Qazilər Bir Olmur, Atam BalasıI!

9-07-2022, 08:28           
Qazilər Bir Olmur, Atam BalasıI!
Kişilər bir olmur, atam balası, qorxağı var, igidi var.
(Ramiz Rövşən)
Qazilər bir olmur, atam balası, MÜBARİZ əsgəri var, POLAD generalı var! Amma hər qazinin öləndən sonra haqqı uğrunda vuruşmağa bir qara paltarlı, ağ saçlı (VALİDƏ) ANAYA ehtiyacı var.
Qazilər bir olmur, ağzını tikəni var, özünü yandıranı, öldürəni var, ürəyini dincə qoyanı, ürəyi partlayıb öləni var!
Qazilər bir olmur, üzəduranı, haqqa dirənəni var, haqqın yanında dik duranı var!
Qazilər bir olmur, başqasının haqqına girəni var, haqq işi uğrunda haqqından keçəni var!
Qazilər bir olmur, ayaq üstə gəzən şəhidi var, ayağı ilə ŞƏHİD ANASININ ÜSTÜNƏ GEDƏNİ VAR!
Qazilər bir olmur, BAKIlısı – ŞƏKİlisi , ŞİRVANlı, MİL-MUĞANlısı, QARABAĞlısı, ZƏNGƏZURlusu, GÖYÇƏli, ÇƏNCƏlisi. . . talışı, kürdü, tatı, ləzgisi, türkü. ., xristianı- müsəlmanı var!
Qazilər bir olmur, qurbanı qoyun olanı var, özü qurban olanı var. Qazilər bir olmur, müti olanı var, dikbaşı var.
Qazilər bir olmur, minaya düşəni var, yanında bomba partlayanı var; qol – qıçı olmayanı, ürəyi – bağrı yarılanı var ; protez ayaqları ilə protez ürəkli məmurların ayağına gedənləri var.
Qazilər bir olmur, rüşvətə, mala - mülkə əyilməyəni var, rüşvətin, malın qarşısında ikiqat olanı var.
Qazilər, şəhidlər bir olur, atam balası, hamısı AZƏRBAYCANIN TORPAQ BÜTÖVLÜYÜ, BAYRAQ UCALIĞI UĞRUNDA VURUŞUBLAR!
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.