ACIDIR AYININ ÖLÜMÜ
24-05-2024, 08:17
Ufuk Güldemirlə 2004-ün yay aylarında Zaqatala və Qəbələyə gedəcəkdik.
Hər şeyi hazırlamışdım, bütün müraciətlər edilmiş, ov üçün iznlər alınmışdı.
Amma o, anidən qərarını dəyişdi – Kamçatkaya getdi.
Ov ehtirası onu Rusiyanın o biri ucuna sürüklədi.
Kamçatka ayısı vurmaq, adrenalini çox yüksək bir şey yaşamaq keçmişdi içindən…
Üç olmazsa olmazı var idi – ailəsi, qəzetçilik və ov.
Məni Ufuk Abi ilə dostum, Türkiyənin tanınmış yazarı və televizyonçusu Orhan Can tanış etmişdi.
Əvvəllər Ufuk Güldemiri medyadan, qısa həyatına sığdırdığı uğurlu layihələri və məst olduğum köşə yazılarından tanıyırdım…
1970-lərin başında Dünya qəzetində parlament müxbiri kimi başlamışdı çalışma həyatına.
Sonra Cumhuriyet qəzetinə keçmiş, 1987-də qəzetin Vaşinqton Təmsilçisi oldu.
Amerikada 5 illik böyük təcrübədən sonra Türkiyəyə qayıdaraq Show TV və Star TV kanallarında Xəbər müdürü və Baş direktor, Milliyet qəzetinin Yayın müdürü, Sabah qəzetinin Baş redaktörü kimi müxtəlif işlərdə çalışdı.
Yəni Ufuk Güldemirin Türkiyədə rəhbərli etmədiyi mediya quruluşu demək olar ki, yoxdur.
1999-cu ildə o, haberturk.com -u qurdu, 2001-ci ildə isə Gazete Habertürk, Habertürk TV və Habertürk Radyo yayın həyatına başladı.
2007-ci ilin iyununda Ufuk Güldemir yaxalandığı amansız xəstəlikdən həyata vida etdi.
Dəyərli Ağabeyim Orhan Canla Ufuk Abini tez-tez anır, onun Türkiye qəzetçilik tarixindəki altın hərflərlə yazılmış adını əziz tuturuq…
***
Ufuk Güldemirin Kamçatka ayısı ovu haqqındakı əfsanə yazısı bundan düz 20 il əvvəl – 23 may 2004-cü ildə çıxmışdı.
Bu bənzərsiz məqaləni gənc qələm sahiblərinin oxumasını tövsiyyə edirəm. Çünki bu yazı müntəxabatlara düşmüş və hafizələrdə iz buraxmış örnəklərdəndir.
Bu gün o yazını paylaşaraq əziz dostumuzu sonsuz saygı və rəhmətlə anmaq istəyirəm…
https://www.hurriyet.com.tr/acidir-ayinin-olumu-227622
foto:
solda Orhan Can
sağda Ufuk Güldemir
İbrahim Nebioğlu
TEREF