Qədim Azərbaycan şəhəri İrəvan necə erməni şəhərinə çevrildi? – VİDEO
8-07-2022, 00:02
XX əsrin əvvəllərində ermənilərin başlıca planlarından biri də qədim Azərbaycan şəhəri olan İrəvanı erməniləşdirmək və erməni şəhərinə çevirmək idi. Onlar bu məqsədlərinə xüsusilə 1918-ci ildən nail olmağa başladılar. Həmin tarixdən İrəvanın erməni dövlətinin paytaxtına çevrilməsi ilə şəhərin əsl sahibləri olan Azərbaycan türklərindən təmizlənmə prosesi gücləndi. Hətta erməni memara tapşırıldı ki, şəhərin memarlıq üslubunu dəyişsin və azərbaycanlıların bütün izləri şəhərdən silinsin. O isə bu planı həyata keçirmək üçün baş plan hazırladı.
1918-ci ildən başlayaraq ermənilərin əsas məqsədi İrəvan şəhərini bir türk şəhərindən erməni şəhərinə çevirmək idi. Bu məqsədlə İrəvana gətirilən memar Aleksandr Tamanyana bunun üçün baş plan hazırlanması tapşırılır. Onun tərəfindən hazırlanan baş plan 1924-cü ildə təsdiq edilir. Bununla da toponimlərin və xalqımıza məxsus olan memarlıq abidələrinin məhv edilməsi prosesi start götürür.
1924-36-cı illərdə Tamanyan Şərq üslublu qədim İrəvan şəhərindən erməni milli ideologiyasına xidmət edəcək bir şəhər formalaşdırır. Nəticədə bütün bu müdaxilələr azərbaycanlıların doğma şəhəri olan İrəvanın simasını ciddi şəkildə dəyişərək bir erməni şəhərinə çevirdi.
Lakin şəhərin bir hissəsi bu günə kimi özünün memarlıq obrazının dəyişdirilməsinə qarşı mübarizə aparır. Bu, Təpəbaşı məhəlləsidir. Ancaq bu məhəllə də amansız müdaxilələrə məruz qalıb…
Qeyd edək ki, Təpəbaşı məhəlləsi həm yerli azərbaycanlıların etirazları, həm də relyefin buna mane olması nəticəsində günümüzə qədər gəlib çıxıb.
Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: