Milli şüurun inkişafında Şah İsmayıl obrazı danılmazdır!
20-02-2022, 09:58
Müasir dövrümüzdə Şah İsmayıl şəxsiyyətini xalqımızın gözündən salmaq istəyənlər, ancaq Azərbaycanı sevməyənlər, onun bir millət olaraq gələcək inkişafını istəməyənlərdir.
Çünki müasir dövrdə - başqa xalqlar öz keçmişini qurdalayaraq, olmayan yerdən min cür saxta üsullarla özlərinə «tarixi şəxsiyyət»lər düzəltdiyi bir vaxtda, biz niyə tarixin bizə bəxş etdiyi Şah İsmayıl kimi dühalara qara yaxıb gözdən salmalıyıq? Bu, nə dərəcədə "ağıllı» hərəkətdir?
Şah İsmayıl şəxsiyyətinin həm ictimai, həm siyasi böyüklüyünü, həm dövlətçilik, həm də millətçilik baxımından əhəmiyyəti danılmaz faktlarla sübut edilir.
Tarixən Şah İsmayıl haqqında yazanların heç də hamısı onu sevən insanlar deyildilər və tarixi mənbələrin heç də hamısına eyni etibarla yanaşmaq olmaz. Ona görə də bu «tarixçi»lər tarixi mənbələrə istinad edərkən daha ehtiyatlı olmalıdılar.
Beləliklə, tariximizə yanaşmada diqqətli olmaq və keçmişdə keçdiyimiz yollarda harda səhv, harda düz, və hansı nəticələr çıraxtmaq lazımdı prizmasından baxmaq lazımdı.
Unutmamalıyıq ki, tarixən sahib olduğumuz düşüncə, iman və cənq hesabına millət kimi varlığımızı qorumuş, heçdə hər millətə qismət olmayan müstəqil dövlətə sahiblənmişik və bunun uğrunda qan axıtmışıq.
İlqar Fəhminin, "Sən kimsən Səfəvi?" məqaləsi əsasında.
Teref.az