TURAN - Bir içim sumu?!

14-10-2022, 09:44           
TURAN - Bir içim sumu?!
“Turana qılıncdan daha kəskin, ulu bir qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.-“


Təkcə öz ölkəmizi götürsək illərdən bəridir ki, Turan adı insan, təşkilat, bank və müxtəlif idman komandalarına verilir. Təqdirəlayiqdir…

Zənnimizcə, bu əslində ad deyil, mahiyyət etibarı ilə müqəddəs Anddır.

Türk milli birliyini təcəssüm etdirən Turan ideyası müasir çağırışlar sırasında yer alıb və geniş əks-səda doğuran müzakirə mövzusuna çevrilib.

Turan coğrafi, tarixi, mənəvi, mədəni, dil və din vəhdəti, siyasi-ideoloji məqamların, iqtisadi-humanitar məramların, bir sözlə, ortaq dəyərlərin bütövlüyünü təzahür etdirən vahidlik Simvoludur.

Təbii ki, bu birlik ta qədim zamanlardan bu günədək bəşəriyyət üçün zəngin sivilizasiya bəxş edən bir etnosun həmrəyliyinə hesablandığına görə çox əlamətdir.

Amma, ancaq və lakin unutmayaq ki, Turan uzun-incə bir yoldur - böyük bir konseptdir!

Qlobal platforma və GƏLƏCƏKDİR!

Bir sözlə, REALLIQDIR.

Bu nə bir içimlik sudur ki, qaba sığsın! Özü də nə quyu, nə də bulaq suyudur.

Bu nə də nəsli kəsilmiş canlı deyil ki, qırmızı kitaba düşsün! Hansısa pələngə ad kimi verilsin!

Gəlin, Turanı ciddi müzakirə mövzusuna çevirək, düşüncələrə təsir edək - şüurlara hopduraq.

Bu bir etnik-milli bütövlükdür - bəşəriyyət üçün unikal mədəniyyətdir. Planetar sülhə - təhlükəsizliyə və inkişafa yeni töhfədir.

Yəhya Babanlı,

Tarix üzrə fəlsəfə doktoru –

Diaspor məsələləri üzrə ekspert












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru