Qadın - kişi arasındakı fərq... yaradanın düzənidir

22-05-2024, 17:24           
Qadın - kişi arasındakı fərq... yaradanın düzənidir
Qadın - kişi arasındakı fərq... yaradanın düzənidir. Lazım bilsəydi tərəzinin gözünü bir tutardı.
Lakin o zaman Öz Düzəni - Yer Tablosu pozulardı.
Lazım bildi və kişiləri daha güclü yaratdı və məsuliyyət yüklədi.
Qadınlara isə yarım kilo ətdən həftənin yeddi günü ət yeməyi bişirib oğullarının qarnını tox tutmaq hünəri verdi.
Heç bir kişinin yapa bilməyəcəyi bu misilsiz fəndi yüklədi qadına.
Bu üzdən ağlı salim kişi qadını özündən zəif hesab etməz. Yanılıb etsə də... yüklənmiş məsuliyyətini dərk edən... dilə gətirməz!
Varlığının, uğurunun tam yarısına çiyin verən o nazlı vücud necə zəif ola bilər axı?!
Ağlı salim qadın da ağlı salim olmayana baş qoşmaz, gülər keçər. "Güclüyəm" deyəcək qədər zəiflik göstərməz!
Xoş halına... İlahi Düzənin incəliklərini, sehrini, sirrini, gözəlliyini görə bilənlərin... görə bilib duya bilənlərin... duya bilib heyran ola bilənlərin...
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.