BÖYÜK LİRİK VƏ ŞİZOFRENİK
21-03-2024, 18:05
İnsan xəyal quranda Tanrı, düşünəndə dilənçidir…
–Hölderlin
Bir dostum sevdirmişdi mənə bu böyük alman şairini.
Alman lirizminin zirvəsidir Fridrih Hölderlin (1770-1843).
“Şərqdə poeziyanın dili farsca, Qərbdə isə almancadır” yazmışdım bir dəfə.
O zaman Hölderlini hələ tanımırdım, nə “Diotima”sını oxumuşdum, nə də “Hiperion”u.
31 yaşından şizofrenik psixoz diaqnozu ilə yaşamış şair və filosofun mənim dünya görüşümdə önəmli bir yer tutacağını təxmin etməzdim.
Onu bu qədər tanımasaydım Almaniyanı da əksik tanıyardım deyə düşünürəm…
Bahar gəlir. Təbiətin bu təsvir olunmaz möcüzəsini yaşarkın baharda dünyaya gələn Səməd Vurğun, İsmayıl Şıxlı, Cəfər Cabbarlı kimi nəhəng ədiblərimizi xatırlayıram. Ancaq nə təsadüfdür ki, Fridrih Hölderlin onların əksinə – Baharın ilk günündə vəfat edib.
Yaxındır
və çətindir qavranması Tanrının.
Harda çətinlik varsa yetişir,
xilaskar olan da odur..
Özünü tez-tez dünyanın ən bədbəxt, ən şanssız adamı sayanlar Hölderlinin həyatını oxusunlar…talelərin şikayətlənməyi birdəfəlik buraxacaqlar…
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu
TEREF