Dünyanın ən qəddar QATİL QADINLARI - FOTOLAR
9-07-2022, 08:00
Tarixdə hər zaman silsilə qətllər törədən qatillər olub. Onu da qeyd edək ki, belə qatillər tək kişi yox, qadınlar da olub.
Teref.az silsilə qətllər törədən ən məşhur qadın qatilləri təqdim edir:
Villiamina Minnie Dean
O, tarixin ən qanlı serial qatillərindən biri kimi göstərilir. 650-yə yaxın insanı qətlə yetirib və onların qanı ilə duş alıb. O, sadomazoxist təbiətini qətllərlə təmin edib və öz ölümü də bir o qədər dəhşətli olub.
Dayəlik edən Villiamina Minnie Deanın gizli tərəfi daha qorxunc idi. O, nikahdankənar doğulan körpələri övladlığa götürürdü. O vaxt övladlığa götürülən körpələrin qeydiyyata alınması qaydası yox idi. Villiamina Minnie Dean bunu "fürsət"ə çevirirdi. O, körpələri böyütmək əvəzinə onları öldürürdü.
Dorothea Puente
Dorothea Puente yataqxanada işləyirdi. Onun işi tez-tez evsiz, xəstə və ya problemli insanları qəbul etmək idi. Təbii ki, o, bunu yaxşılıq kimi yox, onların pulunu almaq üçün edirdi. O, qonaqlarını öldürür, imzalarını kopyalayaraq pullarını mənimsəyirdi. Dorothea Puente 2011-ci il martın 27-də öz kamerasında ölü tapılıb.
Belle Guiness
Şöhrətpərəstliyinin qurbanı olan qadındır. Belle Guinness qəzetlərində elan verib ər tapırdı. Sonra isə onları öldürüb, pullarını ələ keçirirdi.
Delphine LaLaurie
Sosialist Delphine LaLaurie qullarına işgəncə verərək öldürüb. Onun qətilləri evinin mətbəxində baş verən yanğından sonra üzə çıxıb.
Enriqueta Marti
Sevgi iksirini əldə etmək üçün qətllər törədib. Öldürdüyü uşaqları qaynadıb, sümüklərindən, yağından, qanından müxtəlif sevgi iksirləri və dərmanlar hazırlayıb baha qiymətə satıb. Təkcə bu yox, həm də uşaqları oğurlayıb varlı pedofillərə satırdı. Zəngin bir adamın bildirdiyinə görə, o, həbsxanada başqa məhbuslar tərəfindən öldürülüb.
Beverley Allitt
Tibb bacısı işlədiyi uşaq yataqxanasında uşaqlara infarkt keçirtmək üçün insulin və ya kalium iynəsi vurub. Tapa bilmədikdə, uşaqları boğaraq öldürüb. Onun qətlləri niyə törətdiyi heç vaxt məlum olmayıb.(lent.az)