Nürəddin Rzayev Xudu Məmmədov haqqında nə yazmışdı?

4-07-2022, 10:28           
Nürəddin Rzayev Xudu Məmmədov haqqında nə yazmışdı?
Nürəddin Rzayev Xudu Məmmədov haqqında yazmışdı:
Teref.az: Xudu, mən və Bəxtiyar Vahabzadə çox yaxın dost idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Özəlliklə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməyimi istəyirsənmi? Uşaq da Xuduya "istərəm” dedi. Xudu ona "nə göndərim sənə” soruşduqda uşaq Xuduya "mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xudu göz yaşlarını tutamayıb ağalamağa başladı. Bakıya döndükdən sonra o uşağa məktub yazır, hədiyyələr göndərirdi.
Rafail Tagızade












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru