DÜNYA ÇAPLI ŞAHMATÇI ŞƏHRİYAR MƏMMƏYAROVUN MƏNTİQSİZLİYİ

23-05-2024, 08:08           
DÜNYA ÇAPLI ŞAHMATÇI ŞƏHRİYAR MƏMMƏYAROVUN MƏNTİQSİZLİYİ
Şahmat hər şeydən öncə məntiqdir, məntiqi düşünmək bacarığıdır.
Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun dediyi “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən daha çox zəifdirlər. Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündürlər ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz, çünki yoxdur” sözləri ictimai məkanda qalmaqal, mübahisə və həm qadınlar, həm də kişilər arasında etiraz doğurub.
Fizika, kimya, biologia, riyaziyyat alimləri, klassik nasirlər, şairlər arasında qadın ulduzların sayca həqiqətən kişilərdən az olması qadınların ağıldan zəif, istedadsız olması ilə yox, qadını geri salan patriarxal gələnəklə, qadınlara tarixən şərait olmaması, meydan verilməməsi və çağdaş maneələrlə izah olunur. Qadın hüquqları uğrunda mübarizə - sufrajizm, cender, feminizm hərəkatlarının başlaması öz bəhrəsini verib. Qadın alim, şair - Sapfo qədimdə də olub, indisə xanım alim, yazıçı, nasir-şair, Nobel mükafatçısı, hakim, vəkil, nazir, baş nazirlər və b. xeyli çoxalıb.
Amma 5-10 min illik qadınları əzən, kölə edən bəşər tarixi üçün 100-150 ilin tarixi, əslində isə 60-70 illik mübarizə nədir ki? Az, çox azdır. Elə demokratik sayılan Azərbaycanda qadın hüquqlarının qorunmasının acınacaqlı durumu, qadın qətlləri göz önündə...
Görün başqa belə ölkələrdə necədir...
Tanınmış müxalif siyasətçi Gültəkin Hacıbəylinin bu deyimin məntiqsiliyi barədə fikri diqqətimi çəkdi. Gültəkin xanım yazıb:
„Şəhriyar Məmmədyarov məlum və məşum çıxışında həm də öz bacısı Zeynəb Məmmədyarova haqqında "yaşı oynamağa imkan vermir" deyib.
Zeynəb xanımın 40 yaşı var və artıq "qocalıb", yaşı oynamağa imkan vermir. Şəhriyar bəyin 39 yaşı var, o isə "gəncdir", oynaya bilər.
Bu məntiqlə necə şahmat oynanılır, kəsdirə bilmirəm“.
Şəhriyar Məmmədyarovla tanışam, hələ 20-25 il öncə atası və bacısıyla Press-Kluba gəlib, mətbuat konfransı keçiriblər.
Yeri gəlmişkən, „qrosmeyster“ sözü ingilis sözü deli, alman sözünün ingiliscə oxunuşudur. „Qross“ sözü almanca böyük, „meyster“ isə usta deməkdir. Şahmat ustadı…
Bu məntiqlə necə şahmat oynanılır, mən də kəsdirə bilmirəm.
Amma ağıllı adamlar da səhv edə bilər, edir, bunu dəqiq bilirəm.
Çingiz Sultansoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.