Batin alimi yazır: Həqiqətdə İmam Hüseyn kimdir?
1-08-2022, 08:28
Bu gün İran adlanan ölkədə şiələr çətinə düşəndə, köməyə bizim kimi Allah, Məhəmməd, Əlini yox, əksər hallarda Əbəlfəzi və ya imam Hüseyni çağırırlar. Bəs nəyə görə şiə ölkəsində peyğəmbərimiz və onun varisi imam Əli yox, varisin öldürülmüş övladları Allah səviyyəsində qəbul edilir? Həqiqətdə imam Hüseyn kimdir?
İmam Hüseynin kim olduğunu müəyyən etmək üçün onun haqqında peyğəmbərin və üləmaların dediklərinə nəzər salmaq vacibdir.
Mənbələrdə peyğəmbərin varisi adlandırılan Hüseyn - dinin sütunlarından və iman əhlinin əsaslarından biri, cənnət gənclərinin əfəndisi, səma əhlinin nəzərində yer əhlinin ən sevimli insanıdır. Deyilənə görə, peyğəmbərimiz imam Hüseyni - "Hidayət məşəli və qurtuluş gəmisi" adlandırmış və bildirmişdir ki, "Hüseyn məndəndir, mən Hüseyndənəm. Allah Hüseyni sevənləri sevir". Peyğəmbər Hüseyni və onun nəslindən gələcək doqquz imamı - öz Əhli-beyti və itrəti hesab edərək nəzərə çatdırır ki, doqquzuncu imam qiyam edəcək Mehdidir. Rəvayətə görə, Hüseyn öldürüldükdən sonra, onun kəsilmiş başından göylərə nur saçılmışdır. Yeddi qat göy, dalğalı dənizlər, bütün yer üzü, ağaclar, dənizlərdəki balıqlar, Allahın müqəddəs mələkləri və bütün səma əhli onun şəhadəti üçün ağlamışlar. Bu dünyada göylər tək Həzrət Yəhya və İmam Hüseyn üçün ağlamışdır və bu ağlamaq göylərin qızartısı hesab olunurdu. Hz. Yəhya öləndə səma qırmızıya çevrilmiş və göydən qan damcılamışdı. Hz. Hüseyn də öldürüləndə səma əvvəldə görünməmiş qırmızıya boyanmış, göydən qan yağmışdır. Onun şəhadəti günü dünyanın hər yerində qaldırılan hər daşın altından qan görünürdü. Onun qəbrinin ətrafında dörd min mələk toz-torpağa bulaşmış və kədərli vəziyyətdə qiyamətə qədər Hüseyn üçün ağlayacaqlar. Digər tərəfdən qaynaqlarda bildirilir ki, Hüseynin ölümü ilə insanlar Təhlil və Təkbiri də öldürdülər. Təhlil - "Allahdan başqa İlah yoxdur", Təkbir isə - "Allahu Əkbər" deməkdir.
Başqa sözlə, əhli sünnət qaynaqlarına görə Hüseynin ölümü ilə Tək Allah da ölmüş hesab olunur. Bu isə o deməkdir ki, imam Hüseyn hansısa adi bir ərəb yox, Tək Allahla bağlı obrazdır ki, ona görə yerlə göy ağlamışdı.
Mənbələrdə Hüseynə - "Allahın qanı" mənasını verən Sarallah ləqəbi aid edilir ki, bu da Hüseynin qanla bağlı obraz olması mənasındadır. Əhdi-Ətiqdə qan - ruh mənasında göstərilir və Allahın tək bir qandan insanı və onun yaşayışı üçün çənnəti yaratması nəzərə çatdırılır. Tövratda Musa peyğəmbərin qurban qanından göydə Skiniya adlı Vəhy çadırı yaratmasından danışılır ki, İslamda Skiniya rəmzi Allahın sakinliyi mənasında Səkinə adlanır. Səkinə isə İmam Hüseynin qızıdır və Aşurada o da öldürülmüşdür. İslamda bu çadır peyğəmbərin əbası mənasında "Kisa əshabı" adlanır ki, bu çadır və içindəki beş nəfər Əhli-beyt sayılır. Bu o deməkdir ki, Allahın qanı dedikdə - qanla göydə yaradılmış beyt, yəni ev nəzərdə tutulur və ən qədim Misir yazılarına görə göydəki bu cənnət evini firon Amon yaratmışdır.
Firon Təktüz Amon - Kitabi Dədə Qorqudda bığı qanlı Bəkdüz Əman kimi keçir. Bəkdüz Əmanın bığının qanlı olması, onun göydəki dünyanı qanla yaratması mənasındadır. Qədim Misirdə bu dünya Atum adlanır ki, onun daxilində də Asar, yəni Osiris Allahın ölüm şahlığı, cənnət yaradılmışdır. Lakin Asar Allahı elə Sarallah deməkdir. Bu isə onu deməyə əsas verir ki, imam Hüseyn həqiqətdə qədim Misirin qanla yaradılmış Osiris Allahının şəxsləndirilmiş obrazıdır. Şumer mənbələrində Asar Allahı Asar-Luhi kimi qeyd olunur və bu da Asar-İlahi deməkdir. İlah isə - hər şeyə həyat verən ilkin materiyadır və müdriklər onu xaos, həyat enerjisi, İlahi od, dirilik suyu və s. də adlandırırlar. Sufi məntiqində Hüseyn rəmzi Xaos-Nun mənasında "ilkin Nun sularındakı Oğuz" fikrini bildirir. Kisa rəmzi ilə eyni mənalı Oğuz rəmzi - Xaosun şəxsləndirilmiş obrazıdır. Rəvayətdə Oğuz xan işıqdan, nurdan yaranmışdır ki, bu da İlah mənasındadır. Həzrəti Hüseynin mənbələrdə Sultani-Neynəva adlanması da onun ilkin Nun sularının, yəni İlahı idarə edən sultan olması deməkdir.
Qədim Misir yazılarına görə, dünyaya hökmran kimi gələn Asar, Azər Allahı, yəni Sarallah axirətdə qardaşı tərəfindən öldürülür və oğlu Qor onu yenidən dirildir.
Bu gün Aşura mərasiminə əsasən Azər oğullarının yas saxlaması da Hüseyn obrazının - Azəri pir-bəglərinin, seyid-peyğəmbər, şıxlar nəslinin cəddi-əcdadı olması ilə bağlıdır.
Aşura rəmzi də batini mənada Azər, Asar deməkdir və axirətdə onu dirildəcək Qor Allahı da Hüseyn nəslindən doğulacaq Mehdidir.
Bütün bunlar o deməkdir ki, imam Hüseyn - qədim Misirdə Asar, Osiris adlanan Azər Allahın obrazıdır. Bu gün bu Azər Allahı öldüyü üçün pir-bəglər, seyid-şıxlar öz İlahi qüdrətini itirib adi insanlara çevrilmişlər.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg