Azərbaycana xilaskar Türk ordusunu göndərən Tələt paşanın anım günüdür

15-03-2022, 00:01           
Azərbaycana xilaskar Türk ordusunu göndərən Tələt paşanın anım günüdür
Tələt Paşa Berlin xatirələrində yazırdı: "Məni bir gün küçədə vuracaqlar. Alnımdan qan axacaq. Amma ziyanı yoxdur, vursunlar, vətən mənim ölümümlə bir şey itirməz. Bir Tələt gedər, min Tələt gələr”
.Sabah V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı ziddiyətli şəxsiyyyət Tələt Paşanın erməni daşnak terroçu Soqomon tərəfindən öldürüldüyü gündür
O,öldürüləndə cibindən cəmi 10 marka pul çıxmışdı...Qatil hətda sonradan azad olunur Tələt paşanın məzarı isə çox sonralar Berlindən Türkiyəyə gətirilir
Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtkı Türkiyə tərəfindən tanınmasını Rusiya özünə sığışdıra bilmirdi. Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Tələt paşa ilə görüşlərindən birində baş vermiş olay çox maraqlıdır. Həmin görüş zamanı Tələt paşa deyir ki, bəs, Rusiyanın səfiri gəlmişdi, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin Osmanlı tərəfindən tanınmasına etiraz edib: «Siz sünnisiniz onlarsa, şiə. Nədən onlara belə xoş münasibət göstərirsiniz?»
Tələt paşa deyir: «Mən də səfirə belə cavab verdim: Əgər məzhəb bizi ayırırsa, onda mən şiəyəm».

Bütün hallarda bu bir həqiqətdir ki, Tələt Paşanın göstərişi ilə hərbi nazir Ənvər Paşa Azərbaycana hərbi yardım məsələsində müstəsna rol oynamışdı. Həmin dövrdə Osmanlı dövlətinin əsas liderləri olan Tələt Paşa və Ənvər Paşanın əməyi sayəsində Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda 4 iyun 1918-ci il tarixində hərbi müqavilə bağlandı. Hərbi müqaviləni Azərbaycan Cümhuriyyəti adına Azərbaycan Milli Şurasının sədri, dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə, xarici işlər naziri Məhəmməd Həsən Hacınski, Türkiyə tərəfindən isə xarici işlər naziri Xəlil bəy və Quzey Qafqaz cəbhəsinin baş komandanı Vehib paşa imzaladılar. Həmin müqavilənin 4-cü maddəsi əsasında Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın başçılığı ilə Türk qoşunlarının bir alayı Quzey Azərbaycana yardıma göndərildi.
Bu gün isə Tələt Paşa təhqir olunaraq Ermənistanın Şirak bölgəsində onu öldürən daşnak suiqəsdçisi Soqomon Teyliryana aid heykəl inşa olunub....
H.Heyne deyirdi:Düşməni bağışlamaq olar ,ancaq onu asandan sonra...
Allah günahlarını bağışlasın ...
Baba Allahnəzərov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.