Çox qohumluq bəxtəvərlər....
2-06-2021, 00:04
Deyir günlərin bir günü Molla Nəsrəddin eşşək almaq üçün bazara çıxır. Hərlənir-fırlanır görür ki bir kişi saz bir eşşəyə müştəri axtarır. Nəisə Molla eşşəyi alası olur. Elə eşşəyin noxtasını əlinə alanda satıcı deyir ki, ay molla uzaq bir vilayetdən gəlmişəm artıq gün dönüb, evə qayıtsam qaranlığa düşəcəm, caqqal-canavara yem olacam. İcazə versən gecəni sizdə qalaram, səhər obaşdan da durub gedərm.
Molla məmnuniyyətlə razılaşır, kişini evinə aparır. Süfrə açdırır , yeyirlər-icirlər , yatırlar. Səhər tezdən eşşək satan cıxır gedir evinə... Aradan 3-4 gün kecmiş molla görür ki qapısı tappa-tarap döyülür. Gedir qapını açır görür tanımadığı bir kişi. Soruşur nə istəyirsən?! Qonaq deyir ki, bəs mən sizə eşşək satanın əmisiyəm, gəlmişdim şəhərə, geri qayıtmağa pulum qalmayıbki, atla-arabayla evimə dönüm. İcazə ver bu gecəni sizdə qalım, səhər tezdən gedim öz evimə.
Molla fikirə gedir, amma ürəyi yol vermir ki, bir qərib gecəni çöldə gecələsin. Deyir gəl. Buna da süfrə acdırır, yemək verir, sabahısıda yola salır. Molla bunu yola salıb yenicə yerini rahatlıyır ki, bir də görür, bir kişi ilə bir qadın "Ay Molla hay" deyib bunu cağırırlar. Molla soruşur ki, nədi nə istəyirsiniz?, Kişi utana-utana deyir ki, bu qadınla kəbin kəsdirmək ücün qazinin yanına gəlmişdik, kəbini kəsdirdik, dedik: dayım sizə eşşək satıb tanış olmusunuz, doğmalaşmısınız, elə biz də gəldik ki, doğmalarımızla görüşək sabahda burdan yola cıxaq evimizə tərəf.
Molla az qalır, ağzına gələni desin, bunları söysün bulasın, "Lənət şeytana" deyib, dayanır. Bunları evə dəvət edir. Bunlarda necə lazımdı yeyirlər, icirlər, sabahı gündə gedirlər.
Molla da acığından az qalır başını divara çırpsın ki, lənətə gəlmiş eşşəyi aldığı gündən nə rahatlığı var, nə də qarın dolusu yeməyi.
Elə beləcə düşündüyü vaxtda baxır ki, bir dəstə adam dayanıb bunların qapısının ağzında. Mollanın çölə çıxmağını gözləyirlər. Molla qapını açıb bunlardan kim olduqlarını niyə gəldiklərini soruşanda xorla deyirlər ki, bəs biz o eşşəyi...
Çin vurur Mollanın başına, hikkəsindən səsini atır başına, bağıra-bağıra: Ə bu bəxtəvər eşşəyin nə çox qohum -əqrəbası varmış, Ay çox qohumlu eşşək , qohumların batsın”-deyir.
Qonaqlar da suyu-suzulə-süzülə ordan uzaqlaşırlar.
Teref.az yazır ki, bunu araşdırmaçı jurnalist Əntiqə Rəşid yazır. Daha sonra jurnalist yazır:
Sözümün canı var...
Deməli, Ermənistanın iki nümayəndəsi- Georgi Vanyan və Yuri Manvelyanın prezident İlham Əliyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılan erməni "hərbçilərin" azad edilməsi ilə bağlı müraciət ediblər. Hə bunlar ermənidir də bunu başa düşdük! İndi cümlənin arxasını oxuyun!Azərbaycanın bir neçə vətəndaş cəmiyyəti üzvləri həmin müraciətə qoşulublar!!!
Arzu Abdullayeva, Əli Abasov, Zərdüşt Əlizadə, Sabit Bağırov prezidentdən xahiş edirlər ki, xoş məram nümayiş etdirərək Azərbaycanda həbsdə olan və istintaqın barələrində hər hansı ciddi cinayət əməli aşkar etmədiyi erməni hərbçilərin azadlığa buraxılması barədə sərəncam versin.
Şəhid olan hərbçilərimizi hec hesaba salmıram, deyək ki, öldürüblərdə, özləri də şəhid olub. Yaxşı, bəs 1987-ci ildən bu günə qədər ermənilər dünyanın gözü qarşısında dinc əhalimizi amansızcasına məhv edəndə, onlara müxtəlif işgəncələr verəndə, qapısında qul kimi işlədən də Arzu Abdullayeva, Əli Abasov, Zərdüşt Əlizadə, Sabit Bağırov haradaydılar? Niyə səsləri cıxmırdı? Niyə Ermənistan hökümətinə bircə dəfə də olsa müraciət edib hec olmasa o dinc insanların nəşlərini almağa təşəbbüs göstərməyiblər? Dünya yaranandan üzü bəri (Tək şəhidlərimizi demirəm), ermənilərin əliylə öldürülən qocaların, qadınların, uşaqların ahı, naləsi, qanı tutsun sizi!
Elə bayaqdan oturub, türklər demiş, qara-qara düşünürəm, bu eşşəklərin nə çox qohum-əqrəbası varmış! Ay çox qohumlu eşşək , qohumların batsın....
Əntiqə Rəşid
Teref.az