Batin alimi yazır: Xristian və türklərin göydəki Atası kimdir?

17-07-2022, 08:02           
Batin alimi yazır:
Bütün xristian dünyasının əsas duası olan
"Pater noster", yəni "Atamız bizim" duasını deyilənə görə İsa peyğəmbər məsləhət görmüşdür və bu duada deyilir: "Göydə olan Atamız, Adına alqışlar olsun. Şahlığın gəlsin Sənin. Yerdə də göydə də istəyin çin olsun. Bizə gündəlik çörəyimizi bu gün ver və s.".
Bu duadan görünür ki, xristianların Ata dediyi Allah iki dünyanın sahibidir, O göydə yaşayır və onlar gündəlik çörəklərini də bu Atalarından istəyirlər. Mənbələrdən məlumdur ki, bəşər tarixində yalnız bir nəfər göydə ölümsüzlük qazanaraq Allaha çevrilmişdir və bu da Göytürk xaqanıdır.
Gül Təkinin kiçik abidəsinin əvvəlində bu xaqan - “Göyəbənzər, Göydə yaranmış müdrik Türk xaqanı" adlandırılır. Digər mətnlərdə O - "Tanrıda olmuş və göydə Tanrı tək Tanrı yaratmış" xaqan adlandırılır. Bu o deməkdir ki, xristianların Ataları elə yazılır və Tanrı tək Tanrı yaratmış Türk xaqanıdır. Xristianlar, yəhudi olan İsa peyğəmbəri də Allah hesab edirlər ki, ən qədim mənbələrdə yəhudi dedikdə Xəzər Türk bəgləri nəzərdə tutulurdu.
Xəzər və ya Hazar rəmzi, dünyanın ilk vahid dili olan sufizmdə Hu-Azər kimi oxunur ki, bu da Azər, yəni Asar, Osiris Allahı deməkdir. Başqa sözlə, yəhudi İsa peyğəmbər əslində Azər Allahının Türk bəglərindən olmuşdur.

Qədim yəhudilər İsa peyğəmbəri Yeşua adlandırırlar ki, bu da Türk dilində "Ya Şiə" deməkdir. İsa və ya Şiə rəmzləri ən qədim Misir mənbələrində Şu Allahı kimi keçir və qədim Misirin Amon Allahının ruhunu bildirirdi. Mətnlərə görə məhz Şu Allahı qalxaraq cənnəti göyə qaldırıb, əllərində saxlayır. Deməli, İsa peyğəmbər əslində Amon Allahının Şu, yəni Şiə ruhudur və cənnəti O saxlayır. Zərdüştilikdə Şiə rəmzi Aşa kimi yazılır behiştə aid olaraq Aşa Vaxişta kimi keçir. Başqa sözlə, İsanın, yəni Şiənin göydəki cənnəti elə zərdüştilikdəki Aşa Vaxişta, yəni Şiə-Behiştidir. Zərdüştilər mənbələrdə baxdin adlanırlar ki, batinilikdə bu rəmz bəg-din, yəni Türk bəglərinin dini deməkdir. Bu isə onu deməyə əsas verir ki, İsa peyğəmbər - göydəki behişti saxlayan Amon Allahın ruhudur və ona sitayiş edənlər də Azəri Türk bəgləridir. Ərəb mənbələrinə görə, bu Türk şiələri yazılarda batinilər və mülhidlər, yəni mələklər mənasında nizarilər adlanırdılar. Nizar rəmzi batini mənada "An, yəni Gel şəhərində olan Azər Allahı" deməkdir. Qədim mənbələrdə şiəliklə bağlı olan Türk bəgləri - Gelat elinin ifrat Ismaili şiələri adlanırdılar ki, onların vətəni də mətnlərdə Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelat kimi yazılırdı.

Gelat rəmzi sufizmdə Gel-Dai, yəni Gel-Teo mənasında "Gel şəhərindəki Allah" fikrini ifadə edir. Qədim Misir mənbələrinə görə firon, yəni pir Amon göydəki cənnəti məhz Gel şəhərində yaratmışdı və bu şəhər mənbələrdə Gel-Eli kimi də yazılırdı.
Xristianlıq dönəmində ifrat nizari şiələrin bu Gel-Eli - Qalil, Qalileyə çevrilib, nizarilərin Nazaret şəhəri də adlanmağa başladı. Mənbələrə görə məhz burada İsanın doğulacağı haqda şad xəbəri Cəbrail Mariyaya çatdırıb və İsanın uşaqlıq illəri burada keçib. Burada yaşayan nazaretlilər, yəni nizarilər - Oğuzlar olmuşlar ki, xristian "alimləri" Oğuz rəmzini "aqiazo", "aqios" və s. kimi qəbul edib, müqəddəs adlandırdılar. Bu "xristianlara" mənbələrdə müqəddəs mənasında Aqi, yəni Ağa deyirdilər.

Bildiyimiz kimi Ağa - qədimdən Azəri pir-bəglərinə və seyidlərə deyiblər. Başqa sözlə, İsanın dövrünün xristianları əslində ifrat şiə müqəddəsləri olan seyid-bəglər olmuşlar. Kitabi Dədə Qorqudda Aqi, yəni Ağa rəmzi Oq kimi yazılıb, Oğuz mənasında işlənir. Alban mənbələrdə Aqi rəmzi Aqu kimi keçir və Gelarküninin Sisakan nəslindən olan Arana aid edilir. Aran isə Ərənşahlar nəslidir ki, axirətdə Aqu ölkəsi olan Albaniya onlardan bir nəfərə əbədi veriləcək. Başqa sözlə, axirətdə Ərənşahlar nəslindən olan bir nəfərin bədəninə Amon Allahın Şu ruhu keçəcək və məhz o öləndən sonra Onun bu ruhunda göydə ikinci cənnət yaranacaq.

Bütün bunlar o deməkdir ki, xristianların Atası əslində Türk bəglərinin cəddi-əcdadı olan pir Amonun göydə ölümsüzlük qazanmış ruhudur. Bu ruh axirətdə bir insanın bədəninə tənasüh edəcəkdir və mənbələrdə İsa peyğəmbər dedikdə məhz o nəzərdə tutulur.
Lakin Albaniyanın digər adı olan Aqu mənbələrdə həm də Alu kimi yazılır ki, bu da göydəki El, yəni vilayət mənasındadır. İfrat Gelat şiələri bu Eli şəxsləndirərək imam Əli obrazına çevirmişlər ki, bu da axirətdə göydə yaranacaq yeni cənnətin imam Əlinin vilayəti olacağı anlamındadır.

Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
17.07.2022












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.