I şah Abbasla görüşən İtalyan səyyahı Pyetro Della Valledən dilimiz haqqında çox maraqlı qeyd
27-03-2022, 14:00
I şah Abbasla görüşən İtalyan səyyahı Pyetro Della Valledən dilimiz haqqında çox maraqlı qeydi:
"Kral məni bu tərzdə otuzdurdu və türk dilində danışaraq məni sorğu-suala tutdu - bu tərəflərə necə gəlmişəm, və mən cavab olaraq dedim ki, məni onun adının şöhrəti cəlb edirdi, çünki o, dünyadakı bütün cəngavərlərin onun xidmətində olmasına layiq bir kraldır.
O cavabında mənim haradan va hansı yolla gəldiyimi soruşdu, və mən ona səyahətim haqqında qısaca bəhs etdim. Daha sonra o, (bilmirəm nədən) türklər kimi "Kizil Elma", yəni "Qırmızı Alma" adlandırdığı Romanın mənim diyarım olub-olmadığını soruşdu, və mən "bəli" deyincə mənə çoxlu sual verdi, əvvəlcə, nəzakət naminə, Papanın hal-əhvalı və yaşı haqqında, daha sonra onun və kardinalların necə seçildikləri və necə kardinal olduqları və hökumət haqqında buna bənzər digər suallar, və mən bacardığım qədər hamısına qısaca cavab verdim...
Bəzən kral mən tam başa düşmürdü, çünki mənim danışdığım dil, onların İranda "Osmanlı türkcəsi" adlandırdıqları və ya Konstantinopol türkcəsi idi, və bu dil onların orada danışdıqları və skiflərin əvvəlki tatar dilinə [yəni qədim türkcəyə] daha yaxın olan dildən söz ehtiyatı baxımından çox fərqlənir; və buna görə də kral məndən tərcüməçimin olub-olmadığını soruşdu, və mən "bəli" deyərək tərcüməçimi çağırdım…"
İstinad: Türkün səsi 1/7
Milli Kimlik
Teref.az