Çox acı h(H)əqiqət...

11-06-2021, 10:49           
Çox acı h(H)əqiqət...
Kəlbəcər rayonu 23 saylı məktəbin direktoru Həqiqət Şükürova haqda iki gün öncə yazı hazırlamışdım. Yazıda tutulan iradlar, şəxsi həyata yox, peşəkar fəaliyyətə idi. Yəni bir kadrın pedaqoji sima, müəllim, təlim-təbiyyə işinə yararsızlığından yazmışdım. Aldığım məlumatlara görə “müəllimə” şəxsimi, hətta doğulduğum rayonda ailəmi araşdırmaqdadır.
Düzü bir məhkəmə qərarına əsaslanıb yazılan yazıya bu qədər gülünc, mənasız təpki, hikkə, kin, trol hücumu təşkili, dostfasonlarını işə qoşmaq həmləsi gözləmirdim. Amma adam unudur ki, tərpəndikcə batır. Çıxa bilməyəcəyi bataqlığa düşüb və son çırpıntılarını edir. Bir “pedaqoqun” adının küllü miqdarda pul mənimsəməkdə, rüşvətə təhrikdə, dələduzluqda hallanması, əməllərinin prokurorluq, DİN, RP yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması, barəsində şəhəri və ölkəni tərk etməmək barədə qərarın mövcudluğu, bataqlıqdan başqa nə ola bilər ki?!
Düşmədiyiniz çuxur, bulaşmadığınız çirkab qalmayıb, amma susmaq, əməllərinizdən əziyyət çəkənlərdən üzr diləmək kimi fikriniz belə yoxdur Şükürova. Rişğənd kimi anlaşılmasın, bir qadın nə qədər bulaşa bilər deyə düşünməkdəyəm?!
Bu yazı ilə bathabatda olan “müəlliməyə” çox aydın təklifim var:
SUSUN! Çabalamayın, özünüzə xilas şansı verin, dinməz qalın, hətta bacarsanız əməllərinizdən tövbə edin. Çünki əks halda əldə etdiyim məlumatların detallarına varmağa məcbur qalacağam. Nəticələr sizə heç xoş olmayacaq. Üstəlik işin içində bir sürü məmur, vəzifə sahibi var. Əmin olun hamısı öz canını xilas etmək üçün hər şeyə bulaşmış sizi, batırmaq yolunu seçəcək. Hiss edirsinizmi bilmirəm, amma məhz o çevrədəsiniz, sizi havayı satacaqların arasında. Hər birini dərindən araşdırıb haqqınızda danışıqlarının səs yazılarını dinləyib də bu qənaətə gəlmişəm. Hələ onu demirəm ki, əməllərinizlə bağlı, şəxsimə çoxlu araşdırılacaq şikayətlər gəlib. Çoxunu heç tanımıram o şikayətçilərin.
Və çox maraqlıdır bu qədər bulaşmaq sizi iyrəndirmirmi özünüzdən?! İstəmirəm əməllərinizi ad-ad, ünvan-ünvan yazım. Ürəyim bulanır hoqqabaz guya sizə “sədaqətli” məmurcuq dostlarınızın siyahısından, səsli yazdıqlarından. Haqqınızda dediklərindən. Siz necə, heç bu duyğuları yaşamısınızmı özünüzlə bağlı? Özünüzə bircə dəfə kənardan baxa biləydiniz kaş...
Bir də əminəm, bu günəcən özünüzə tən media adamları ilə ünsiyyət və ya əməkdaşlıq sizdə bir təəssürat yaradıb, elə bilirsiniz hamı sizə bənzəyir. Siz dediyinizi edir və ya edəcək. Bir söz deyim, qulağınızda sırğa olsun, elə deyil, əmin olun! Odur ki, çox humanist təklifimi gec olmamış dəyərləndirin. Dəvəquşu susqunluğunu kənara qoyun. Yəni başınız yerdə, əlləriniz axtarışda olmasın. Əks halda söz verirəm sizi maraqlı sürprizlərə qonaq edəcəyəm. Yaxşı olardı məndən çox borc sahiblərinə ödəniləcək vəsaitlər haqda düşünəsiniz. Hələlik bu istiqamətdə addım atacaq biri kimi görünmürsünüz. Odur ki, həbsə gedən yolu boylayırsınız da deyə bilərəm. Düzü çaşır qalır adam, görəsən vay olsun məktəbəmi, sizə uşaq etibar edən valideynəmi, sizdən öyrənməyə bir şeyi olmayan şagirdəmi, vətəndaşını "yetişdirdiyiniz" ölkəyəmi?!
Düzü hərdən düşünürəm bəlkə Allah da yer üzünə sizlərdən dolayı lənət kimi müharibə, fəlatək, savaş göndərir. Ümidvar olur ki, viruslar təmizlənəcək. Mən də ona səslənirəm elə bu yazıdan, yox ulu tanrım, yer üzü adam viruslardan təmizlənmir, yuyulmur, silinmir... Yorğunuq, üzgünük mübarizələrdən. Hər gün bir az da artırlar kişi formasında, qadın formasında, “müəllim” formasında, insan, adam cildində. Baxa-baxa qalırıq. Bu acı, çox acı hətta üfunətli h(H)əqiqətdir. Nə uda bilirik, nə tüpürə...
P.S. Sonda "müəllimə" barədə bir faktı diqqətinizə təqdim edirəm.
Binəqədi rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin sədrliyi ilə keçən məhkəmə iclasında qərara alınır ki, vətəndaş Şükürova Həqiqət Əvəz qızı Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə müqəssir bilinir və tutduğu vəzifədən azad edilir. Onun barəsində bəzi epizodların araşdırılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Araşdırma işi yekunlaşdırılana qədər H.Şükürovanın şəhərdən və ölkədən çıxışına qadağa qoyulur. Qeyd edək ki, məhkəmə iclası iyunun 7-i, 2021-ci ildə keçirilib.
Jalə Mütəllimova
10.06.2021.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.