Onun başı düşmənə deyil, vətənə əyildi.- Ölməzlərdən Fred Asif....

1-07-2022, 08:57           
Onun başı düşmənə deyil, vətənə əyildi.-
Bu bizik?!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Asif Yusif oğlu Məhərrəmov-Fred Asifin şəhid olduğu gündür
Diqqət edin: 1992-ci ilin iyun-iyul aylarında ordumuzun Qarabağda keçirdiyi ardıcıl uğurlu əməliyyatlar zamanı 4 yüksək rütbəli komandir və zabitimiz həlak olub...Təsadüfdürmü?!
1.İyunun 12-də Naxçıvanikdən Ağdama gələn yolda batalyon komandiri Allahverdi Bağırov avtomobilində minaya düşərək şəhid olur...
2.Ertəsi gün, iyunun 13-də isə Goranboy-Ağdərə istiqamətində gedən əməliyyatlara rəhbərlik edən MN Baş Qərargah rəisinin birinci müavini, polkovnik Şikar Şikarov komandir qərargah maşınında istiqaməti bilinməyən tankdan atılan top mərmisinin qəlpəsindən şəhid olur...
3.Bundan da cəmi 5 gün sonra...ayın 18-də Sırxavənd yaxınlığındakı əməliyyatlar zamanı alay komandiri, polkovnik Şirin Mirzəyev avtomobildə minaya düşərək şəhid olur...
4.Və bundan da cəmi 12 gün sonra iyulun 1 də isə batalyon komandiri, polkovnik Asif Məhərrəmov da yolda hücuma məruz qalaraq, ölümcül yara alır...
18 günə 4 komandir ...Bəli, bu ancaq xüsusi əməliyyatın nəticələri ola bilər...Tarix boyu çar imperiyasının da, SSRİ-nin də təhlükəsizlik orqanları Azərbaycan türklərinin seçmə nəsillərini soyqırıma məruz qoymağa çalışmışlar ki, xalqın müqavimət qüvvəsi sınsın...Bəlkə də sağ qalsaydı və sağlamlığını itirməsəydi, Fred Asifin ətrafında yaranmış Haqq hərəkatı bütün Azərbaycanı bürüyəcəkdi. Bunu isə onun istər xarici, istərsə də daxili düşmənləri istəməzdi...
Həmin gün Naxçıvanikdə olan qardaşı Ədalət Məhərrəmovun sözlərinə görə, Fred Asifin avtomobilinə qumbaratandan atılan mərmi maşının altından dəymişdi. Erməni mövqeləri isə yola nisbətən elə bucaq altında imiş ki, oradan avtomobilin altını vurmaq qeyri-mümkün olarmış... Fred Asiflə bağlı bir maraqlı məqam da ondan ibarətdir ki, o, Şirin Mirzəyev və 1992-ci ilin aprelində Şuşada həlak olmuş Ramiz Qəmbərov - hər üçü eyni nəslin nümayəndələridirlər...
...1994-cü il iyulun 1-də gözlərini bu dünyaya yuman Fred Asifin ruhu bu gün azaddır . Biz çox şeyləri dərk etmirik. Amma bir vaxt bəlkə də vaxtsız, amma Qarabağsız, Ağdamsız ölüm onun xoşbəxtliyi imiş ki, o, bizlər kimi illər uzunu bu dərdlərə göz yumub yaşamadı...
Allah rəhmət eləsin...
sözardı: Yadımdan çıxmamış onu da deyim ki ,1992-ci ilin dekabr ayının 7-də Respublika prezidenti Əbülfəz Elçibəy tərəfındən Milli Qəhraman adı ilə təltif olunan Fred Asif bu addan imtina etmişdi. Cavabı isə çox qəti və məntiqli oldu: "Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq".
VUR FRED, VUR... VUR KOMANDİR, VUR!! Onun başı düşmənə deyil, vətənə əyildi.
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.