Türkün İnanc Yaddaşı

29-12-2022, 12:18           
Türkün İnanc Yaddaşı
Türk inanc sistemində ağac əbədilik rəmzi hesab edilirdi. Ağacın payız fəslində yarpaqlarını töküb soyunması (bir növ, ölməsi), yaz fəslində isə yenidən yaşıllaşması (dirilməsi) mistik məna ifaİnanc Yaddaşı də edirdi. Türklərdə və türklərin təsiri ilə dünyanın başqa xalqlarında dövlət rəmzi olan bayraq simvolu da ağacla bağlı inamdan yaranmışdır.
Əbədilik rəmzi olan ağacla bağlı tarixi bir fakt Qarabağ haqqında olub, Çin mənbələrində qeyd edilir. Türk inanc sistemində ağac, daha geniş mənada, meşə ilanın və ya əjdahanın cəsədindən yaranmışdır. Bir qolu e.ə XVI əsrdə Mil və Muğan düzənliyinə gəlib yerləşmiş və eramızın III-IV əsrlərinə qədər burada yaşamış, əsas kütləsi isə Şimali Çində məskun olan Hiyen-bi (kas-pi) xalqı ilanın cəsədindən yaranmış meşənin ətrafında at çaparaq ayin keçirirdilər. Meşə olmayınca, bir yerə "qara ağac" əkərək orada meşə salırdılar. Qədim türk inancında "qara bağlar" (qara meşələr) belə yaranmışdı və bu meşələr müqəddəs hesab olunurdu. Belə meşələr böyük xanlar və hökmdarların dəfn olunduğu yerlərdə salınırdı. Qarabağ olaraq adlanan həmin yerlər müqəddəs meşələr və qoruq əraziləri idi. Bu meşələrə girilməsi, zərər verilməsi və ov edilməsi qadağan idi.
Əkbər Nəcəf, İnanc Yaddaşı səh 257
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru