Şu ruhunda yaratdığı cənnəti bildirir. Qədim Misir yazılarında bu üçlük - bütün Allahların mahiyyəti mənasında Amon, Ra və Pta adlanır ki, Amon - Allahın adı, Ra - siması (üzü, başı), Pta isə onun bədəni anlamındadır.

Qədim Misir mənbələrində Ra dedikdə, firon Amonun sağlığında, göydə Hü (İlah) ilkin materiyasından yaratdığı və "beynindən ayırdiği" şar, disk (Hü-Ra/Hor/Xor/Qor) nəzərdə tutulur. Firon Amon öləndən sonra onun Şu/Sia ruhu göyə qalxaraq bu Ra şarı ilə birləşmiş və Asar/Aşşur (Osiris) Allahına (və ya Ra-Amona) çevrilərək, Atumun bədənində onu idarə etməyə başlamışdır. Quranda bu hadisə - Rəhmanın (Ra-Amonun) ərşə (Aşur/Asar/Osiris) yüksəlməsi kimi qeyd olunur ki, bu da Amonun ruhunun Asar/Osiris Allahına çevrilməsi deməkdir. Sonradan Atum Allahının obrazı ilə yaradılmış ilk nəhənglər olan kuti/xudalar da eyni "yolu" gedərək, Asar/Osiris/Azər Allahlarına çevrilmişlər. Hind mənbələrində bu kutilər - bxakti, yəni bəg-kutilər adlanır ki, Allah onlara "Mənim bxaktilərim" deyir (8).

Atum, yəni Adəm (DM) dünyası mənbələrdə Midiya (MD) kimi də yazılır və batınilərdə bu eyni mənalı rəmzlərdir. Midiya 6 tayfadan ibarət olmuşdur ki, bu rəmz də Midiyanın - 6 "günə" yaradılmış "dünya" mənasında Atuma/Adəmə aid olması anlamındadır. Atum dünyasının Asar/Osiris Allahları mənbələrdə arilər adlanır və bu da Ra və ya Ər (ərən) deməkdir. Midiyalılar mənbələrdə - "dağ və səhralarda dolaşan qüdrətli midiyalılar" kimi qeyd olunur və bu da bu ərlərin eyni vaxtda iki dünyada "yaşamaları" mənasındadır. Burada dağ dedikdə firon-bəglərin yerdəki Midiyada, səhra dedikdə isə Sünik/Gelarküni göylərində tikdikləri səhrada dolaşmaları nəzərdə tutulur. Qədim Misir yazılarında iki dünyanın sakinləri olan bu ari/ərlər nəsli "Qor yolu ilə gedənlər" (Şemsu Qor) adlanırlar ki, Alban mənbələrində onlar Qarni (Qor-Ane) elinə, yəni Sünikə aid edilir.

Gelarkün adındakı Kün rəmzi Tövratda Knun, yəni Kənan/Xanaan kimi keçir və qədim Misir yazılarına görə, Xanaanda Ruten (Neter/Tanrı) adlanan vahid əsilli xalqların böyük birliyi yaranmışdı. Aşağı və yuxarı torpaqdan ibarət olan Ruteni kiçik şahlar idarə edirdi. Aşağı və yuxarı torpaq dedikdə, batinilərdə aşağı və yuxarı Geliopol nəzərdə tutulur ki, qədim Misir mətnlərinə görə Atum Allahı (Adəm) məhz burada yaradılmışdır. Ruten/Neter rəmzləri isə Tanrı deməkdir və bizlərə bu torpaqlar Taş Oğuz və İç Oğuz kimi tanışdır. Burada aşağı torpaq dedikdə yerdəki Taş Oğuz eli, yuxarı torpaq dedikdə isə göydəki el, yəni firon Amonun içində - Şu ruhunda yaratdığı İç Oğuz eli başa düşülməlidir (9). Zərdüştiliyin Voxu Mana, yəni Bəg Amonu da bu Oğuz elinin "bığı qanlı Bəkdüz Əmən bəgidir. Qeyd etmək yerinə düşər ki, maniheyizm və ya manilikdəki Mani rəmzi firon Amon, yəni pir Əman mənasındadır ki, İran mənbələrində firon (farna) rəmzi farbaq, yəni firon-bəg kimi də yazılır. Maniheyizm - Manihəyya rəmzidir və buradakı həyya rəmzi sufizmin Hü adlandırdığı ilkin materiyanı bildirir və həyat deməkdir. Başqa sözlə maniheyizm - həyat verən Mani anlamındadır.

Qədim Misir mənbələrində - Xanaanda yaranan və Ruten (Neter/Tanrı) adlanan vahid əsilli xalqların böyük birliyi dedikdə 33 Oğuz bəgi nəzərdə tutulmalıdır (10). "Kordex Avesta" dualar məcmuəsində bu 33 Oğuz bəgi - 33 Ameşa Spenta, yəni ölümsüz müqəddəslər adlanır. Ruslar bu bəgləri - 33 boqatır, yəni bəg-atar/adər, buddistlər – Trayastrimşa (TR-STR-MŞ), müsəlmanlar isə "Sadat silsiləsi ", "Aliyə silsiləsi", "Qızıl silsilə" adlandırırdılar.

İran mənbələrinin məşhur tədqiqatçısı Meri Boys, farbaq adlandırılan Oğuz bəglərini farna odu ilə əlaqələndirir ki, farna odu dedikdə mənbələrdə efir, ilkin materiya, yəni sufilərin Hü adlandırdıqları İlah nəzərdə tutulur. Farbaq - farnaya malik olan və ya farnanın hesabına bacarıqlı olan deməkdir. Mifologiyada farna - var-dövlət, hakimiyyət və qüdrət verən İlahi mahiyyətdir. Qədim Roma tarixçisi Ammian Marsellinə görə, uğur gətirən bu İlahi odun kiçik hissəsi nə vaxtsa Asiya şahlarına təqdim olunmuşdur. Prokopiy bu İlahi odu Azərbaycanla bağlayaraq bildirir ki, “Adarviqanda (Adərbecan) farsların Allahdan çox sitayiş etdikləri böyük Pirion vardır. Maqlar burada sönməz odu qoruyur, müqəddəs qaydalara dəqiq riayət edir və vacib işlərdə buradan baxıcılıq mənasında istifadə edirlər (11). Yunan mifologiyasına görə, bu odu Prometey (Pir-Maday/Midiya piri) gətirmişdir ki, buna görə Allah onu Qafqaz dağına qandallamışdır. Bu isə o deməkdir ki, farsların Allahdan daha çox sitayiş etdikləri Pirion (Pir/Farn) - İlahi odla bağlıdır ki, bu od da mənbələrdə Azər, yəni Asar/Osiris odu adlandırılır. Qədim Misir mənbələrində Osiris Allahı - "odlu göldən gəlmiş Od oğlu Od" kimi məlumdur. Bütün bunlar o deməkdir ki, farna İlahi odunun təqdim edildiyi Asiya şahları - dünyaya hökmranlıq üçün səpələnmiş Azəri (Asar/Osiris/Aşşur) firon-bəgləridır. Sebeos, özünün İmperator İrakla həsr etdiyi kitabında «canlı od» dedikdə bilavasitə Allahı nəzərdə tutur. Mənbələrə görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı. Daşınan mehrab dedikdə yəhudilərin Əhd sandığı və İlahi oddan yaranmış vəhy çadırı, yəni göydəki ruhlar dünyası - cənnət nəzərdə tutulurdu. Yəhudilər bu çadırı Skiniya adlandırırlar ki, Alban mənbələrində bu rəmz Sisakan kimi keçir və Sünik bəglərinə aid edilir. Başqa sözlə, Sünik bəgləri - daxilində İlahi od "daşıyan" pirlər, müqəddəslər nəslidir. İran mənbələrində bu bəglər - atəşdəglər adlanır və atəş (TŞ) rəmzi də yazdığımız Şet (ŞT), yəni Allahın ruhu deməkdir. Şet/şad/sad rəmzi mənbələrdə Şəddad (Şadday) kimi yazılır və Şad-Duat, yəni qədim Misirin və ismaililərin ölüm şahlığı Duatla bağlı olan şad-seyid bəgləri deməkdir. Biz Şəddadi bəgləri ilə bağlı böyük araşdırmamızda bu haqda geniş məlumat vermişik (12). Digər mənbələrdə atəşbəg rəmzi bəgatəş, yəni bəkdaş kimi də qeyd olunur və Albaniya ərənlərinə - Ərənşahlar nəslinə aid edilir (13).

İslam dini əslində atəşpərəstliyin, yəni zərdüştiliyin bəsitləşdirilmiş variantıdır. Bəhdinlər - Aşa-Vahişta, yəni cənnət ruhu dedikdə məhz İlahi odun ruhunu nəzərdə tuturlar ki, sufilər bu odu Hü, İlah adlandırırlar. Başqa sözlə, müsəlmanların "İlahdan başqa Allah yoxdur, Məhəmməd onun Rəsuludur" şəhadəti bəhdinlərdə - "İlahi oddan başqa Allah yoxdur, Məhəmməd ondan yaradılmış Asar-Elidir" kimi mənalandırılmalıdır (20). Asar/Osiris eli isə pir müqəddəslərin cənnəti, yəni İslam/Şalim adlanan Şu/Sia ruhlar aləmidir. Bu aləmi Azəri pir-bəglərinin cəddi Bəkdüz (Bəkdaş) Əman qurbanla öz ruhunda yaratmışdır.

Sufizmdə pir-bəglərin İlahla, yəni İlahi odla vəhdəti - "Vəhdət əl vücud" və ya "İttihad əl ləhud bin nasut" adlanır. Sufilər kosmik işıq insanı olan Atum Allahını (Adəm) - Kamil İnsan, onun obrazı və bənzəri kimi yaradılanları isə seyidlər (şad-bəglər) hesab edirlər. Xristianlarda İlahi od - müqəddəs atəş kimi keçir ki, bu odu xristianlar hər il Pasxa ərəfəsində böyük şənbə günü, Qüdsdəki Məsihin dirilmə kilsəsində keçirilən mərasimdə rəmzi olaraq "Allahın qəbrindən çıxarırlar". Bu ritual axirətdə Ra-Amon Allahın qəbrindəki Əhd sandığından qalxacaq İlahi odun təqlididir. Zərdüştiliyə və bəzi yəhudi mənbələrinə görə bu İlahi od - Ərdəbil şəhərindən 45 km məsafədə olan Arsak/Arşak mağarasından qalxacaq.

Zərdüştilikdə İlahi odların ən müqəddəsi Bəhram odu hesab olunur ki, Bəhram rəmzi batinilərdə bəg-İrəm deməkdir. İrəm rəmzi Quranda “sütunlar şəhəri” adlanır və bu da qədim Misirdə Nut göyünü saxlayan Şu sütunu mənasındadır. Deməli, Bəhram - İlahi oddan yaranmış İrəm cənnətini saxlayan bəg deməkdir. Bəhrəmdən başqa od ierarxiyasına Bərəzəvəng başçılıq edir ki, bu od cənnətdə Axura Mazdanın qarşısında yanan ən ali od sayılır. Bərəzəvəng adındakı Vəng rəmzi Albaniya deməkdir və bu rəmz Benu (Ba) ruhlarının Eli mənasında göydəki dünya anlamındadır. Bütövlükdə bu rəmz Atum dünyasında hökmranlıq edən Ra-Amonun ruhu mənasındadır.

Od ierarxiyasında daha sonra xeyirxah Voxufriyan odu gəlir ki, o insanların və heyvanların bədənində “yanır”. Adından göründüyü kimi bu od bəg-fironlara, yəni pir-seyidlərə (padişah və peyğəmbərlərə) İlahi qüdrət verən, möcüzələr göstərən oddur. İerarxiyanın digər odları olan və "ŞT" rəmzi ilə qurtaran Urvazişt, Vazişt, Spanişt odları da atəş (TŞ) mənasında ilkin materiya ilə vəhdətdə olan Şu ruhu ilə bağlıdır.

Türk mənbələrində göydə İlahi oddan yaradılmış Atum dünyası - El adlanır və Göy Türk xaqanı Bumın xaqana aid edilir. Bumın rəmzi Ba-Amon deməkdir ki, bu da firon Amonun bəqa səviyyəsində İlahi Ba ruhuna çevrilməsi deməkdir. Ba ruhu yalnız əvvəldə gələn və tarixdə ilk dəfə bəqa səviyyəsinə yüksələn firon Amona və axırda gələcək Mehdiyə aid rəmzdir (14). Firon Amon bəqa səviyyəsinə yüksələndən sonra Yabqu, yəni Ya-bəg adını aldı. Bu səviyyədə göydə El, yəni ruhlar aləmini (Atum dünyasını) yaratdıqdan sonra isə İllig-Xaqan tituluna sahib oldu ki, İllig (LLG) rəmzi batinilərdə Allah (LLH), xaqan rəmzi isə Xaq-Ane, yəni Ane/Gel şəhərindəki Haq deməkdir. Başqa sözlə, bəqa səviyyəsində İlahi odla vəhdətə nail olub, bu səviyyədə göydə kosmik Atum (Adəm) Allahını yaradandan sonra firon Amon (Bumın xaqan) Allah-Haq adını almışdır (15). Şumer mənbələrində Allah, yəni İlahdan yaradılmış El (El-İlah=Allah) rəmzi - Luqal (İlahi-El) kimi yazılır və nəhəng insan, yəni kosmik Atum Allahı mənasını verir. İslam dünyası bu nəhəng Luqalı (İlahi-El) Allahu-Əkbər (Böyük Allah) adlandırır. Mənbələrə görə, şumerlilər Enmer-Kar şahı, yəni Ra-Amon-Qor Allahını, ən İlahi status olan Asar (Osiris) adına yüksəltdilər. Başqa sözlə, Asar/Osiris adı Ra-Amon, yəni Rəhman Allahın digər adıdır. Asar, yəni Azər Allahı isə, yazdığımız kimi qədim Misir mənbələrində "odlu göldən gəlmiş Od oğlu Od" adlandırılır. Əgər nəzərə alsaq ki, Zoroastr rəmzi batinilərdə Azər-İstar, yəni Azər/Asar/Osiris Allahı deməkdir, razılaşarıq ki, Zərdüşt rəmzi – “ilkin materiya ilə, yəni İlahi Azər/Asar odu ilə vəhdətdə olan Amonun Şu (Şet/Ateş) ruhu” fikrini bildirir. Məhz bu İlahi odun hesabına Azəri Türk bəgləri dünyanı 5500 il haqq-ədalətlə idarə etmişlər (16).

Zoroastr rəmzi yazdığımız kimi Zoro-astr kimi açılır ki, burada astr - İstar/İştar rəmzidir. Qədim Misir yazılarında istar (ST-R) rəmzi ra-setau kimi keçir və Osiris Allahının ölüm şahlığına aid edilərək Abidos şəhəri ilə eyniləşdirilir. Abidos isə Bodi və Beyt rəmzidir ki, bunlar da firon Amonun ekstatik durumda göydə yaratdığı ev (dünya, aləm) deməkdir. Başqa sözlə, Zoroastr – həm də Asar-Setau-Ra mənasında “göydəki Osiris dünyası” anlamındadır və bunun da digər adı Atum Allahıdır.

Digər tərəfdən, qədim Misirin ra-setau (R-ST) rəmzi yəhudilərin reşit (R-ŞT) rəmzi ilə eyni mənalıdır ki, bu rəmz də Tövratın əsas mahiyyəti hesab olunan Bereşit rəmzi ilə bağlıdır. Biz məqalələrimizin birində göstərdik ki, reşit rəmzi - əvvəldə gələn Ra (Alfa) və axırda gələcək Şit/Şet (Omeqa) Allahını bildirir (7). Zoroastr rəmzi də bu mənada, bu Allahların (Alfa-Omeqa) elə Asar/Osiris/Azər Allahları olması deməkdir. Qədim Misir mənbələrində bu - Asar/Osirisin ölüb-dirilməsi də adlanır. Başqa sözlə, Zoroastr rəmzi batınilərdə həm də - "Asar/Osirisin ölüb dirilməsi" deməkdir.

Yazdığımız kimi, Atum Allahın daxili iç dünyası həqiqətdir və burada firon Amonun Şu ruhunda İlahi Maat harmoniyası var olmuşdur. Bu İlahi harmoniya, (qanunlar) Amonun Şu ruhuna - ağlına tabedir və onun fikirinə uyğun formalaşmışdır. Firon Amon istədiyi vaxtda təbiət ona tabe olur, yağış yağır, ildırım çaxır və yerdəki bütün varlıqlar, ruhları vasitəsi ilə Amonun ruhuna tabedirlər. Amon Allahının bədəni isə Pta Allahıdır ki, bizlərə bu rəmz Yafət kimi də tanışdır. Türk mənbələrində Pta/Yafət rəmzi Apıt kimi yazılır və şad-bəglərə aid edilir. Başqa sözlə, yerdəki şad-bəglər (seyid-bəglər) Amon Allahın bədəni rəmzindədir və o öz seçilmiş bəglərini öz iradəsinə uyğun idarə edir.

Digər tərəfdən, seyid-bəglərin də Allah kimi möcüzə göstərməsi, söz və fikirlə təbiətə və canlılara aktiv təsir etməsi üçün, onların da daxili həqiqət olmalıdır. Bunu üçünsə onlar xeyirxah düşünməli, xeyirxah sözlər söyləməli və xeyirxah işlər görməlidirlər. Yalnız bu halda seyid-bəgin daxili vəziyyəti Maat (Atum) Allahına uyğun olur ki, bu zaman o ilkin materiyanın qanununa (qomeopatik maqiya) uyğun olaraq İlahi qüdrətə sahiblənir. Yəhudi mətnlərində seyid-bəglərə verilmiş bu qüdrət - "dünyanı yaradan silah" adlanır və onların adi insanlardan üstünlüyünün göstəricisi hesab olunur. Deməli, pir-bəglər nəslinə verilən İlahi qüdrət - bu şahlar nəslinin Azər-farna odu və bu odu saxlayan zərdüştiliyin qayda-qanunları ilə bağlıdır.

Zərdüştilikdə bəhdin o mömin sayılır ki, sədrə və kuşti geyimini geyinir, gündə beş dəfə namaz qılıb, yalnız xeyirxah düşünür, danışır və əməli-saleh işlər görür. Sədrə - Zoroastrın obrazıdır və Zoro-astr adındakı astr rəmzidir. Bu geyim paltar altdan geyinilən və pambıqdan olan geniş ağ köynəkdir ki, o da bəg Amonun yaratdığı Atum mənasında Ameşa Spenta Voxu Mananın (ağ işığın) rəmzidir. Zərdüştiliyi qəbul edən gənc bəg, xüsusi Sədrə-Puşi ritualdan keçərək Sədrə-Puşa çevrilir və rəsmi əcdadların dinini qəbul edib, möminlik və müdriklik dininin qayda-qanunlarına əməl edəcəyinə and içir. Buradakı Puş rəmzi sufi-batinilərdə Sif rəmzi ilə eyni mənalıdır və axirətdə gələcək imamın obrazıdır. Başqa sözlə, yeni gənc gözlənilən sədrə-puş olduğunu rituallarla ilkin materiyaya "sübut" edir və bununla da ilkin materiyanın İlahi (qomeopatik maqiyanln qanunlarına uyğun) qüdrətini alır. Bunu anlamaq üçün Azəri seyid-bəglərinin babalarının həyatına nəzər salmaq kifayətdir. Azərbaycanın cənub bölgəsində yaşamış bu seyid-peyğəmbərlər nəsli heç vaxt yalan danışmaz, haram yeməz, pis işlər görməzdilər. Onlar, öz qüdrətlərini itirməyin qorxusundan, haram yemiş insanın evində, məclisində su belə işməzdilər. Buna görə də onların möcüzə göstərmə qüdrəti keçən əsrin ortalarına qədər qalmışdı. Bütün dinlərin müqəddəslər nəsli saydığı bu əməli-saleh seçilmişlər sonradan, var-dövlət, şan-şöhrət gətirən bu qüdrətin qanunlarını pozdular və adi insana çevrildilər. Müqəddəslik - yalnız İlahi odla bağlı olan insanlara və ya cisimlərlə aiddir (17). Onu qorumaq üçünsə yeganə yol -bəhdinlərin yaxşı fikir, söz və əməlidir.

Ən qədim mənbələrə görə, Allah iki növ insan yaratmışdır ki, bunlar da göy və yer insanlarıdır. Göy insanı Allahın obraz və bənzəri kimi yaradıldığı üçün, onlar ölümsüzlər nəsli sayılırdılar və bütün mənbələrdə yazılanlar da onlara aid edilirdi (18). Adi, yəni yer insanını isə heyvani qüvvələr idarə etdiyi üçün onlar mənbələrdə yazılmağa layiq görülmürdülər. Mənbələrdə göy insanı dedikdə - Allahın özünə qulluq üçün ayırdığı Xəzər Türk bəgləri nəzərdə tutulurdu ki, buradakı Xəzər/Hazar rəmzi - Hü-Azər, yəni Azər Allahı anlamındadır. Başqa sözlə, zərdüştilik - Allahın dünyaya hökmran kimi yaratdığı Asar/Azəri Göy türklərinin İlahi dinidir.

Bütün bunlar o deməkdir ki, zərdüştilik bilavasitə Azəri Türk seyid-bəglərinin İlahi dinidir (5). Bu müqəddəslərin cəddi-əcdadı pir Əman (firon Amon) göydən İlahi od gətirib, ondan ruhlar dünyası yaratmış və burada ölümsüzlük qazanmışdır. Bütün dinlər, fəlsəfələr və qədim dünyanın bütün maddi-mədəni abidələri məhz bu kosmik hadisəyə həsr olunmuşdur (19). Azər oğullarına verilmiş İlahi odun hesabına bu hökmranlar nəsli, öz xalqlarına xoşbəxtlik, sağlamlıq və uzun ömür verirdilər. İslam dinini yaratmaqla Amon Allah, adi insanlara da öz nəsli üçün yaratdığı cənnətdə ikinci həyat qazanmaq şansı verdi. Lakin insanlar bu dini dərk etməyə çalışdılar və yollarını azdılar. Onların bu - "yaxşı və pisi dərk etmə ağacının meyvəsini yemələri", onların cənnətdən qovulmaları ilə nəticələndi və bu gün demək olar ki heç kim cənnətə düşə bilmir (21). Təəssüf ki, müasir insanların elmi, təfəkkürü və məntiqi bu İlahi sirləri dərk edə bilmir və insanlar dinləri bütpərəstliyə çevirib, onlara sitayiş edirlər.

Bütün bunlar haqqında daha geniş məlumalar, faktlar və mənbələr Batini-Quran kitabında və məqalələrimizdə verilmişdir.

İstifadə olunan məqalələr

Məqalə: "Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli", sayt: http://gilarbek.blogspot.com/2018/06/azr-allah-onun-muqdds-dili-dini-v-eli.html?m=1
Məqalə: "Batin fəlsəfəsində Mardukla Tiamatın mübarizəsinin elmi izahı", sayt: https://firudin.blogspot.com/2021/03/batin-flsfsind-mardukla-tiamatn.html?m=1
Məqalə: "İran – Allahın Qacarlara verdiyi Qorunan Mülküdür", sayt: http://gilarbek.blogspot.com/2019/03/iran-allahn-qacarlara-verdiyi-qorunan.html?m=0
Məqalə: "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır", sayt: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1
Məqalə: "Зороастризм бехдинов является религией богов", sayt: https://firudin.blogspot.com/2021/05/blog-post.html
Məqalə: "Ledun elminin əsasları", sayt: http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html?m=1
Məqalə: "Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar", sayt: https://firudin.blogspot.com/2021/04/elm-bir-noqt-idi-cahillr-onu-coxaltdlar_13.html?m=1
Məqalə: "Великая тайна иудаизма и иудеев Хазарии", sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html
Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1
Məqalə: "Tanrı - Azərbaycan Atabəglər Ailəsinin adıdır", sayt: https://firudin.blogspot.com/2021/01/tanr-azrbaycan-atabglr-ailsinin-addr.html
Məqalə: "Pars – Azəri piri deməkdir" sayt: http://gilarbek.blogspot.com/2013/12/pars-azri-piri-demkdir_31.html?m=1
Məqalə: "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər", sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html
Məqalə: "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır", sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1
Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html
Məqalə: "Верховная Божественная Личность тюрков, евреев, русов и кавказцев", sayt: https://firudin.blogspot.com/2021/03/blog-post.html
Məqalə: "Правители мира и их единый «язык птиц», sayt: https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1
Məqalə: "Что означает святость, и кто такие святые", sayt: https://firudin.blogspot.com/2020/10/blog-post.html?m=1
Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1
Məqalə: "Основой всех религий является одно космическое событие", sayt: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1
Məqalə: “Kəlimeyi Tövhidin daha dərin batini mənaları, sayt: http://gilarbek.blogspot.com/2018/03/klimeyi-tovhidin-daha-drin-batini-mnalar.html
Məqalə: "Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır", sayt: https://firudin.blogspot.com/2021/05/chalt-momin-muslmanlar-da-chnnm-aparr.html
Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.