Şah İsmayıl və Babur şah...
31-12-2022, 16:17
Şanlı tariximiz silsiləsindən...
Şah İsmayıl Özbək imperatorluğunun başçısı Şeybani xanı məğlub etdikdən sonra imperatorluğun əsirləri arasında Babur imperatorluğunun qurucusu Babur Şahın qızı və bacısının da olduğunu gördü. Bu qadınlar Şeybanilərin əsiri idi.
Şah İsmayıl onlara hörmət göstərdi və Babur Şaha göndərib sağ-salamat təhvil verdi. Şahın bu hərəkəti Baburların və Səfəvilərin yaxınlaşmasına səbəb oldu.
Hətta Şah İsmayıl bir neçə dəfə Babur Şaha Qızılbaş ordusu hissələri göndərərək ona döyüşlərdə yardım etmişdi. Babur Şah da bu hərəkətə cavab jesti olaraq 12 İmam (ə) adına pul basdırmış və ordusunu eynən Qızılbaşlar kimi geydirmişdi.
Bu gün Pakistan xalqının Azərbaycan xalqını sayıb-sevməsini Şah İsmayılın Babur Şaha bu yardımlarının nəticəsi kimi qeyd edə bilərik.
Ali Torun. “İlginc hakikatlar.Yavuz Sultan Selim, Şah İsmayıl Hatayi, bilinmeyen tarih”
Teref.az