Kiyev Rus dövləti olubmu?

22-02-2022, 11:18           
Kiyev Rus dövləti olubmu?
Bu gün dərsliklərdə və tarixdə istifadə edilən Kiyev Rus dövləti ifadəsi əslində sovetlərin işğalçı siyasətindən sonra elmi dövriyyəyə gətirilib. Tarixdə Kiyev Rus dövləti adlı bir ərazinin olmaması Avropa və hətta Rus alimlərinin əsərlərində də rast gəlinir. “Kiyev Rusu” ilk dəfə 1934-cü ildən sonra yazılmış sovet tarixi dərsliklərində “Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının tarixinin qısa kursu” ilə birlikdə istifadə edilmişdir. O zaman imperiyaya başçılıq edən Stalinin əmri ilə Kiyev Rusu ifadəsi dərsliklərə salınmışdır.

Stalinin göstərişi ilə və şəxsi redaktəsi ilə yazılan Rusiya tarixində bu qondarma adı isə “tarixi faktlarla” sübut etməyə çalışan akademik Grekov idi. 1929-cu ildən SSRİ Elmlər Akademiyasının üzvü olan Qrekov “Kiyev dövləti” anlayışından istifadə etsə də, ilk dəfə onu “Kiyev Rusu” ilə eyniləşdirdi. O vaxtdan bəri “Kiyev Rusı” anlayışı məhz bu mənada – Stalinist mənada istifadə olunmağa başladı. (Grekov B.D. Kiyev Rus. M., 1939.s.4)
1937-ci ildə nəşr olunan “SSRİ tarixinin qısa kursu” dərsliyinin 13-cü səhifəsində deyilir:

“X əsrin əvvəllərindən etibarən Slavyanların Kiyev Knyazlığı Kiyev Rusu adlanırdı.” O vaxtdan partiyanın göstərişi ilə bu yanlış fikir beynlərə kök salıb.

Maraqlısı budur ki, 1937-ci ildə nəşr olunmuş tamamilə yeni “SSRİ tarixinin qısa kursu” dərsliyində yazılır “X əsrin əvvəllərindən slavyanların Kiyev knyazlığı Kiyev Rusu adlanırdı”

Bu fakt onu göstərir ki, bu gün bizə və dünyaya Rusların təqdim etdiyi Kiyev Rus dövləti əslində Kiyev knyazlığı adlanan dövlət olub.1097-ci ildə Knyazlar öz hakimiyyətlərini qanuniləşdirmək üçün Lübeçdə yığıncaq keçirərək, dövləti ayrı-ayrı müstəqil knyazlıqlara parçalayırlar. Kiyev torpağında Rostov, Suzdal, Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minks, Tmutarakan knyazlıqları, Novqorod və Pskov feodal respublikaları meydana gəlir. Beləliklə qədim Kiyev dövləti ərazisində indi Rusiyanın tabeçiliyində olan Şəhərlərdə knyazlıqlar yarandı. Dünən Putinin Ukraynanın tarixi olmayıb, oranı Rusiya yaradıb ifadəsi əslində tarixi savadsızlıq və şovinizmdən başqa bir şey deyildir. Rusiya özü Kiyev dövlətinin parçalanmasından sonra yaranıbdır özü də Ukrayna torpaqlarında…

Necə ki, Dərbənd ərazisində Rusiya qədim Azərbaycan torpaqlarından özünə dövlət yaradıb, eləcə də Ukryana torpaqları hesabına bu günkü Rusiya var…

İşğalçı Rusiyaya dayan deməyin zamanı gəlib və Ukrayna ilə yanaşı da Azərbaycan öz qədim ərazilərini bərpa etmək haqqına malikdirlər.

Dosent Zaur Əliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.