HÖRÜMÇƏK TORU VƏ YA KRİMİNAL YUVA.

4-12-2023, 08:08           
HÖRÜMÇƏK TORU VƏ YA KRİMİNAL YUVA.
Sərin havalı bir gün idi. Vəkil Yavər Hüseyinlə iş yerinin qarşısında durub söhbət edirdik. Yavər fikirli-fikirli siqaret çəkirdi. Cavan olsa da saçları tez ağarmışdı. Hiss olunurdu ki, erməni əsirliyində olan doğm Şuşasının dərdini çəkir. Gözləri həmişə yol çəkirdi. siqareti çəkib qurtardıqdan sonra otaga keçdik. Hərə öz yerində oturdu. Bu vaxt hüquq məsləhətxanasının qapısı açıldı. İki qadın və iki kişi məsləhətxanaya daxil oldu. Qapı ilə üzbəüz masada əyləşmiş müdirimiz Davud İbrahimovdan məni soruşdular. Davud müəllim məni göstərdi.
Davud İbrahimov maraqlı insan idi.Uzun müddət polis orqanlarında işləmişdi. Nazir Arif Heydərovun adyutantı olmuş, nazir öldürülən gün onun yanında olmuşdu. Salamat qaldığı üçün vəzifəsindən azad edilmişdi. İlk günlərdən mənə münasibəti müsbət idi. Çox kövrək və insanpərvər biri idi. Heç kimə pislik etməyi xoşlamazdı. Rəhbər kimi davranmırdı. Heç kimə rəhbərliyini nümayiş etdirmirdi. Onun kövrək olmasından istifadə edən bəzi vəkil yoldaşlarım bəzən kədərli hadisələr danışaraq onu agladırdılar. Həmişə mənə deyirdi ki, sən ürəyi təmizsən qəlbinlə dilin eynidir. Hər üzünə gülənə inanma.Hətta iş yerində iki nəfərin adını da çəkərək onlardan ehtiyatlı ol demişdi. Biri polisin, biri MTN-nin agentləridir. Mən, Yavər və Natiq daha çox azad fikirli olduğumuz üçün həmişə bzi diqqətli olmaga çagırırdı.
İçəri daxil olan şəxslər oturduğum masaya yaxınlaşdılar. Qadınlardan biri mənə çox tanış gəldi. Salamlaşdıqdan snra dinləyirəm dedi. Gələnlər ailə idilər. Bir ailə Füzui rayonundan ,digər ailə isə Laçın rayonundan idi. Dərdlərini danışdılar. Hər iki ailənin bir oğlan övlad var idi. Yetkinlik yaşına çatmamış övladları qəsdən adam öldürmə cinayətinə görə həbsə alınmışdılar və Bayıl İstintaq təcridxanasında saxanılırdılar. Xətai rayonu ərazisində 5 yaşlı körpə ilə anasını öldürməkdə təqsirləndirilərək həbsə alınmışdılar.
Mənə bildirdilər ki, onları mənim yanıma prokurorluqdan Vəli (ad şərtidir) müəllim göndərib. Deyib ki, Sizə kömək edə bilsə yalnız o edəcək. Deyirdilər ki, övladları günahsızdır.Laçınlıların vəkili var idi. Füzuli rayonundan olan ailə ilə müqavilə bagladım. Məndən əvvəl vəkil kimi iştirak etmiş şəxslərlə əlaqə saxladım. Hə ikisi bildirdi ki, təqsirlidirlər,cinayəti onlar törədib. Sübutlar nə deyə soruşdum. Bildirdilər ki, etiraf ediblər.Dedim ki, etiraf yetərlimi. Hər iki vəkil bildirdi ki, başqa sübut yoxdur. Order götürüb Xətai rayon prokurorluğuna getdim. Orderi müstəntiqə təqdim edib görüş üçünməktub istədim. Müstəntiq məktub vermək istəmədi. Bildirdi ki, şəxsin vəkili var. Bildirdim ki, başqa vəkilin olmasına qanun imkan verir. Müstəntiq bildirdi ki, prokurora məruzə etsin sonra. O prokurorun yanına gedib təxminən 30 dəqiqə sonra qayıtdı və dedi ki, prokuror nahara gedir. Nahardan sonra səni qəbul edəcək. Müstəntiqə bildirdim ki, mənim hələ ki, prokurorla görüşmək niyətim yoxdur. Müdafiə etdiyim şəxslə görüşüb, iş materialları ilə tanış olduqdan sonra görüşəcəm. Müstəntiq prokurorla telefonla danışıb onun görüşməkdə isralı olduğunu bildirdi. Dedim ki, işdən məlumatım yox, nəyi müzakirə edəcəyik ki? Məndə artıq işin doğru istintaq edilmədiyinə şübhə yarandı.
Müstəntiqdən məktub istədim. Rüstəm müəllim obeddən qayıtsın məsləhətləşərəm dedi.
Xətai rayonunun prokuroru Rüstəm Usubovu deyirdi.
Osman Kazimov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.