Batin alimi yazır: Həqiqətdə imam Əli kimdir?

5-07-2022, 08:03           
Batin alimi yazır: Həqiqətdə imam Əli kimdir?
Dünyanın ən qədim obrazlarından biri imam Əli obrazıdır. Bu obraz 5500 yaşı olan və bütün dinlərin, fəlsəfələrin kökündə duran İsna-Aşəriyə dininin, yəni Azər, Osiris Allahının obrazıdır. İsna-Aşəriyə - Sina dağındakı Osiris, yəni Azərbaycanın Sünik dağındakı Azər Allahı deməkdir. Qədim Misir yazılarında Osiris Allahı - firon Amonun Gel şəhərində İlahdan yaratdığı kosmik Atum Allahıdır ki, onun daxilində iki dünya, yəni fiziki və ruhlar dünyasını birləşmişdir.

Türk mənbələrində bu dünyalar Taş və İç Oğuz adlanır və ümumilikdə bunlara - vilayət, ölkə mənasında El deyilir. Türk mənbələrində açıq yazılır ki, Türk Xaqanı Allahda olmuş və oranı El etmişdir. Başqa sözlə, Xaqan İlahdan yəni ilkin materiyadan göydə El Allahı yaratmışdır. Əli obrazı da məhz bu kosmik Osiris, yəni Azər El-inin insaniləşdirilmiş obrazıdır. İsmailiyə fəlsəfəsinə görə əvvəldə yaradılmış bu El axirətə yaxın məhv olur və Allah onu axirətdə yenidən dirildir.

Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri bu Elə - Allah deyirdilər. Tövratda bu El Allahı - Səlim şahı adlandırılır ki, bu da batıni mənada İslam şahı deməkdir. Şumer, Mesopotamiya mənbələrində El rəmzi “İl-Amurru” kimi yazılır və bu da Əli-Əmir, yəni Əli Əmir əl möminin anlamındadır. Amurru - mar, amorey deməkdir və bunlar Babil qülləsini tikən, Alban şahları nəsli olan amorey-suti, yəni miri-seyidlərdir. Seyid, yəni Sadat rəmzi Mesopitamiyada - "Qüdrətli Allah" mənasında El-Şadday kimi məlum idi və bu da "Əli-Seyid" mənasında Qüdrətli Əli Allahı deməkdir. Digər mətnlərdə, El-Amurru obrazı Xarrandan, yəni Arrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. Batinilərdə İslamın rəmzi olan Ay - axirətdə Günəş Allahı Ra-nın, yəni Ra-Amon, Rəhman Allahın yerinə keçəcək Allahın rəmzidir. Məşhur sufi-batin alimi Cabir ibn Həyyan Sin rəmzini - axirətdə gələcək Mehdi və İlahi ruhdan axıb gələrək dünyanı dəyişəcək cövhər kimi təqdim edir. Bu isə o deməkdir ki, bu obraz elə İlahın, yəni Hu-Elinin, ilkin materiyanın obrazıdır. Başqa sözlə, imam Əli obrazı - axirətdə göydə İlahdan, yəni ilkin materiyadan yaranacaq ikinci Elin, Vilayətin, cənnətin obrazıdır.

Digər məşhur sufi Mühiddin ibn Ərəbi El rəmzini - Din adlandırır və ölümlə əlaqələndirir ki, bu da axirətdən sonra göydə yaranacaq ikinci cənnətin sahibinin imam Əli olması deməkdir.

İfrat batıni şiələri imam Əlini həmişə İlah mənasında qəbul etmişlər. İmam Əliyə həsr olunmuş qəsidələrdə iddia olunur ki, O – " ... Sultan Məhəmməd şahdır və onun əmri ilə iki dünya ucalmışdır. Onun biliyi iki dünyanı əhatə edir: bu vahid hökmdarın varlığı qədimdir. Onun bənzəri yoxdur: O – hər şeyi görən, hər şeyi bilən və əbədi mövcud olandır. Əli bu görünən dəniz mövcud olmamışdan mövcud idi: O qüdrəti ilə ərşi və onun altında olanların hamısını ucaltdı. Əli – əbədi var olan və hər yerdə mövcud olandır… O açıq və gizlidə meydana çıxandır. Əlini qüdrətli və öz qüdrətini üzə çıxaran hesab et: Onun oxşarı yoxdur və vahid kimi yaşayır. Əli qocaların və cavanların günahları bağışlayandır". Bütün bunlar o deməkdir ki, İsmaililərdə imam Əli obrazı məhz İlahın, yəni ilkin materiyanın obrazıdır.

Batıni məntiqdə İlah, yəni El-Hu rəmzi - Hu ilkin materiyasından yaradılmış El deməkdir. Bu rəmz altında həm ilkin materiyanın göydəki təbii vəziyyəti və həm də onun bu fiziki dünyada yaratdıqları nəzərdə tutulur. Hu ilkin materiyası gözə görünməz olduğu üçün mətnlərdə bəzən yazılmır. Bu halda İlah rəmzi sadəcə İl, yəni El, Əli kimi oxunur. Başqa sözlə, imam Əli obrazı - əvvəli, sonu olmayan, doğmayan və doğulmayan İlahın və firon Amonun bu İlahdan göydə yaratdığı Elin, Vilayətin, Dünyanın rəmzidir.

Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.