Cavabsız suallar ANS-siz günlərin hesabı
30-07-2016, 13:54
18 iyul saat 18.00. Azərbaycan mediasının döyünən urəyi yavaş- yavaş zəifləyir. Saat 18.20 artıq tam sükutdur. Azərbaycanın ilk müstəqil telekanalı ANS TV növbəti dəfə qapadıldı. Televiziya ərazisinə daxil olan rəsmi qurum nümayəndələri qeyd şərtsiz kanalın ötürücülərini qapadır və televiziyanın qapıları möhurlənir! Tam 25 ildir dəqiq xəbərin ünvanı olan ANS TV- nin qapadılması kimə və niyə lazım idi???? Çox hörmətli bir qrup " ZIYALILARIMIZ" ANS TV- nin qapadılmasını ANS- in terrorçu olduğu deyilən (baxmayaraq ki, bir neçə günə qədər F. Gülənin terrorçu olması barədə heç bir sənəd yoxuydu və o rəsmən Azərbaycanda daxil olmaqla digər dünya dovlətlərinin ərazisindəTERRORÇU kimi tanınmırdı) Fətullah Güləndən götürülən müsahibə ilə əsaslandırırlar. Yaxşı ANS efirə vermədiyi müsahibəyə görə bağlanırsa bəs CNN-TURK, NTV , SHOW TV niyə qapadılmır??? Halbu ki, həmən kanallarda adı çəkilən şəxsdən müsahibələr yayımlanmışdı. Almaniyanın nüfuzlu bir neçə kanalı müsahibəni tam olaraq efirindən yayımlayırsa niyə ANS tv - ni günahlandıran şəxslər ağızlarına su alıb dayanıb????? ANS tv- nin efirində anti- türk təbliğatının aparıldığını deyən və bu haqda heç sübutları,faktları olmayanlar sadəcə xülyalar əsasında fikir bildirənlər nüfuzlu BBC –də yayımlanan anti –Türkiyə verlişlərinə maraq göstərmədilər???? Ya özlərini görməməzliyə vurdular???? BBC kanalında şəxsən Ərdoğan haqda səsləndirilən fikirlərə söz deməyə niyə gücləri çatmadı????. "25 ildir xalqa, millətə xidmət edən insanların şəxsiyyətinə , nüfuzuna ləkə atmaqdan çəkinməyən “ZIYALILARIMZ” belə ədalət carçılarıdısa niyə toplanıb BBC telekanalına etiraz məktubu göndərmədilər???? Digər nüfuzlu xarici kanallarda F. Güləndən xəbərlər yayan aparıcıların peşəkar olmadığını demədilər?????. Türkiyənin və prezidentinin nüfuzuna zərbə vurulmasının HESABINI BBC- dən sormadılar. ????? Gücləri çatmadı????? Amma ANS haqda öz təltəlşüurlarından gələnləri demək çox rahatdı. Vətənpərvərliyi həm Heydər Əliyev həm də İlham Əliyev tərəfindən aşkar etiraf olunan və örnək göstərilən ANS -ə terrorçu damğası vurmaq bu yüksək qiyməti şübhə altına almaqdı. ANS- in yetishdirdiyi dinləyici ve tamaşaçının bu gun 22-25 yaşı var. Onları ideoloji cəhətdən ANS böyüdüb. Dəqiq qərəzsiz ve vicdanlı prinsipləri ilə bütov bir nəsil yetişdirən kanala terrorçu demək nəhəng bir auditoriyanın inamına təhqirdi. Aprel döyüşlərində ümumxalq əhval ruhiyyəsini ANS yönləndirdi. O insanlar cavab gözləyir! ANS kiçik bir dönər və ya qəzet budkası deyil. Onun səsini belə asanlıqla, qəssab soyuqqanlılığı ilə kəsmək olmaz………
Səhər İnamlı